Məhkəmə qərarları › İş №2(050)-653/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-653/2023

17.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-653/2023 17.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və cehiz əmlakları tələbinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ona məxsus qızıl-zinət əşyaları və cehiz əmlakları tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, cavabdeh əri Cavabdeh1 ilə el adəti qaydasında toy etdirməklə 2021-ci ilin iyun ayının 24-də qeyri-rəsmi ailə həyatı qurmuş, 2021-ci ilin noyabr ayının 20-nə kimi bir yerdə yaşamışlar. Təxminən 2021-ci ilin noyabr ayında qayınanası ölmüşdür. Onun qızıl-zinət əşyalarını mərhum qayınanası və qayınatası ondan alımış, sandıqlarına qoymuşdurlar. Qayınanası və qayınatası “Karona” xəstəliyinə tutulmuşdular. O, xəstə qayınanası ilə qayınatasına qulluq edirmiş ki, sağalsınlar, lakin qayınanası ölmüş, qayınatası sağalmışdır. Qayınatası sağalandan sonra cavabdeh əri ilə birləşib gündüz saat 14:00 radələrində onu gəlin köçdüyü evdən qovmuşlar. Onu əynindəki paltarla evdən çıxarmışlar, o ev telefonu ilə əmisi oğlu Əliyev Əlizadəyə zəng etmiş, anası ilə gəlib onu Babaküçə kəndinə əynindəki paltarla aparmışlar. Qayınatası və əri onu qapalı otaqda saxlayırdılar, ata-anası ilə əlaqə saxlamağa imkan vermirdilər. O cavabdeh ərinin evinə gəlin köçməmişdən əvvəl cavabdeh tərəf ona qızıl-zinət əşyaları gətirmişdilər, həmin qızı-zinət əşyalarının siyahısı bunlardır: bir ədəd qızıl nişan üzüyü-3 qram qiyməti 240 manat, bir ədəd ağ qaşlı üzük 3 qram qiyməti 240 manat, bir ədəd komplektin üzüyü 3 qram qiyməti 240 manat, komplektin sırğası 4 qram qiyməti 320 manat, bir ədəd bilərzik 7 qram qiyməti 560 manat, iki ədəd qızıl seplər 18 qram qiyməti 1440 manat. Cavabdehlər tərəfindən toy mərasimində ona gətirdikləri qızıl-zinət əşyaların cəmi qiyməti 3040 manatdır. Atası, anası və digər qohumlar tərəfindən toy ərəfəsində ona verilən qızıl-zinət əşyalarının siyahısı bunlardır: bir ədəd sep ortasında qızıl aypara 9 qram qiyməti 720 manat, bir ədəd qızıl bilərzik 6 qram qiyməti 480 manat, bir ədəd qızıl alyans üzük 6 qram qiyməti 480 manat, bir ədəd üzük 3 qram qiyməti 240 manat, bir ədəd üzük 3 qram qiyməti 240 manat, atası, anası və qohumların ona verdikləri qızıl-zinət əşyaların cəmi qiyməti 2160 manat manatdır. Toy ərəfəsində və cavabdehlərin evinə köçərkən atası, anası və digər qohumlarının ona verdikləri gəlinlik cehizlərinin siyası bunlardır: mebel dəsti; şifoner qiyməti 1000 azn, taxt iki tumbuçka qiyməti 450 azn, iki masa- böyük masanın qiyməti 120 azn, kiçik masanın qiyməti 70 azn, stol 6 ədəd qiyməti 150 azn, televizor altlığı qiyməti 150 azn, termo qiyməti 150 azn, künc divanı “Madrid” qiyməti 750 azn, yük kravatı qiyməti 50 azn, mətbəx mebeli “İnci” qiyməti 550 azn, mebel dəstinin cəmi qiyməti 3440 azn manatdır. Cehizlər: dörd dəst yorğan-qiyməti 300 azn, 4 dəst döşəkqiyməti 325 azn, 12 ədəd nalça qiyməti 160 azn, 12 ədəd balış qiyməti 200 azn, müxtəlif cür adyallar, yay yorğanları, (o gələndə hamısı qutuda idi), 8 ədəd adyallar- türk və yerli adyallar qiyməti 190 azn, 7 ədəd yay yorğanı müxtəlif cür qiyməti 200 azn, komplekt 4 ədəd çuxol müxtəlif cür qiyməti 150 manat, masa üstü 3 ədəd müxtəlif cür 30 manat, paltaryuyan maşın “Vestel” qiyməti 750 azn, qaz peçi “İltimat” qiyməti 550 azn, tozsoran bir ədəd “Kenwood” qiyməti 150 azn, ütü “Kenwood” qiyməti 70 azn, ət çəkən “Haeyer” qiyməti 100 azn, 144 ədəd komplekt qablar qiyməti 400 azn, 5 ədəd nabor komplekt tefal qazan “Oessini” qiyməti 120 azn, 3 ədəd dəmir nabor komplekt qazan qiyməti 100 azn, 5 ədəd kiçik ölçülü nabor tefal qazan qiyməti 30 azn, 2 ədəd tefal tava qiyməti 50 azn, qaşıq dəsti 48 ədəd qiyməti 50 azn, bıçaq dəsti 12 ədəd qiyməti 50 azn, bir tefal qazan qiyməti 40 azn, aşsüzən iki ədəd qiyməti 25 azn, alüminium teşt bir ədəd qiyməti 23 azn, televizor qiyməti 300 azn, stəkan xrustal 7 qutu 36 ədəd nəlbəki ilə qiyməti 90 azn, sadə stəkan 6 qutu 36 ədəd nəlbəki ilə qiyməti 40 azn, qənd qabı 10 ədəd qiyməti 40 azn, termos 1 ədəd qiyməti 10 azn, zibil qabı 2 ədəd qiyməti 15 azn, lak ləyənlər 3 ədəd qiyməti 15 azn, lak ləyən paltar üçün 1 ədəd qiyməti 10 azn, paltar səbəti 2 ədəd qiyməti 15 azn, komplekt duz qabları 5 ədəd qiyməti 15 azn, mikser qiyməti 20 azn, saç feni qiyməti 30 azn, meyvə qabları 5 ədəd qiyməti 40 azn, çərəz qabı xrustal 1 ədəd qiyməti 50 azn, çərəzqabı 4 ədəd qiyməti 30 azn, güldan xrustal 1 ədəd qiyməti 30 azn, güldan 1 ədəd qiyməti 20 azn, boşqab naboru 3 cür formada 36 ədəd qiyməti 40 azn, 3 ədəd qəhvədan qiyməti 60 azn, 3 ədəd tefal çaynik qiyməti 40 azn, 2 ədəd şüşə çaynik qiyməti 10 azn, mis padnoslar son model 3 ədəd qiyməti 80 azn, mis padnos 1 ədəd qiyməti 15 azn, lak padnos 2 ədəd qiyməti 10 azn, 12 ədəd kasa qiyməti 25 azn, çilçıraq 1 ədəd qiyməti 60 azn, gecə lampası 2 ədəd qiyməti 30 azn, ütü masası 1 ədəd qiyməti 30 azn, pərdə yataq otağı 3 cür formada qiyməti 420 azn, pərdə mətbəx üçün 1 ədəd qiyməti 30 azn, pərdə dəhliz üçün 1 ədəd qiyməti 30 azn, karnizlər 10 metr qiyməti 30 azn,1 ədəd 3x4 kaşmir xalça qiyməti 200 azn,1 ədəd 2x2 kaşmir xalça qiyməti 120 azn, 1 ədəd 3x3 qiyməti 130 azn,6 ədəd rumkalar qiyməti 20 azn, 1 ədəd dolça komplekt 6 ədəd rumkalar qiyməti 20 azn, 4 ədəd salfetka qabı qiyməti 10 azn, 2 ədəd konfet qabı qiyməti 10 azn, 4 ədəd sabun qabı qiyməti 5 azn, 2 ədəd süfrə 15 azn, 4 ədəd əl-üz dəsmalı qiyməti 15 azn, 4 ədəd qazan götürmək üçün əlcək qiyməti 4 azn, 1 ədəd pol silən qiyməti 15 azn, 1 ədəd ventilyator qiyməti 30 azn,1 ədəd telefon “Samsung Galaxy A52” markalı telefon qiyməti 500 azn. Əmlaklarının ümumi qiyməti 15487 manatdır. Hesab edir ki, əlavə olaraq ona yaşaddıqları mənəvi iztirablara görə 1000 manat cavabdehlərdən alınmalıdır. Qeyd etdiyi əmlakların ona məxsus olmasını şahidlər təsdiq edə bilər. Odur ki, qeyd edilən cehiz-əmlakları və qızı-ziynət əşyalarının cavabdehlərdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh əri Cavabdeh1 ilə qeyri-rəsmi ailə qurmuşdur, el adəti qaydasında toyları 2021-ci ilin iyun ayının 24-də olmuş, 2021-ci ilin noyabr ayının 20-nə kimi bir yerdə yaşamışlar. Həmin müddətdə 1 il 06 ay müddətidə Rusiyada yaşamışlar. Rusiyaya gedərkən qayınatası və qayınanası ondan qızıl-zinət əşyalarını almışlar ki, saxlasınlar. Həmin qızılların bir qismi əri tərəfindən, digər qismi isə valideynləri tərəfindən ona hədiyyə edimişdir. Belə ki, 3 qramlıq 240 manat dəyərində nişan üzüyü, 3 qramlıq ağ qaşlı 240 manat dəyərində üzük, üzüyü 3 qram, sırğası 4 qram olan 560 manat dəyərində komplekt, 650 manat dəyərində 7 qramlıq bilərzik, 2 ədəd 18 qramlıq 1440 manat dəyərində boyunbağı cavabdehlər tərəfindən ona toy hədiyyəsi edilmişdir. Qeyd etdiyi 2 ədəd boyunbağılardan 1-ni qayınanası xəstə olanda ona qulluq etdiyi vaxt hədiyyə etmişdir. Bunlardan başqa 720 manat dəyərində aypara aralığı olan 9 qramlıq boyunbağı, 480 manat dəyərində 6 qramlıq bilərzik, 480 manat dəyərində 6 qramlıq alyans üzük, hər biri 240 manat və 3 qram olan 2 ədəd üzük valideynləri tərəfindən ona hədiyyə edilmişdir. Bütün qızıllar və cehiz əşyalarını gəlin köçərkən cavabdehlərə məxsus evə aparmışdır. Bu barədə sübutları özünün və Hümmətin toy mərasimində çəkdirmiş olduqları fotoşəkilləridir. Həmin fotoşəkillərdə qızıllar üzərindədir. İddiaçı həmçinin bildirmişdir ki, Rusiyada yaşadıqları müddətdə əri Hümmət onu mütəmadi incitmişdir. Azərbaycana qayıtdıqdan sonra qayınanasının “Covid-19” virusuna yoluxması ilə əlaqədar ona 1 aydan artıq qulluq etmiş, lakin o, vəfat etmişdir. Qayınanasının qırx mərasiminə yaxın əri onu yenidən incitməyə başlamış, vurmuş, qayınanasının ona verdiyi boyunbağını almışdır. Digər qızılları da verməyəcəyini bildirmişdir. Ona görə də anasına zəng etmiş və anası əmisi oğlu Əlizadə Əliyev ilə onu gəlib aparmışdır. O, evdən çıxarkən özü ilə heç bir əşyasını götürməmiş və həmin gündən sonra ora getməmişdir. Bundan sonra ailə münasibətləri pozulmuşdur. Hal-hazırda cavabdeh qızıl-zinət əşyalarını, cehizlərini vermir, onda olmasını inkar edir. Qızıl-zinət əşyalarının çəkisini və əyarını dəqiq bilir, qiymətini isə mütəxəssis rəyinə uyğun hesablamışdır. Qeyd etdiklərinə əsasən cehzilik və qızıl-zinət əşyalarını tələb edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 onunla eyni məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Tələb olunan cehizlik əşyaları evdədir. Onların götürülməsinə etiraz etmir. Qızıl-zinət əşyaları ilə bağlı isə iddiaçı doğru danışmır. Belə ki, o və mərhum yoldaşı Azadə qızılları alıb sandığa qoymamışlar. Toy mərasimində 1 ədəd nişan üzüyü, 1 ədəd üzük, əlavə üzük və sırğa komplekti, 1 ədəd bilərzik, 1 ədəd boyunbağı Aynura toy hədiyyəsi edilmişdir. Həmin vaxt bütün qızıllara 1500 manat pul ödəmişlər, lakin onların çəkisini bilmir. Həmçinin mərhum arvadı Azadə tərəfindən Aynura boyunbağı hədiyyə edilməsi yalandır. Bundan başqa Aynurun valideynləri tərəfindən qızıl-zinət əşyalarının hədiyyə olunmasını dəqiq bilmir. Onun və mərhum arvadı Azadənin oğlu X8 gedərkən qızılları alıb saxlamaları tam yalandır. Onda olan məlumata görə, Aynur və Hümmət Rusiyaya gedəndə qızıllardan satıb pulunu biletə veriblər. Bundan başqa Aynur evdən gedərkən iki ədəd çamadanla gedib. Hesab edir ki, qalan qızılları da gedərkən özü ilə aparıb. Onlar tərəfindən aparılmış qızılların qiyməti iddia ərizəsində şişirdilmiş və həmçinin bir ədəd qızıl sep də artıq yazılmışdır. Onlar tərəfindən aparılmış qızılları alan oğlu Cavabdeh1la əlaqə saxlayaraq qızllara nə qədər pul verdiyini soruşmuş, o isə öz növbəsində onlar tərəfindən aparılmış qızıllara cəmi 1500 manat pul verdiyini bildirmişdir. Göstərdiklərinə əsasən iddianın cehiz əmlakı hissəsinin təmin, qızıl tələbi hissəsinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil2 onunla eyni əsaslarla çıxış etmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə AR MPM-nin 185.5.-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümün hesab etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: X2 ifadəsində bildirdi ki, o, Aynurun əmisi oğludur. Ona cavabdeh Əliağanın ev telefonundan Aynur zəng etmiş, döyüldüyünü demiş və aparmağını istəmişdir. O Aynurun anası ilə birlikdə gündüz vaxtı onu götürməyə getmişdir. O gələndə Aynur döyülmüş halda həyətdə idi. Həmin vaxt o, özü ilə heç bir sumka götürməmişdir. Üzərində qızıl-zinət əşyasının olub-olmamasını xatırlamır. X3 ifadəsində bildirdi ki, Əliağa onun əmisidir. Aynurla Hümmətin ailə münasibətləri normal olmamışdır. Evləndikdən sonra Hümmət Rusiyaya getmiş, Aynur da getmək üçün qayınanasından qızıllarını satmağını və həmin pulla bilet almaq istədiyini demişdir. Bunları ona əmisi oğlu Hümmət danışmışdır. Aynurun qızıl-zinət əşyalarını aparıb-aparmadığını bilmir. X1 ifadəsində bildirdi ki, cavabdeh Əliağanın qardaşıdır. Yas yerini öyrənmək üçün cavabdehlərin evinə getmişdir, həmin zaman iki qadın və bir oğlan görmüşdür. Qadınlar oğlana 2 çanta vermiş, oğlan həmin çantaları baqaja qoymuşdur. Aynurun qızıl-zinət əşyalarını aparıb-aparmadığını bilmir. Qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, 1 ədəd sep 583 əyar-9 qr, 720 manat dəyərində, 1 ədəd bilərzik 583 əyar-6 qr 480 manat dəyərində, 3 ədəd müxtəlif üzük 583 əyar - 12 qr 960 manat dəyərində, 1 ədəd cüt sırğa 583 əyar - 4 qr 320 manat dəyərində, 2 ədəd müxtəlif sep 583 əyar - 18 qr 1440 manat dəyərində, 1 ədəd bilərzik 583 əyar-7 qr 560 manat, 3 ədəd üzük 583 əyar - 9 qr 720 manat dəyərindədir. Təqdim olunmuş CD diskdən də görünür ki, toy və nişan mərasimlərində İddiaçı qızılzynət əşyaları hədiyyə edilmişdir. Xınayaxdı və Cavabdeh1 toy mərasimində olan görüntülərdə onun üzərində aypara aralıqlı boyunbağı, alyans üzük, komplekt dəst, nişan üzüyü, ağ qaşlı üzük, boyunbağı, 2 ədəd sadə üzüyün olması təsdiq olunur. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 140 manat dövlət rüsumu ödəmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iddianın əsaslı hissəsində cehiz əmlakları, həmçinin iddiaçıya hədiyyə olunmuş qızıl-zınət əşyaları iddiaçının öz mülkiyyətinə aiddir. Həmin əşyaları tələb etmək onun mülkiyyət hüququndan irəli gələn subyektiv hüququdur. Cehizlik əşyaların Cavabdeh2 yaşadığı evdə olması onun öz izahatı ilə də təsdiq olunur və ona görə də həmin əşyalar cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qızıl-zinət əşyaları ilə bağlı qeyd edir ki, İddiaçı və Cavabdeh1 2021-ci ilin noyabr ayına qədər olan ailə münasibətlərini, iddiaçının evdən getmə şəraitini, gedərkən qızıl-zinət əşyalarını özü ilə aparmaq imkanının olub-olmaması araşdırılmış və məlum olmuşdur ki, tərəflər əvvəllər normal ailə həyatı sürsələr də, sonradan ailədə tez-tez narazılıqlar yaranmışdır. Sonuncu dəfə belə hal 2021-ci ilin noyabr ayında olmuş və iddiaçı əri tərəfindən döyüldüyü üçün əmisi oğlu X5 zəng etmiş onu aparmağını istəmişdir. Bu halı cavabdeh qəbul etməsə də, məhkəmə bu barədə iddiaçının izahatını ona görə inandırıcı hesab edir ki, onun izahatı ilə X9nin ifadəsində ziddiyətli hal müəyyən edilməmiş, iddiaçının izahatı məntiqə uyğun olmuşdur. Məhkəmə qeyd edir ki,, qızıl-zinət əşyaları 3 qramlıq 240 manat dəyərində nişan üzüyü, 3 qramlıq ağ qaşlı 240 manat dəyərində üzük, üzüyü 3 qram, sırğası 4 qram olan 560 manat dəyərində komplekt, 650 manat dəyərində 7 qramlıq bilərzik, 1 ədəd 720 manat dəyərində boyunbağının cavabdehlər tərədindən və 720 manat dəyərində aypara aralığı olan 9 qramlıq boyunbağı, 480 manat dəyərində 6 qramlıq bilərzik, 480 manat dəyərində 6 qramlıq alyans üzüyün iddiaçının valideynləri tərəfindən hədiyyə olunması sübuta yetmişdir. Belə ki, Cavabdeh2 qızılların qiyməti ilə razılaşmasa da, 1 ədəd boyunbağı istisna olmaqla, digər qızılları Aynura toy hədiyyəsi vermələrini təsdiq etmişdir. Bundan başqa foto və videodisklə iddiaçının tələb etdiyi və ona hədiyyə olunduğunu sübuta yetirilə bilən qızıllar aşkar müəyyən olunmuşdur. Məhkəmə qızıl-zinət əşyalarının çəkisi, dəyəri və əyarı məsələsini müzakirə edərək qeyd edir ki, bu barədə mütəxəssis rəyi vardır, cavabdeh tərəf bunun əksini sübut edə bilmir, ona görə də mütəxəssis rəyinə uyğun qızıllar dəyərləndirilməlidir. Məhkəmə qızıl-zinət əşyalarının kimdən alınması məsələsini müzakirə edərək qeyd edir ki, iddiaçı qızılların Cavabdeh2 və mərhum qayınanası Azadə Səmədova tərəfindən saxlanılmasını sübut edə bilməmiş, bu barədə izahatı işin halları ilə təsdiq olunmamışdır. Lakin onun əri ilə birgə yaşayış qaydalarını, məhz ərinin davranışlarına görə evi tərk etməsini əsas götürərək məhkəmə hesab edir ki, sübuta yetən hissədə qızıl-zinət əşyaları və ya dəyəri məhz Cavabdeh1 alnmalıdır. Məhkəmə Cavabdeh2 etirazlarına qiymət verərək qeyd edir ki, onun əsasları və şahhidlərinin vermiş olduqları ifadələr işin hallarına uyğun deyil, ona görə də sübut kimi mötəbər hesab olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işi üçün əhəmiyyətli olan hallara və onlara məlum olan faktları barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Qeyd ounmuş Məcəllənin 118.3-maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, tələb sübuta yetən hissədə, qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 şifoner qiyməti 1000 azn, taxt iki tumbuçka qiyməti 450 azn, iki masa- böyük masanın qiyməti 120 azn, kiçik masanın qiyməti 70 azn, stol 6 ədəd qiyməti 150 azn, televizor altlığı qiyməti 150 azn, termo qiyməti 150 azn, künc divanı “Madrid” qiyməti 750 azn, yük kravatı qiyməti 50 azn, mətbəx mebeli “İnci” qiyməti 550 azn, mebel dəstinin cəmi qiyməti 3440 azn manatdır. Cehizlər: dörd dəst yorğanqiyməti 300 azn, 4 dəst döşək-qiyməti 325 azn, 12 ədəd nalça qiyməti 160 azn, 12 ədəd balış qiyməti 200 azn, müxtəlif cür adyallar, yay yorğanları, 8 ədəd adyal- türk və yerli adyallar qiyməti 190 azn, 7 ədəd yay yorğanı müxtəlif cür qiyməti 200 azn, komplekt 4 ədəd çuxol müxtəlif cür qiyməti 150 manat, masa üstü 3 ədəd müxtəlif cür 30 manat, paltaryuyan maşın “Vestel” qiyməti 750 azn, qaz peçi “İltimat” qiyməti 550 azn, tozsoran bir ədəd “Kenwood” qiyməti 150 azn, ütü “Kenwood” qiyməti 70 azn, ət çəkən “Haeyer” qiyməti 100 azn, 144 ədəd komplekt qablar qiyməti 400 azn, 5 ədəd nabor komplekt tefal qazan “Oessini” qiyməti 120 azn, 3 ədəd dəmir nabor komplekt qazan qiyməti 100 azn, 5 ədəd kiçik ölçülü nabor tefal qazan qiyməti 30 azn, 2 ədəd tefal tava qiyməti 50 azn, qaşıq dəsti 48 ədəd qiyməti 50 azn, bıçaq dəsti 12 ədəd qiyməti 50 azn, bir tefal qazan qiyməti 40 azn, aşsüzən iki ədəd qiyməti 25 azn, alüminium teşt bir ədəd qiyməti 23 azn, televizor qiyməti 300 azn, stəkan xrustal 7 qutu 36 ədəd nəlbəki ilə qiyməti 90 azn, sadə stəkan 6 qutu 36 ədəd nəlbəki ilə qiyməti 40 azn, qənd qabı 10 ədəd qiyməti 40 azn, termos 1 ədəd qiyməti 10 azn, zibil qabı 2 ədəd qiyməti 15 azn, lak ləyənlər 3 ədəd qiyməti 15 azn, lak ləyən paltar üçün 1 ədəd qiyməti 10 azn, paltar səbəti 2 ədəd qiyməti 15 azn, komplekt duz qabları 5 ədəd qiyməti 15 azn, mikser qiyməti 20 azn, saç feni qiyməti 30 azn, meyvə qabları 5 ədəd qiyməti 40 azn, çərəz qabı xrustal 1 ədəd qiyməti 50 azn, çərəzqabı 4 ədəd qiyməti 30 azn, güldan xrustal 1 ədəd qiyməti 30 azn, güldan 1 ədəd qiyməti 20 azn, boşqab naboru 3 cür formada 36 ədəd qiyməti 40 azn, 3 ədəd qəhvədan qiyməti 60 azn, 3 ədəd tefal çaynik qiyməti 40 azn, 2 ədəd şüşə çaynik qiyməti 10 azn, mis padnoslar son model 3 ədəd qiyməti 80 azn, mis padnos 1 ədəd qiyməti 15 azn, lak padnos 2 ədəd qiyməti 10 azn, 12 ədəd kasa qiyməti 25 azn, çilçıraq 1 ədəd qiyməti 60 azn, gecə lampası 2 ədəd qiyməti 30 azn, ütü masası 1 ədəd qiyməti 30 azn, pərdə yataq otağı 3 cür formada qiyməti 420 azn, pərdə mətbəx üçün 1 ədəd qiyməti 30 azn, pərdə dəhliz üçün 1 ədəd qiyməti 30 azn, karnizlər 10 metr qiyməti 30 azn,1 ədəd 3x4 kaşmir xalça qiyməti 200 azn,1 ədəd 2x2 kaşmir xalça qiyməti 120 azn, 1 ədəd 3x3 qiyməti 130 azn,6 ədəd rumkalar qiyməti 20 azn, 1 ədəd dolça komplekt 6 ədəd rumkalar qiyməti 20 azn, 4 ədəd salfetka qabı qiyməti 10 azn, 2 ədəd konfet qabı qiyməti 10 azn, 4 ədəd sabun qabı qiyməti 5 azn, 2 ədəd süfrə 15 azn, 4 ədəd əl-üz dəsmalı qiyməti 15 azn, 4 ədəd qazan götürmək üçün əlcək qiyməti 4 azn, 1 ədəd pol silən qiyməti 15 azn, 1 ədəd ventilyator qiyməti 30 azn,1 ədəd telefon “Samsung Galaxy A52” markalı telefon qiyməti 500 azn cehizlik əmlaklar və ya olamayan əşyanın dəyəri, ödənilmiş 140 manat dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı verilsin. 3 qramlıq 240 manat dəyərində nişan üzüyü, 3 qramlıq ağ qaşlı 240 manat dəyərində üzük, üzüyü 3 qram, sırğası 4 qram olan 560 manat dəyərində komplekt, 650 manat dəyərində 7 qramlıq bilərzik, 1 ədəd 720 manat dəyərində boyunbağının cavabdehlər tərədindən və 720 manat dəyərində aypara aralığı olan 9 qramlıq boyunbağı, 480 manat dəyərində 6 qramlıq bilərzik, 480 manat dəyərində 6 qramlıq alyans üzüyü Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar