Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-771/2023 06.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat, **********67 reyestr nömrəli çıxarışla mülkiyyətində olan Masallı rayonu, Xıl kəndində yerləşən zəbt etdiyi torpaq sahəsindən çəkdiyi dəmir məftildən ibarət hasarın onun hesabına sökülməklə çıxarılması, əldən çıxmış fayda formasında vurulmuş ziyana görə 1155 manat və dövlət rüsumuna görə ödənilmiş 131 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. İddiaçının vəkili Vəkil ərizənin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etirazının olmamasını bildirdi. Məhkəmə hesab edir ki, iddiaçının vəsatəti təmin edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş 100 manat və 31,55 manat məbləğində dövlət rüsumları geri qaytarılmalı, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, İddiaçı tərəfindən X2 ilə ödənilmiş (13 fevral 2023-cü il tarixli, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 142213, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ90CTRE********************, xidmət kodu: ********) 100 manat məbləğində dövlət rüsumu, X2 ilə ödənilmiş (13 fevral 2023-cü il tarixli, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 142213, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ90CTRE********************, xidmət kodu: ********) 31,55 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalı və məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması” adlanan 170-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər (170.1). Qeyd olunanlara əsasən və MPM-in 170.1, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən X2 ilə ödənilmiş (13 fevral 2023-cü il tarixli, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 142213, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ90CTRE********************, xidmət kodu: ********) 100 manat məbləğində dövlət rüsumu və X2 ilə ödənilmiş (13 fevral 2023-cü il tarixli, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 142213, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ90CTRE********************, xidmət kodu: ********) 31,55 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-771/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-771/2023
06.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver