Məhkəmə qərarları › İş №2(050)-700/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-700/2024

07.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-700/2024 07.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 Saylı X8 Mərkəzinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 Saylı X8 Mərkəzinin Cavabdeh qarşı meşə fondu sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilib təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 Saylı X8 Mərkəzinin direktoru Nəsimi Nəsibov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Masallı rayonu, Xıl kənd sakini Cavabdeh qanunsuz zəbt etdiyi 24 m2 (10x2.4m) meşə fondu torpağının əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X8 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Masallı Meşəbəyliyinin 23 saylı meşə dolayının 26 kvartalının 8ci bölməsində yerləşən 24 m2 (10x2,4m) meşə fondu torpağından çıxarılması və həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X8 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələlərinin Dövlət xidmətindən “Bakı-Astara” avtomobil yolunun Masallı rayonu Xıl kəndi ərazisindən keçən hissəsinin sağ tərəfində meşə fondu torpağında qeyri-yaşayış binasının inşa olunması barədə məktub daxil olmuş, mərkəzin əməkdaşları tərəfindən daxil olmuş məktub yerində araşdırılmış, araşdırma zamanı Masallı rayonu Xıl kənd sakini X4 tərəfindən Mərkəzin Masallı meşəbəyliyinin 23 saylı meşə dolayının, 26-cı kvartalının, 8-ci bölməsində 24 m2 (10x2,4m) ərazidə dəmir dirəklərlə söhbətgah inşa edilməsi və ətrafına dəmir lövhələr vurularaq zəbt olunması göstəriməsinə baxmayaraq, təqdim olunmuş sənədlərdə həmin sözügedən meşə fondu torpağının Yunsur Fərzəliyev tərəfindən deyil, oğlu Cavabdeh tərəfindən zəbt olunması faktı müəyyən edilmişdir. Bununla bağlı 13 oktyabr 2023-cü ildə müvafiq akt tərtib olunaraq cavabdehə meşə fonduna aid zəbt etdiyi torpaq sahəsini boşaldaraq əvvəlki vəziyyətə qaytarılmasını, əks təqdirdə meşə qanunvericiliyinin pozulması halları ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Lakin, hal-hazıradək cavabdeh torpaq sahəsindən çıxmamışdır. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, ona aid paybəlli torpağının yanından keçən meşə ilə sərhəddə açıq ərazidə 2005-ci ildə dəmir borulardan sütunlar basdırıb söhbətgah düzətmiş, kənarına isə klyonka vuraraq çayxana kimi istifadə etmişdir. Təxminən bir il bundan əvvəl klyonkanı söküb söhbətgahın kənarına dəmir lövhələr vurmuşdur. Həmin ərazinin meşə fonduna aid olduğunu bilməmişdir. Meşə idarəsinin əməkdaşları həmin ərazidə araşdırma apardıqdan sonra bildirmişlər ki, ərazi meşə fonduna aiddir və bu səbəbdən də söhbətgah sökülməlidir. O, həmin ərazidə heç bir ağac kəsməmiş və meşəyə heç bir ziyan vurmamışdır. Əksinə həmin ərazidə olan ağaclara qulluq etmiş və səliqə-səhman yaratmışdır. O, həmin ərazinin onun icarəsinə verilməsi üçün dəfələrlə Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət etmiş, lakin hal-haziradək onunla icarə müqaviləsi bağlanılmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş; 13 oktyabr 2023-cü il tarixli, 004703 saylı aktından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığı 02 oktyabr 2023-cü il tarixli, 3-21-3-2- 14400/2023 saylı müraciəti əsasında Masallı rayon Xıl kənd sakini X4 tərəfindən qanunsuz tikinti işləri apardığı sözügedən ərazidə olaraq araşdırma aparılmışdır. Araşdırma aparmazdan əvvəl vətəndaş Masallı rayon Xıl kənd sakini X2 araşdırmada onlarla birlikdə iştirak etməsi təmin edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, vətandaş X9 meşəbəyliyinin 23-cü dolayının, 26-cı kvartalının, 8-ci bölməsində 24 m2 (10x2,4m) ərazidə dəmir dirəklərlə söhbətgah tikmiş və həmin söhbətgahı dəmir lövhələrlə bükmüşdür. Müəyyən edildi ki, sözü gedən söhbətgahın tikildiyi yerdə heç bir ağac kəsilməmişdir və dövlət meşə fonduna heç bir ziyan dəyməmişdir. X1 həmin ərazinin dövlət meşə fondu torpaqları olduğu bildirilərək qısa müddət ərzində söhbətgahı söküb ərazini əvvəlki vəziyyətinə gətirməsi xahiş və tələb olundu. Vətəndaş Masallı rayon Xıl kənd sakini X4 yazılı izahat verərək bildirdi ki, sözügedən söhbətgahı 2005-ci ildə tikmiş və ərazinin meşə fonduna aid olduğunu bilməmişdir. Onu da bildirdi ki, qısa müddət ərzində söhbətgahı sökərək ərazini əvvəlki vəziyyətinə gətirəcəkdir. 11 saylı X8 Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 3-14/27-05-2-F-098-3/2023 saylı xəbərdarlıq məktubundan görünür ki, X3 məktubu rəsmi qaydada aldıqdan 5 gün ərzində meşə fonduna aid zəbt etdiyi torpaq sahəsini (əvvəlki vəziyyətə bərpa edilməklə) boşaldaraq əvvəlki vəziyyətə qaytarılmasını, əks təqdirdə göstərilən meşə qanunvericiliyinin pozulması halları ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Masallı rayon Xıl Bələdiyyəsinin 03 oktyabr 2023-cü il tarixli, 23 saylı arayışdan görünür ki, Masallı rayonu, Xıl kənd ərazisində Cavabdeh işlətdiyi çayxana 2005-ci ildən fəaliyyət göstərir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin; 4-cü maddəsinin birinci bəndinə əsasən meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. 15-ci maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququnun əsaslarımüqavilələr, məhkəmə qərarları, bu Məcəllə ilə yol verilən digər əsaslar. 16-cı maddəsinin birinci bəndinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 31-ci maddəsinin 6-cı bəndinə əsasən meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. 46-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir və dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 180.1-ci maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinin tələbinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. "Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları”nın 2.3-cü bəndinə əsasən meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslər öz səlahiyyətləri hüdudlarında meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpasında inzibati xətaları və cinayət törədilməsi hallarını aşkar etmək, müvafiq qaydada rəsmiləşdirmək, hüquq-mühafizə və məhkəmə orqanlarına, yaxud inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərmək, meşə istifadəçilərinə meşə fondunun mühafizəsinə, qorunmasına və bərpasına dair rəsmi göstərişlər vermək hüquqlarına malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 Saylı X8 Mərkəzinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Masallı rayonu Xıl kənd sakini Cavabdeh tərəfindən Mərkəzin Masallı meşəbəyliyinin 23 saylı meşə dolayının, 26-cı kvartalının, 8-ci bölməsində 24 m2 (10x2,4m) ərazidə dəmir dirəklərlə söhbətgah inşa etməsi və ətrafına dəmir lövhələr vurularaq zəbt etməsi aşkar edilmişdir. Bununla bağlı 13 oktyabr 2023-cü ildə müvafiq akt tərtib olunaraq cavabdehə meşə fonduna aid zəbt etdiyi torpaq sahəsini boşaldaraq əvvəlki vəziyyətə qaytarılmasını, əks təqdirdə meşə qanunvericiliyinin pozulması halları ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Lakin, hal-hazıradək cavabdeh torpaq sahəsindən çıxmamışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh Masallı Meşəbəyliyinin 23 saylı meşə dolayının 26 kvartalının 8-ci bölməsində yerləşən 24 m2 (10x2,4m) meşə fondu torpağından çıxarılmalı və həmin torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X8 Mərkəzinə təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh dövlət rüsumuna görə 100 manat tutularaq dövlət büdcəsinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Masallı Meşəbəyliyinin 23 saylı meşə dolayının 26 kvartalının 8-ci bölməsində yerləşən 24 m2 (10x2,4m) meşə fondu torpağından çıxarılsın və həmin torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X8 Mərkəzinə təhvil verilsin. Əlavə olaraq Cavabdeh dövlət rüsumuna görə 100 (yüz) manat tutulub dövlət büdcəsinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar