Məhkəmə qərarları › İş №2(050)-744/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-744/2025

22.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-744/2025 22.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı rayonu Göyəçöl kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli Çıxarışla mülkiyyətində olan həyətyanı torpaq sahəsinə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 tikanlı məftildən çəpər çəkməklə, Cavabdeh4 dəmir darvaza qoyaraq yardımçı tikililər inşa etməklə, Cavabdeh3 isə dəmir listlərdən ibarət hasar çəkməklə bağlanılmış gediş-gəliş yolunun həmin çəpərlərin, darvazanın və yardımçı tikililərin cavabdehlərin hesabına sökülməklə açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, sovxoz tərəfindən ona yaşadıqları Göyəçöl kəndində 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli Çıxarışla xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədləri verilmişdir. Lakin cavabdehlərdən Cavabdeh1 ilə Cavabdeh2 həyətinə gedən yolun onların payıbəlli torpaq sahələrinin yaxınlığından keçən hissəsində tikanlı məftildən çəpərə almaqla bağlamışlar. Həyətinə gələn digər istiqamətdən olan yolun üzərində isə cavabdehlərdən Cavabdeh4 dəmir darvaza qoyaraq yardımçı tikililər inşa etməklə, Cavabdeh3 isə dəmir listlərdən ibarət hasar çəkməklə bağlamışlar. Cavabdehlərdən həyətinə yol verilməsini dəfələrlə tələb etsə də, nəticəsi olmamışdır. Nəticədə mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə hüququ pozulmuşdur. Bununla bağlı bələdiyyəyə, ərazi nümayəndəliyinə, İcra Hakimiyyətinə və daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət etsə də, məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki iş üzrə cavabdehlər həyətyanı torpaq sahəsinə gedən yolun üzərində dəmir listlərdən ibarət, tikanlı məftillərdən çəpər çəkməklə, dəmir darvaza qoymaqla yoldan istifadəsini tamamilə məhdudlaşdırıb mülkiyyətində olan həmin torpağa sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirməyinə imkan verməməklə mülkiyyətinə daxil olmaq hüququndan davamlı olaraq məhrum etmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat, **********75 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Göyəçöl kəndində yerləşən 0.06 ha kənd yaşayış məntəqələri torpaqları təyinatıl torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 254 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. JN-0004 kod 80500028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 nömrəli qərarı ilə Masallı rayonu, Göyəçöl kəndində Cavabdeh2, X7, X10, X4, X5 və X1 01 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən təqdim edilmiş 13 iyun 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 fiziki sərhədlər daxilində faktiki istifadə etdikləri torpaq sahələri, Cavabdeh4 tərəfindən istifadə olunan həyətyanı torpaq sahəsinin girişinə qoyulmuş dəmir darvaza Masallı rayonu, Göyəçöl kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəl Çıxarışla İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinə heç bir maneçilik yaratmadığı müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Cavabdeh4 faktiki istifadə kimi plana alınmış 0.1554 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində (dəmir darvaza ilə birlikdə) 140.63 kv.m hissəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında ümumi istifadədə olan gediş-gəliş yolunun hüdudları daxilində yerləşdiyi müəyyən edildi. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən Cavabdeh1 faktiki istifadə etdiyi 0.6741 ha torpaq sahəsi, X11 və digər ailə üzvlərinin, Cavabdeh2 faktiki istifadə etdiyi 3.7984 ha torpaq sahəsi X2, X8, Cavabdeh2, X6, X3, X9 və digər ailə üzvlərinin mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri, Cavabdeh4 və Cavabdeh3 istifadəsində olan müvafiq olaraq 0,1554 ha, 0.4920 ha torpaq sahələri isə bələdiyyə mülkiyyətində olan həyətyanı torpaq sahələri olduğu müəyyən edildi. İddiaçının ona yol verilməsini iddia etdiyi torpaq sahələri Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən gediş-gəliş yolu kimi nəzərdə tutulmamışdır. Masallı rayonu Göyəçöl kəndinin ərazisində aparılan kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə mövqeyinə görə iddiaçının mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə yol nəzərdə tutulmuşdursa da, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında həmin yol, vətəndaşların xüsusi mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunduğu müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Masallı rayonu Göyəçöl kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gedən, iddia olunan mübahisəli yoldan (iddia olunan yol Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında xüsusi mülkiyyətə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir) başqa alternativ yolun olmadığı müəyyən edildi. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 21 iyul 2025-ci il tarixli, 10/4434 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-4049/2025 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ənvər oğlunun fiziki sərhədlər daxilində faktiki istifadə etdikləri torpaq sahələri Cavabdeh4 tərəfindən istifadə olunan həyətyanı torpaq sahəsi və həm torpaq sahəsinin girişinə qoyulmuş dəmir darvaza Masallı rayonu Gəyəçöl kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinə heç bir maneçilik yaratmadığı müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Cavabdeh4 faktiki istifadə kimi plana alınmış 0,1554 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində (dəmir darvaza ilə birlikdə) 140,63 kv.m hissəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında ümumi istifadədə olan gediş-gəliş yolunun hüdudları daxilində yerləşdiyi müəyyən edildi. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən Cavabdeh1 faktiki istifadə etdiyi 0,6741 ha torpaq sahəsi X12 və digər ailə üzvlərinin, Cavabdeh2 faktiki istifadə etdiyi 3,7984 ha torpaq sahəsi X2, X8, Cavabdeh2, X6, X3, X9 və digər ailə üzvlərinin mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri, Cavabdeh4 və Cavabdeh3 istifadəsində olan müvafiq olaraq 0,1554 ha, 0,4920 ha torpaq sahələri isə bələdiyyə mülkiyyətində olan həyətyanı torpaq sahələri olduğu müəyyən edildi. İddiaçının ona yol verilməsini iddia etdiyi torpaq sahələri Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən gediş-gəliş yolu kimi nəzərdə tutulmamışdır. Masallı rayonu Göyəçöl kəndinin ərazisində aparılan kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə mövqeyinə görə iddiaçının mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə yol nəzərdə tutulmuşdursa da, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında həmin yol, vətəndaşların xüsusi mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunduğu müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Masallı rayonu Göyəçöl kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gedən, iddia olunan mübahisəli yoldan (iddia olunan yol Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında xüsusi mülkiyyətə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir) başqa alternativ yolun olmadığı müəyyən edildi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat, **********75 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Masallı rayonu, Göyəçöl kəndində yerləşən 0.06 ha kənd yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 254 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tərəflər arasında mübahisəli ərazinin istifadəsi ilə bağlı mübahisə var. Mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Lakin Cavabdeh4 faktiki istifadə kimi plana alınmış 0,1554 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində (dəmir darvaza ilə birlikdə) 140,63 kv.m hissəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında ümumi istifadədə olan gediş-gəliş yolunun hüdudları daxilində yerləşdiyi müəyyənləşdirildi. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; 47-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iş üzrə sübutlara və yuxarıda göstərilən maddi hüquq normalarını hazırkı mübahisəli məsələyə tətbiq etməklə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək Masallı rayonu, Gəyəçöl kəndində yerləşən Cavabdeh4 faktiki istifadəsi kimi plana alınmış 0,1554 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində 140,63 kv.m hissəsində qoyulmuş dəmir darvaza Cavabdeh4 hesabına sökülməklə İddiaçı həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu açılmalıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul Cavabdeh4 iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul da ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı rayonu, Göyəçöl kəndində yerləşən Cavabdeh4 faktiki istifadəsi kimi plana alınmış 0,1554 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində 140,63 kv.m hissəsində qoyulmuş dəmir darvaza Cavabdeh4 hesabına sökülməklə İddiaçı həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu açılsın. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul Cavabdeh4 tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat pul Cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar