Məhkəmə qərarları › İş №2(050)-805/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-805/2024

01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-805/2024 01.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, ümumilikdə 175.52 manat, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 7133.83 manat, işsizlikdən sığorta fonduna olan 24.11 manat, İcbari Tibbi Sığorta Fonduna olan 303.13 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 0331717) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 96.15 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 96.15 manat), Azərbaycan Respublikası Masallı Rayonunun Yeyənkənd Bələdiyyəsinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna olan 303.13 manat, dövlət büdcəsinə 79.37 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 79.37 manat), Dövlət Sosial Müdafiə Fonduna olan 7133.83 manat, işsizlikdən sığorta fonduna olan 24.11 manat olmaqla, ümumilikdə 7636.59 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********441700, xx.xx.2023-cü il tarixli **********812000, xx.xx.2023-cü il tarixli **********114500, xx.xx.2023-cü il tarixli **********503600, xx.xx.2023-cü il tarixli **********520800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçinin səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək ərizədə qeyd olunan tələblər tərəflərindən müdafiə olunmaqla ərizəçinin iştirakı olmadan işə baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, hazırda bələdiyyə sədridir. Lakin qeyd edilən borclar ondan öncəki bələdiyyə sədrinə məxsusdur. Bu səbəbdən o, qeyd edilən borca görə məsuliyyət daşımamalıdır. Odur ki, ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə maraqlı şəxsin izahtını dinləyib, işin faktiki və hüquqi hallarına əsaslanaraq, işdə olan sənədləri tədqiq etməklə, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, xx xxxxxx 1995-ci il təvəllüdlü Maraqlı şəxs Masallı rayonu, Yeyənkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********520800 nömrəli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 24.24 manat məbləğində (işsizlikdən sığorta haqqı üzrə 21 manat, maliyyə sanksiyası üzrə 0 manat, faizlər üzrə 3.24 manat, inzibati cərimə üzrə 0 manat, digər üzrə 0 manat) borcunun olması barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********503600 nömrəli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 7238.71 manat məbləğində (muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 5797.44 manat, maliyyə sanksiyası üzrə 100 manat, faizlər üzrə 1341.27 manat, inzibati cərimə üzrə 0 manat, digər üzrə 0 manat) borcunun olması barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********812000 nömrəli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 303.13 manat məbləğində (icbari tibbi sığorta haqları üzrə 226.366 manat, maliyyə sanksiyası üzrə 0 manat, faizlər üzrə 76.77 manat, inzibati cərimə üzrə 0 manat, digər üzrə 0 manat) borcunun olması barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********114500 nömrəli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 79.37 manat məbləğində (vergilər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 79.37 manat, faizlər üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) borcunun olması barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********441700 nömrəli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 96.15 manat məbləğində (vergilər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 96.15 manat, faizlər üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) borcunun olması barədə məlumat verilmişdir. İş materilları ilə müəyyən edilmişdir ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan Azərbaycan Respublikası Masallı Rayonu Yeyənkənd Bələdiyyəsinin (VÖEN: **********) dövlət büdcəsinə ümumilikdə 175.52 manat, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 7133.83 manat, işsizlikdən sığorta fonduna olan 24.11 manat, İcbari Tibbi Sığorta Fonduna olan 303.13 manat məbləğində borcu ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. (maddə 355-5.2) Vergi Məcəlləsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. (maddə 16.1.1) Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. (maddə 77.1) Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. (maddə 78.1) Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. (maddə 23.1.15-3) Məhkəmə işin tədqiq edilən faktiki və hüquqi hallarına, tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən nəticəyə gəlir ki, Masallı rayonu, Yeyənkənd kəndində qeydiyyatda olan xx xxxxxx 1995-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234, 305, 307-311, 355-6, 355-7 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Masallı rayonu, Yeyənkənd kəndində qeydiyyatda olan xx xxxxxx 1995-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar