Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-758/2025 06.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi (maraqlı şəxs - Masallı Rayon Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1949-cu ildə Masallı rayonu Abasbəli kəndində, həmin kənd sakinləri X12 ilə X4 nikahlarından doğulmağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, valideynləri X1 Xatayi Hüseyn qızının nikahları 05 noyabr 1940-cu ildə qeyd edilmişdir. xx xxxx 1949-cu ildə Masallı rayonu Abasəbyli kəndində anadan olmuşdur. Masallı regional «ASAN xidmət» mərkəzində Qeydiyat Şöbəsinin 14 yanvar 2025-ci il tarixli arayışından aydın olur ki, doğum akt qeydi kitabında hansısa səbəbdən ümumiyyətlə onun doğumunla bağlı qeyd aparılmamışdır. X3 20 aprel 1952-ci ildə, anası X9 isə 05 iyun 2012-ci ildə vəfat etmişdir. Bu səbəbdən də onun valideyni olmaları barədə birgə ərizə vermələri mümkün deyildir. Halbuki təsərrüfatbasına kitablarda Əşrəf Əhədov təsərrüfat başçısı olmaqla onun da onunla Xatayi Məmmədovanın təsərrüfatında onlan oğlu kimi yazılmağına dair qeydlər vardır. Həmçinin onunla bağlı fərdi uçot kartockasında valideynlərinin X13 ilə X9 olmaqla xx xxxx 1949-cu ildə Masallı ravonu Abasbəyli kəndində doğulmağına dair qeydlər vardır. O, Masallı rayon Abasəyli kənd orta məktəbini bitirib bu barədə şəhadətnamə almışdır. Hərbi biletdən də görünür ki, hərbi xidmətdə olmuşdur. Əmək kitabçasında isə uzun müddət əmək fəaliyyəti ilə məşğul olmağına dair qeydlər vardır. Bütün bu sənədlərdə doğum tarixinin xx xxxx 1949-cu il olması göstərilmişdir. Lakin doğum akt qeydinin olmaması nəticəsində bir sıra hüquqlardan, o cümlədən pensiya almaq, valideynlərindən qalmış miras əmlakı adına sənədləşdirməkdən məhrum olur. Bu səbəbdən doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ərizəçi qonşusudur. O, xx xxxx 1949-cu ildə doğulmuşdur. X2r, anası X6r. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Məmmədli oğlu ifadəsində göstərdi ki, o, Ərizəçi qonşusudur və uşaqlıqları bir yerdə keçib. O, xx xxxx 1949-cu ildə doğulmuşdur. X2r, anası X6r. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Ərizəçi həmkəndlisidir. O, 1949-cu ildə doğulmuşdur. X2r, anası X6r. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1949-cu il tarixdə Masallı rayonu, Abasbəyli kəndində doğulmuşdur, şəxsiyyət vəsiqəsi etibarlıdır. nikah haqqında arayışdan görünür ki, X12 ilə X5 arasında xx.xx.1940-cı il tarixdə Masallı rayon Yeyənkənd kənd icra nümayəndəliyində 01 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əhədov, arvada Məmmədova soyadı verilmişdir. ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1952-ci ildə ölmüşdür. ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2012-ci ildə ölmüşdür. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin 14 yanvar 2025-ci il tarixli, 3-16-5/8-2xx-xx/2025 nömrəli arayışından görünür ki, xx xxxx 1949-cu ildə Masallı rayonu, Abasbəyli kəndində anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, Ərizəçi doğumunun qeydə alınmasından imtina edilmişdir. Qeydiyyata alınması və şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas olan sənədlərin fərdi üçot kartoçkasından görünür ki, Ərizəçi xx.xx.1949-cu ildə Masallı rayonu, Abasbəyli kəndində doğulmuşdur. X3, anası X7r. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1949-cu il tarixdə Masallı rayonu, Abasbəyli kəndində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1949-cu il tarixdə Masallı rayonu, Abasbəyli kəndində doğulması faktı müəyyən edilsin. Ərizəçi məxsus doğum akt qeydinin ata qrafasında X12, ana qrafasında X11 yazılsın. Doğum haqqında şəhadətnamənin verilməsi Masallı Rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X18
Məhkəmə qərarları › İş №2(050)-758/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-758/2025
06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver