Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-7/2025 06.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə ona təhvil verilməsi və maneənin aradan qaldırılması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Masallı rayonu, Şərəfə kəndində yerləşən 0.1 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınmaqla sərhədlərinin müəyyən edilməsi və cavabdehin mülkiyyəti üzərində etdiyi maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Masallı rayonu, Şərəfə kəndində 0.1 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış və torpaq sahəsinin plan və ölçülərini almışdır. Uzun illərdir ki, həmin torpaq onun olmasına baxmayaraq qardaşı, iş üzrə cavabdeh onun torpağını zəbt edərək onun olduğunu deyir və onun çəpərini söküb yerini zəbt etmişdir. Dəfələrlə qardaşı ilə söhbətlər etməyinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Həmin torpaq sahəsindən onun istifadə etməyinə maneələr edir. Hesab edir ki, torpaq sahəsi qardaşının qanunsuz sahibliyindən alınmaqla qardaşı ilə onun torpaq sahələrinin sərhədləri müəyyən edilərsə daha aralarında heç bir söz-söhbətləri qalmayacaqdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh iddianı tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İş materialları:
5. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 31 mart 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli çıxarışdan görünür ki, Masallı rayonu, Şərəfə kəndində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.10 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
6. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 20 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışdan görünür ki, Masallı rayonu, Şərəfə kəndində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.10 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 12 dekabr 2022-ci il tarixli, **********10 saylı mütəxəssis rəyindən görünür ki, 1. İddia tələbinə görə Masallı rayonu Şərəfə kəndində yerləşən İddiaçı **********66 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. 2. Cavabdeh faktiki istifadəsində olan həyətyanı koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. 3. İddiaçı **********66 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. 4. İddiaçı **********66 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsi şimal-qərb istiqamətində Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilindədir. 5. İddiaçı **********66 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin cənub-şərq tərəfindən başqa digər tərəflər Cavabdeh tərəfindən çəpərlənmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 03 mart 2023-cü il tarixli, 10/153 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 12 dekabr 2022-ci il tarixli, **********10 saylı mütəxəssis rəyinə əsasən, iddia tələbinə görə Masallı rayonu Şərəfə kəndində yerləşən İddiaçı **********66 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin və Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 12 dekabr 2022-ci il tarixli, **********10 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı **********66 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin 0.10 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 12 dekabr 2022-ci il tarixli, **********10 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı **********66 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin cənub-şərq tərəfindən başqa digər tərəflərinin Cavabdeh tərəfindən çəpərləndiyi müəyyən edilir.
9. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1837/2024 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli, 31 mart 2022-ci il tarixli çıxarışın və torpaq sahəsinin planı və ölçüsühaqqında şəhadətnamənin ləğv edilməsi” barədə iddia tələbinə dair iddia ərizəsi geri qaytarılmış və inzibati iş üzrə icraata xitam verilmişdir.
10. Şirvan İnzibati Məhkəməsinin 08 yanvar 2026-cı il tarixli məktubundan görünür ki, iddiaçı Cavabdeh Masallı rayon Şərəfə Bələdiyyəsinə qarşı “Masallı rayon Şərəfə Bələdiyyəsinin 23 avqust 2021-ci il tarixli 09 saylı qərarının ləğv edilməsi” tələbinə dair 2025-ci ildə 2-1(120)-621/2025 nömrəli ilə qeydiyyata alınmış inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilmiş, 11 dekabr 2025-ci il tarixli qərardadla iddia mümkün sayılmamışdır. Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli, 2-1(120)- 621/2025 nömrəli qərardadından hazırki vaxtadək apellyasiya şikayəti verilməmişdir.
11. 23 may 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
12. Bеləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Masallı rayonu, Şərəfə kəndində yerləşən Yaşayış məntəqlərinin torpaqları kateqoriyasına aid 0.1 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyətindədir. Ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 12 dekabr 2022-ci il tarixli, **********10 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı **********66 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, həmin 0.10 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Eyni zamanda “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin cənub-şərq tərəfindən başqa digər tərəflərinin Cavabdeh tərəfindən çəpərləndiyi müəyyən edilmişdir. Hazırda iddiaçı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə ona təhvil verilməsi və maneənin aradan qaldırılmasını xahiş edir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun: 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır”.
15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki: “Əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır.
16. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki: 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Məhkəmə baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı).
21. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur.
22. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.
23. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
24. Belə ki, mübahisə predmeti olan, iddiaçının qanunsuz sahiblikdən geri tələb etdiyi və maneələrin aradan qaldırılmasını istədiyi Masallı rayonu, Şərəfə kəndində yerləşən yaşayış məntəqlərinin torpaqları kateqoriyasına aid 0.10 hektar torpaq sahəsi xüsusi mülkiyyətdədir. Bu xüsusat işin mübahisəsiz halıdır. Odur ki, hazırki cavabdehin yararlanaraq həmin torpaqdan istifadə etdiyi halda, mülkiyyətçinin həmin torpaq sahəsindən istifadə tələbinin təmin edilməməsi qanunvericiliyin tələbinə və ədalət prinsipinə uyğun olmazdı.
25. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur.
26. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyətdən maneəsiz istifadə etməyi tələb etmək hüququ mülkiyyətçinin müstəsna hüququ olmaqla hər hansı qeyd-şərtlə şərtləndirilməmişdir.
27. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam hüququnun olmasına baxmayaraq torpaq sahəsindən məhrum edilməklə yanaşı torpaqdan istifadəsinə cavabdeh tərəfindən manelər törədilir. İddiaçı bu hərəkətlərə son qoymağı cavabdehdən tələb etsə də, cavabdeh bu hərəkətləri davam etdirdiyindən iddiaçı həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edir. Belə olan halda, iddiaçının hüquqi vəziyyətindən asılı olmayaraq, iqtisadi dəyər kəsb edən və mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır.
28. Məhkəmə iddia tələbinin torpağın sərhədlərinin müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, torpaq sahəsinin kadastr göstəriciləri, qonşu sərhədləri, döngə nöqtələri arasındakı məsafə qeyd olunan torpaq sahəsinə dair A seriyalı 728417 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə özü əksini tapmışdır. Məhkəmə hesab edir ki, həmin hissədə mübahisə yoxdur, ona görə də, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
29. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
30. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (keçiriləcək hesab: büdcə təsnifatının kodu - 142595, büdcə səviyyəsinin kodu - 3, SAP (XİİS) hesabı, X1, Kodu - 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab- AZ34CTRE********************) hesabına köçürülməlidir.
Nəticə:
32. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Masallı rayonu, Şərəfə kəndində yerləşən, yaşayış məntəqlərinin torpaqları kateqoriyasına aid 0.10 hektar torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməli və cavabdeh tərəfindən torpaqdan istifadə ilə bağlı yaradılan maneələr aradan qaldırılmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir.
33. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi qismən təmin edilsin. Masallı rayonu, Şərəfə kəndində yerləşən, yaşayış məntəqlərinin torpaqları kateqoriyasına aid 0.10 hektar torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı təhvil verilsin və torpaqdan istifadə ilə bağlı Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia tələbi digər hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (keçiriləcək hesab: büdcə təsnifatının kodu - 142595, büdcə səviyyəsinin kodu - 3, SAP (XİİS) hesabı, X1, Kodu - 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab- AZ34CTRE********************) hesabına köçürülsün. Cavabdeh 95 (doxsan beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Elşən Hüseynov