Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-70/2025 17.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı1, Cavabdehlər Cavabdeh3, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Masallı rayonu, Qarğalıq kəndində iddiaçılara ailə üzvləri ilə birlikdə 1.6445 hektar torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsinə DƏDRX-in 8 saylı Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli, **********66 reyestr nömrəli çıxarış almışlar. Çıxarışla onlara verilmiş torpaq sahəsində hər birinin payları müəyyən edilmişdir. Torpaq sahələrinin qonşuluğunda olan cavabdehlər onlara məxsus torpaq sahəsini qanunsuz zəbt etmişlər. Hazırda torpaq sahələrini əkib-becərə bilmirlər. Dəfələrlə cavabdehlərdən torpaq sahələrindən çıxmalarını xahiş etsələr də, heç bir nəticəsi olmamışdır. Cavabdehlər qanunsuz olaraq torpaq sahəsində istifadə edərək, əkin-biçin işlərini aparırlar. İddiaçıların tələbi: Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 onlara məxsus Masallı rayon Qarğalıq kəndində yerləşən 1,6445 ha zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsi müəyyən hissələrdə qanunsuz zəbt edilmişdir. Bu səbəbdən birgə mülkiyyətlərində olan Masallı rayon Qarğalıq kəndində yerləşən 1,6445 ha torpaq sahəsindən istifadə edə, torpağı əkib becərə bilmirlər. Bu isə onların qanunla mühafizə edilən mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Sonda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Digər iddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. 1995-ci ildən hazırda tərəfindən zəbt edildiyi iddia edilən torpaq sahəsi onun istifadəsindədir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Onun tərəfindən zəbt edildiyi iddia edilən torpaq sahəsinə dair dövlət aktı vardır. Həmin akta əsasən torpaq sahəsinə qanuni əsaslarla sahiblik edir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər: Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, İddiaçı1 xüsusi mülkiyyətinə Masallı rayonu, Qarğalıq kəndində 1.6445 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Hüquq sahibləri kimi İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 adları qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2025-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Nümayəndə xüsusi mülkiyyətinə Masallı rayonu, Qarğalıq kəndində 1.3615 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Hüquq sahibləri kimi Nümayəndə, X7, X9, Cavabdeh1, X11 adları qeyd olunmuşdur. JN-0024 nömrəli kod 80512018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 41 saylı qərarı əsasında X3 və onun ailə üzvləri olan Nümayəndə, X7, X4, X5 birgə mülkiyyətlərinə 1,36 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Masallı RİHB-nin Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli aktından görünür ki, JN-0024 nömrəli kod 80512018 saylı Dövlət aktında torpağın mülkiyyətçilərindən Cavabdeh1 adı texniki səhvə yol verilərək Cavabdeh1 Atamalı qızı kimi yazılmışdır. JN-0066 nömrəli kod 80512018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 41 saylı qərarı əsasında Cavabdeh2 və onun ailə üzvləri olan X10, X6, X1 birgə mülkiyyətlərinə 1.05 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyindən məlum olur ki,
1. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumat materialına görə Masallı rayonu Qarğalıq kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinden **********66 reyestr nömrəli Çıxarışla İddiaçı1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 64 saylı 1.6445 ha kəndi təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə sərhəd mərzlərinin naturada yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır.
2. Torpaq elektron kadastr uçotu informasiya sistemi baza məlumat materialına görə Masallı rayonu Qarğalıq kəndi ərazisində Torpağa mülkiyyət hüququna dair JN- 0066 nömrəli Dövlət Aktı ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş (üç hissəli 66/0.25 ha 66B/0.31 ha və 66A/0.49 ha) cəmi 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə sərhəd mərzlərinin naturada yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir.
3. Torpaq elektron kadastr uçotu informasiya sistemi baza məlumat materialına görə Masallı rayonu Qarğalıq kəndi ərazisində Torpağa mülkiyyət hüququna dair JN- 0066 nömrəli Dövlət Aktı ilə X2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 24 saylı 1.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə sərhəd mərzlərinin naturada yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir.
4. Torpaq elektron kadastr uçotu informasiya sistemi baza məlumat materialına görə Masallı rayonu Qarğalıq kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********66 reyestr nömrəli Çıxarışla İddiaçı1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 64 saylı 1.6445 ha kəndi təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərin və digər şəxsin istifadəsində olduğu müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İddiaçılar İddiaçı1 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 1.6445 ha kəndi təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.2712 hektaradək hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3, cənub-şərq istiqamətində 0.0865 hektaradək hissəsinin isə digər şəxsin istifadəsində olduğu müəyyənləşdirilmişdir.
5. Torpaq elektron kadastr uçotu informasiya sistemi baza məlumat materialına görə Masallı rayonu Qarğalıq kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********66 reystr nömrəli Çıxarışla İddiaçı1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 64 saylı 1.6445 ha kəndi təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Cavabdeh2 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-0066 (66.66A və 66B) nömrəli 1.05 ha Cavabdeh1 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş JN-0024 nömrəli 1.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sənəd üzrə naturada üst- üstə düşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 03 aprel 2025-ci il tarixli, 10/9988 saylı rəyindən məlum olur ki; Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Torpaq elektron kadastr uçotu informasiya sistemi baza məlumat materialına görə Masallı rayonu Qarğalıq kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********66 reyestr nömrəli Çıxarışla İddiaçı1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 64 saylı 1.6445 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə sərhəd mərzlərinin naturada yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Torpaq elektron kadastr uçotu informasiya sistemi baza məlumat materialına görə Masallı rayonu Qarğalıq kəndi ərazisində Torpağa mülkiyyət hüququna dair JN-0066 nömrəli Dövlət Aktı ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş (üç hissəli 66/0.25 ha 66B/0.31 ha və 66A/0.49 ha) cəmi 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə sərhəd mərzlərinin naturada yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Torpaq elektron kadastr uçotu informasiya sistemi baza məlumat materialına görə Masallı rayonu Qarğalıq kəndi ərazisində Torpağa mülkiyyət hüququna dair JN-0066 nömrəli Dövlət Aktı ilə X2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 24 saylı 1.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə sərhəd mərzlərinin naturada yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Torpaq elektron kadastr uçotu informasiya sistemi baza məlumat materialına görə Masallı rayonu Qarğalıq kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********66 reyestr nömrəli Çıxarışla İddiaçı1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 64 saylı 1.6445 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərin və digər şəxsin istifadəsində olduğu müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İddiaçılar İddiaçı1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.6445 ha kəndi təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.2712 hektaradək hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3, cənub-şərq istiqamətində 0.0865 hektaradək hissəsinin isə digər şəxsin istifadəsində olduğu müəyyənləşdirilmişdir. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Torpaq elektron kadastr uçotu informasiya sistemi baza məlumat materialına görə Masallı rayonu Qarğalıq kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********66 reystr nömrəli Çıxarışla İddiaçı1 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 64 saylı 1.6445 ha kəndi təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Cavabdeh2 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş JN-0066 (66.66A və 66B) nömrəli 1.05 ha Cavabdeh1 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş JN- 0024 nömrəli 1.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sənəd üzrə naturada üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qeyd: Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, mütəxəssis rəyinin alınması üçün 95 manat rüsum İddiaçı1 tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı1 tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.4. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
İşə baxan məhkəmənin mövqeyi:
Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları və tədqiq olunmuş sübutlara əsasən məlum olur ki, İddiaçı1 və digər ailə üzvlərinin xüsusi mülkiyyətinə Masallı rayonu, Qarğalıq kəndində 1.6445 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmiş, buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış alınmışdır. Həmin çıxarışda hüquq sahibləri kimi İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 adları qeyd olunmuşdur. Hazırda iş üzrə iddiaçılar qeyd edilən 1.6445 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılmasını iddia edir. Məhkəmə tərəfindən işin mübahisəli halları araşdırılarkən torpaq sahəsinə dair mütəxəssis rəyi alınmış, mühəndis-texniki ekspertizası təyin edilmiş və qeyd edilənlərin əsasında müəyyən olmuşdur ki, iddiaçılar İddiaçı1 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 1.6445 ha kəndi təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.2712 hektaradək hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3, cənub-şərq istiqamətində 0.0865 hektaradək hissəsinin isə digər şəxsin istifadəsində olduğu müəyyənləşdirilmişdir. Göründüyü kimi, iddiaçılar tərəfindən iddia ərizəsində onlara məxsus torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən zəbt edilməsinə dair göstərilmiş hallar sübuta yetirilmişdir. Belə ki, iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 istifadəsində olan torpaq sahəsinin iddiaçılara məxsus torpaq sahəsi daxilində yerləşdiyi göstərilmişdir. Bütün qeyd olunanlar məhkəmənin belə qənaətə gəlməsinə əsas verir ki, İddiaçı1 və digər ailə üzvlərinin mülkiyyətə verilmiş 1.6445 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 1.2712 hektaradək hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 çıxarılmalıdır. Mütəxəssis və ekspert rəyində digər Cavabdeh2 iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsinin faktiki istifadələrində olduğu müəyyən edilmədiyindən, iddia Cavabdeh2 münasibətdə təmin olunmamalıdır.
Məhkəmə xərcləri:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0. və 115.0.1-ci maddələrinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti və 95 manat mütəxəssis rəyinin alınmasına görə rüsum cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı1 xeyrinə tutulmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 və onun digər ailə üzvlərinin mülkiyyətində olan 1.6445 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunmuş 1.2712 hektaradək hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 çıxarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat və torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə üçün çəkilmiş xərcə görə 95 manat alınaraq İddiaçı1, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X8 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Ellara Abbasova