Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-766/2023 06.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1796,18 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 12643,25 manat, işsizlikdən sığorta fonduna olan 279,92 manat məbləğində, ümumilikdə 14719,35 manat borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarixi-20 avqust 1963-cü il, Doğulduğu yer-Azərbaycan, Musaküçə kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər üzrə nümayəndəliyinin (VÖEN: **********) dövlət büdcəsinə 1796,18 manat məbləğində (o cümlədən, vergilər üzrə 772,13 manat, faizlər üzrə 1024,05 manat), Dövlət Sosial Müdafiə Fonduna 12643,25 manat, İşsizlikdən sığorta fonduna 279,92 manat olmaqla, ümumilikdə 14719,35 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********110600, xx.xx.2022-ci il tarixli **********978200, xx.xx.2022-ci il tarixli **********065200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçinin səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək ərizədə qeyd olunan tələblər tərəflərindən müdafiə olunmaqla ərizəçinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onunla rəhbərlik etdiyi Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər üzrə nümayəndəliyindən 29 avqust 2022-ci il tarixli, 190 nömrəli Masallı Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda vergi idarəsi tərəfindən tələb edilən borc tamamilə ödənilmişdir. Buna dair qəbzlərdə vardır. Odur ki, ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin izahtını dinləyib, işin faktiki və hüquqi hallarına əsaslanaraq, işdə olan sənədləri tədqiq etməklə, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan fiziki şəxs haqqında məlumatdan görünür ki, 20 avqust 1963cü il təvəllüdlü Nuriyev X2 şəhəri, Qarabağ küçəsi, ev 24/16 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********978200 nömrəli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 20769.61 manat məbləğində (muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə 19145.53 manat, maliyyə sanksiyası üzrə 0 manat, faizlər üzrə 1624.08 manat, inzibati cərimə üzrə 0 manat, digər üzrə 0 manat) borcunun olması barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********110600 nömrəli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 5207.67 manat məbləğində (vergilər üzrə 4212.81 manat, maliyyə sanksiyası üzrə 0 manat, faizlər üzrə 994.86 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) borcunun olması barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********065200 nömrəli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 632.57 manat məbləğində (işsizlikdən sığorta haqqı üzrə 564.61 manat, maliyyə sanksiyası üzrə 0 manat, faizlər üzrə 67.96 manat, inzibati cərimə üzrə 0 manat, digər üzrə 0 manat) borcunun olması barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********607900 nömrəli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 6399.54 manat məbləğində (vergilər üzrə 4417.18 manat, maliyyə sanksiyası üzrə 0 manat, faizlər üzrə 1982.36 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) borcunun olması barədə məlumat verilmişdir. Məhkəmə Maraqlı şəxs tərəfindən təqdim edilmiş sənədləri də tədqiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 29 avqust 2022-ci il tarixli 190 nömrəli Masallı Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamından görünür ki, Maraqlı şəxs 29 avqust 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 15 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər üzrə nümayəndəliyi (VÖEN: **********) tərəfindən 6 saylı Ərazi Vergilər İdarəsinin hesabına 389.27 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş 15 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər üzrə nümayəndəliyi (VÖEN: **********) tərəfindən DSMF MSS və FUİ-nin hesabına 981.38 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş 15 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər üzrə nümayəndəliyi (VÖEN: **********) tərəfindən DSMF MSS və FUİ-nin hesabına 39.32 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş 06 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər üzrə nümayəndəliyi (VÖEN: **********) tərəfindən İcbari Tibbi Sığorta üzrə DA-nın hesabına 157.02 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş 06 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər üzrə nümayəndəliyi (VÖEN: **********) tərəfindən DSMF MSS və FUİ-nin hesabına 39.32 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş 06 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər üzrə nümayəndəliyi (VÖEN: **********) tərəfindən DSMF MSS və FUİ-nin hesabına 981.32 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş 06 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər üzrə nümayəndəliyi (VÖEN: **********) tərəfindən 6 saylı Ərazi Vergilər İdarəsinin hesabına 389.27 manat ödəniş edilmişdir. İş materilları ilə müəyyən edilmişdir ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər üzrə nümayəndəliyinin (VÖEN: **********) dövlət büdcəsinə 1796,18 manat məbləğində (o cümlədən, vergilər üzrə 772,13 manat, faizlər üzrə 1024,05 manat), Dövlət Sosial Müdafiə Fonduna 12643,25 manat, İşsizlikdən sığorta fonduna 279,92 manat olmaqla, ümumilikdə 14719,35 manat borcu olmuşdur, Maraqlı şəxs xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhəri üzrə ərazi nümayəndəsi vəzifəsində işləmişdir və hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1796,18 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 12643,25 manat, işsizlikdən sığorta fonduna olan 279,92 manat məbləğində, ümumilikdə 14719,35 manat borcu ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. (maddə 355-5.2) Vergi Məcəlləsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. (maddə 16.1.1) Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. (maddə 77.1) Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. (maddə 78.1) Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. (maddə 23.1.15-3) Beləlilklə, məhkəmə hesab edir ki, ərizə təmin edilərək ünvan 1 ünvanında qeydiyyatda olan 20 avqust 1963-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234, 305, 307-311, 355-6, 355-7 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan 20 avqust 1963-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-766/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-766/2023
06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver