Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-8/2023 31.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh4, Cavabdeh1 iştrakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 məhkəməyə yazılı ərizə təqdim edərək, işə mahiyəti üzrə baxılmasını tələb etmədiklərini bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli, 3822 nömrəli qəbzdən görünür ki, İddiaçı mütəxəssis rəyinin verilməsi üçün 90 manat məbləğində dövlət rüsumu ödəmişdir. 20 fevral 2023-cü il tarixli, 10/8818 saylı ekspert rəyinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 90 manat pul ona aid edilməli, ekspertizanın keçirilməsinə xərclənmiş 50 manat pul isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 90 manat pul ona aid edilsin. Ekspertizanın tədqiqatın dəyəri olan 50 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-8/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-8/2023
31.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver