Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-77/2024 05.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakları ilə. İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 alınaraq ona verilməsini, uşağın saxlanması üçün hər ay 220 manat aliment tutulmasını, ödənilmiş dövlət rüsumuna görə 100 manat pulun tutulmasını tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ildə Cavabdeh ilə el adəti ilə ailə qurmuşdur. Aralarında rəsmi nikah bağlanmamışdır. Dəfələrlə bu barədə cavabdehə müraciət etsə də o, hər dəfə bəhanə taparaq nikahın bağlanmasından yayınmışdır. Birgə yaşadıqları müddətdə 19 avqust 2020-ci ildə X5 adlı uşaq anadan olmuşdur. Həyat yoldaşı Mirəziz onu Bakıda olan evdən gətirib kənddə öz ata evinə qoymuş, 27 may 2023-cü il tarixdə qaynı Nemət Hüseynov və qaynanası Zabitə və qeyriləri onu evdən döyüb zorla qovmuşlar. X2 qayını və qayınanası ondan zorla almışlar. Bütün qızıl-zinət əşyaları və digər əşyaları qayınanası Zabitə Hüseynovada qalmışdır. Övladı Miryusif azyaşlıdır və ana qayğısına ehtiyacı vardır. Cavabdeh uşağı zorla özündə saxlayır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü ildən qaynı Nemət onu evdən qovmuşdur. Səbəb ailə münasibətlərinə xələl hərəkətləri olmuşdur. O, evdən çıxarkən uşağı özü ilə aparmasına icazə verməmişlər. Ötən müddət ərizində uşaqla müvəqqəti təminat tədbiri ilə bağlı görüşür. Bu səbəbdən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə və Vəkil1 İddiaçı eyni məzmunda izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tərəflər arasında ailə münasibətlərinin pozulmasına səbəb iddiaçının ailə münasibətlərinə xələl yetirən hərəkətlərə yol verməsi olmuşdur. Bu baxımdan uşağın atasının himayəsində saxlanması onun hüquq və manafelərinə daha uyğundur. Bu səbəbdən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Masallı rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Masallı rayon Boradigah qəsəbəsində İddiaçı xx.xx.2020-ci ildə doğulmuş X3 atası Cavabdeh hesab edilmişdir. Masallı Rayon İcra Hakimiyyətinin Başçısının yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”nın 03 noyabr 2023-cü il tarixli müayinə aktından və xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, komissiya uşağın saxlanılması üçün hər iki tərəfin həyat şəraitini onun mənafeyinə uyğun hesab etməklə, uşağın yaşı az olduğu üçün ana qayğısına ehtiyacının olmasını nəzərə alaraq xx.xx.2020-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılmasını daha məqsədəmüvafiq hesab etmişdir. 12 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat dövlət rüsumu ödəmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddianın uşaq tələbi hissəsi əsaslı, aliment tələbi hissəsi qismən əsaslıddır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinı riayət edərək iddiaçı və cavabdeh tərəfindən təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Ailə Həmin Məcəllənin 49.2-ci və 49.3-cü maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması və hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidir. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir; Həmin Məcəllənin 60.4.-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq hüquqları haqqında” Bəyannamənin 2 saylı Prinsipinə görə “uşaq qanunla və digər vasitələrlə sosiaı müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqətli şəraitdə inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Bəyannamənin 9-cu maddəsinö əsasən iştirakçı dövlətlər təmin edirlər ki, 1. Uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. 2. Bu maddənin 1-ci bəndinə uyğun hər cür araşdırma zamanı bütün əlaqədar tərəflərə araşdırmada iştirak etməyə və öz nöqteyi-nəzərini şərh etmək imkanı verilir. 3. İştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, amma bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil edir “Avropa İnsan Hüquqları Məhkəməsinin Şahin Almaniyaya qarşı” 08 iyul 2003-cü il tarixli məhkəmə qərarında göstərilir ki, dövlət hakimiyyət orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uyğın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynin maraqlarından üstün tutula bilər. Valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetiriə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Tədqiq olunmuş sübutlarla və məhkəmə tərəfindən işin müəyyən olunmuş faktiki hallarından məlum olur ki, tərəflər arasında rəsmi nikah münasibətləri olmamış, el adəti ilə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 19 avqust 2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. Hazırda tərəflər arasında faktiki ailə münasibətləri pozulmuşdur. Uşaq atanın yanında yaşayır. Qeyd olunmuş işin faktiki hallarını Ailə Məcəlləsinin istinad edilmiş maddi normaları ilə qarşılıqlı təhlil edərək məhkəmə qeyd edir: Tərəflərin münasibətlərindən göründüyü kimi, onlar bir-birilərinə qarşı aqressivdirlər, təbii ki, bu hal gələcəkdə uşağın anaya qarşı psixoloji vəsiyyətinə mənfi təsir göstərəcəkdir. Hal-hazırda uşaqla ananın görüşü müvəqqəti təminat barədə qərardad əsasında mümkün olması əsas verir ki, cavabdeh tərəf uşağın ana ilə ünsiyyət saxlamasına könüllü olaraq razı deyil. Ailə münasibətlərinin pozulmasına səbəb olan hal uşağın mütləq atada saxlanılması üçün əsas ola bilməz. Çünki, uşaq sosial müdafiə ilə təmin olunmalı, fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqətli şəraitdə inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməli, məhəbbət və mənəvi-maddi təminat mühütündə inkişaf etməlidir. Mübahisə üzrə hazırkı vəziyyət dəyərləndirildikdə uşağa ata tərəfindən həmin qayğılar göstərilir, lakin uşağın anada saxlanılmaması üçün qeyd olunanlara zidd olan hal da müəyyən olunmur. Bütün bunlar ümumi olaraq müqayisə dərəcəsi ilə qiymətləndirildikdə məhkəmə hesab etmişdir ki, mühit olaraq ata göstərilən şəraiti övladına yarada bilər, ancaq uşağın yaşı kimi müstəsna hal nəzərə alınarsa, ata ananın uşağa göstərdiyi gündəlik təlabat və sosial qayğılarını həyata keçirə bilməz. Ona görə də uşağın yaşını və üstün mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, Miryusif Hüseynov azyaşlı olduğundan onun ana qayğısına daha çox ehtiyacı var. Ananın uşaqla hər ay bir neçə dəfə və hər görüşdə bir neçə saat ünsiyyət saxlaması, uşağa ana tərəfindən göstərilən qayğını əvəz edə bilməz. Odur ki, uşaq atadan alınara anaya verilməlidir. Uşaqları saxlamaq, qayğısına qalmaq, maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşağın saxlanılmasında valideyn kimi o, da iştirak etməli və aliment ödəməlidir. Aliment öhdəliyində məqsəd, uşağın əvvəlki yaşayış səviyyəsinin saxlanılmasıdır. Məhkəmə əvvəlki maddi vəziyyətin saxlanılması üçün uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, aliment cavabdehdən alınmalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşaqların ən az həmin həddə maddi təminat hüquqları vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən cavabdehin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, uşaların əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay 180 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. 19 avqust 2020-ci ildə anadan olmuş X5 Cavabdeh alınaraq İddiaçı verilsin. 19 avqust 2020-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 180 manat aliment alınaraq İddiaçı verilsin. Alimentin ödənilməsinin başlanğıcı X1 Cavabdeh alınaraq İddiaçı verildiyi tarixdən hesablansın. Mediasiya xərcinə görə ödənilmiş 50 manat və ödənilmiş dövlət rüsumuna görə 50 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-77/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-77/2024
05.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver