Məhkəmə qərarları › İş №2(050)-81/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-81/2025

19.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-81/2025 19.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh1 (digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 nümayəndəsi) və Nümayəndə2 (digər Cavabdeh6 nümayəndəsi) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Nümayəndə2, Cavabdeh5 və Cavabdeh6 (üçüncü şəxs Masallı regional Cavabdeh7ndə notariat ofisi) qarşı "mirasın qəbulu faktının müəyyən edilməsi və payların müəyyənləşdirilməsi" tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçının dəliləri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Nümayəndə2, Cavabdeh5 və Cavabdeh6 (üçüncü şəxs Masallı regional Cavabdeh7ndə notariat ofisi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 yanvar 2007-ci ildə vəfat etmiş mərhum X6 və 24 dekabr 2010-cu il tarixdə vəfat etmiş X3 miras qalmış Masallı rayonu Bala Kolatan kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN- 178A Kod 80506029 saylı Şəhadətnamədə qeyd edilmiş 0.14 hayətyanı torpaq sahəsindən, həmçinin torpğa mülkiyyət hüququna dair JN-0048 Kod 80506029 saylı dövlət aktında qeyd edilmiş 0.23 ha payıbəlli torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməyi faktının müəyyən edilməsi və həmin miras əmlaklar üzərində payların müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, valideynləri X9 ilə X13 nikahlarını 29 sentyabr 1959-cu ildə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından onunla yanaşı Eldar, Elşad, Rövşən və Nizam adlı qardaşları, həmçinin Liana və Lalə adlı bacıları anadan olmuşdur. X16 21 yanvar 2007-ci il tarixdə, atası Murtuza Şiriyev isə 24 dekabr 2010-cu il tarixdə vəfat etmişdir. Vəfat edənədək valideynlərinin mülkiyyətində Masallı rayonu Bala Kolatan kəndində Torpağın mülkiyyətə verilməsinə dair JN-178A saylı Şəhadətnamə ilə 0.14 ha həyətyanı torpaq sahəsi və Torpağa mülkiyyət hüququna dair JN-0048 saylı Dövlət Aktı ilə 0.23 ha payıbəlli torpaq sahəsi olmuşdur. Bacıları ailə həyatı qurub köçmüş, qardaşları da özlərinin həyəti və orada inşa edilmiş evləri vardır. Ata həyətində yalnız o, qalmışdır. Yalnız o, ailəsi ilə birlikdə mərhumdan qalan həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamaqla təsərrüfatı idarə edib, kommunal xərcləri ödəyib mirası faktiki qəbul etmişdir. Lakin, mirası sənədləşdirmək istəyərkən digər vərəsələr buna etiraz etməsələr də, notariat qaydada razılıq verməmişlər. Bu səbəbdən də mərhum valideynlərinə aid mirasla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ərizələrlə müraciət edərək ərizəsində göstərmişdir ki, hаzırdа məhkəmənin icrааtındа olan hüquqlаrını müdаfiə еtməklə nümаyəndəsi оlduğu Şiriyеv Cəmil Murtuzа оğlunun cаvаbdеh Şiriyеv Nizаm Murtuzа оğlunа və qеyrilərinə qаrşı mirаsın qəbulu fаktının müəyyən еdilməsi və pаylаrın müəyyənləşdirilməsi bаrədə iddiа ərizəsi üzrə mülki işin məhkəmə prоsеsinin gеdişində məlum оlmuşdur ki, iddiаçının аnаsınа məхsus əmаnət pulu ilə bаğlı qardaşı Nizаm Şiriyеvin аdınа xx.xx.2012-ci il tаriхli qanun üzrə vərəsəlik hüququ hаqqındа şəhаdətnаmə vеrilmişdir. Həmin şəhаdətnаmə vеrilərkən vərəsə kimi iddiаçının və bаcı-qаrdаşlаrının аdlаrı gizlədilmiş, nəticədə оnlаrın hüquqlаrı və vərəsəliyə dаir qаnunvеriciliyin tələbləri pоzulmuşdur. Ona görə də Nümayəndə2 ləyaqətsiz vərəsə hesab edilərək vərəsə olmaq hüququndan məhrum edilməsi, 21 yаnvаr 2007-ci ildə vəfаt еtmiş mərhum Şiriyеvа Yеlеnа İvаnоvnаdаn qаlmış əmаnət puluna dаir Şiriyеv Nizаm Murtuzа оğlunun аdınа vеrilmiş xx.xx.2012-ci il tаriхli qаnun üzrə vərəsəlik hüququ hаqqındа şəhаdətnаmənin еtibаrsız hеsаb еdilməsi, iddia tələbində qeyd etdiyi əmlaklarla yanaşı, əmаnət pulu üzərində də payların Nümayəndə2 istisna olmaqla digər vərəsələr arasında müəyyənləşdirilməsi bаrədə qətnаmə çıхаrılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin və sonradan verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizələrin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, cavabdehlərdən Nümayəndə2 başqa hamısı miras əmlakın bölüşdürülməsinə dair öz razılıqlarını verməyə etiraz etmirlər. Təkcə Nümayəndə2 notariat kontoruna gələrək ərizə verməkdən imtina edir. Təsərrüfatda olan tək şəxs İddiaçıdir. Digərlərinin hər birinin ayrı təsərrüfatları vardır. Ata həyətində əvvəlcədən köhnə ev olmuş, sonradan həmin ev sökülərək materialları vərəsələr tərəfindən istifadə edilmişdir. Həmin evin ümumiyyətlə sənədləri olmamışdır. Cəmil həmin həyətdə özü üçün yeni ev tikmişdir. Bundan başqa, mərhum Yelena Şiriyevadan qalmış əmanət pulunu da Nizam ərazi nümayəndəliyindən aldığı düzgün olmayan arayışla notariat kontoruna müraciət edərək vərəsəlik şəhadətnaməsi almış və pulu bankdan əldə etmişdir. Nizamın belə hərəkətləri nəticəsində digər vərəsələr öz pay hüquqlarından məhrum olmuşlar. Odur ki, Nizam ləyaqətsiz vərəsə elan olunmalı və ona verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməlidir. İddiaçı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsini, özünün və digər vərəsələrin paylarının müəyyən olunmasını istəyir. Həmçinin, Nizam Cəmildən xəbərsiz pul almadığını bildirsə də, Cəmilin pulun alınması barədə məlumatının olmadığını bildirmişdir. Sonda Nümayəndə1 iddianın təmin edilməsini və arayışı vermiş keçmiş ərazi nümayəndəsinin və vərəsəlik şəhadətnaməsini vermiş notariusun barəsində tədbir görülməsini, Nizamın isə ləyaqətsiz vərəsə kimi mirasdan məhrum edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 (digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 nümayəndəsi) iddianə qəbul edərək, mirasın qəbulu faktının müəyyən edilməsi və payların müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsinə özünün və digər cavabdehlərin etirazının olmadığını bildirdi. Məhkəmə iclasında cavabdeh Nümayəndə2 (digər Cavabdeh6 nümayəndəsi) iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı Rusiya Federasiyasında yaşayır. O, burada olan əmlakı idarə edə bilməz. Anasının adında olan pulu bankdan götürməsindən Cəmilin də xəbəri olmuşdur. Pulu götürüb yarısını Cəmilin qaynanasına vermişdir. Bundan başqa Cəmil mirasdan pay almaq istəyir. Lakin, həmin həyətdə olan köhnə evi sökərkən Cəmil evin materiallarını satmışdır. Özü ailə qurana kimi həmin evdə yaşamışdır. Ailə qurduqdan sonra başqa ev tikərək ora köçmüşdür. Hesab edir ki, ərazi nümayəndəliyi Cəmilə saxta arayış verib. Cəmil təsərrüfatdan ayrı olmuşdur. Paybəlli torpaqlar valideynlərinin adına olmaqla yanaşı, digər övladların da ayrı torpaq sahələri öz adlarına verilmişdir. Özü mirasdan heç nə istəmir. Hesab edir ki, miras iki hissəyə bölünməlidir və yarısı digər qardaşı Cavabdeh6 verilməlidir. Sonda Nümayəndə2 iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs Masallı regional Cavabdeh7ndə notariat ofisinin notariusu X17 ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün ağırlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmiş və işə onların iştirakları olmadan baxılaraq, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının, vəkilin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Təsviri hissə Belə ki, iş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X10 arasında 29 sentyabr 1959cu ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Şiriyev (a) soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, 24 oktyabr 1979-cu il təvəllüdlü İddiaçı atası X9, anası X7. Ölüm haqqında şəhadətnamələrdən görünür ki, X13 21 yanvar 2007-ci ildə, X9 24 dekabr 2010-cu ildə ölmüşlər. Masallı Rayon İcra Hakimiyyəti başçısının Böyük Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı anası X13 21 yanvar 2007-ci ildə, atası X9 24 dekabr 2010-cu ildə vəfat etmişdir. Mərhumların daimi yaşayış yeri Masallı rayonu, Böyük Kolatan kəndi olmuş, ölənədək onlarla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvləri oğlu İddiaçı qalmışdır. X12 İvanovna və X4 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Nümayəndə2dur. X1 yuxarıda qeyd edilən şəxslərdən başqa vərəsələri yoxdur. Masallı regional Cavabdeh7ndə notariat ofisinin notariusu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1025 saylı məktubdan görünür ki, 24 dekabr 2010-cu il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli müraciəti nəzərədən keçirilərkən, vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. Masallı regional Cavabdeh7ndə notariat ofisinin notariusu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1026 saylı məktubdan görünür ki, 21 yanvar 2007-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli müraciəti nəzərədən keçirilərkən, vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. “Azəriqaz” İB-nın qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən və "xxxx" ASC-nin abunə haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Kolatan kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaclar İddiaçı adına qeydə alınmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 178A, Kod 80506029 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 nömrəli qərarı ilə X5 və X11 0.14 hektar torpaq sahəsi verilmişdir. JN-0048 kod 80506029 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 nömrəli qərarı əsasında X5 və X11 0000 verilmişdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının Böyük Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 23/1 nömrəli arayışdan görünür ki, Nümayəndə2 mərhum atası X9 və mərhum anası X13 vəfat edən günədək onunla birlikdə yaşamışdır. Nümayəndə2 mərhum atası və anasına məxsus təsərrüfatı o cümlədən pay torpaqlarını idarə edir. Hal-hazırda Nümayəndə2 tərəfindən mərhum atası və anasının ümumi birgə mülkiyyətində olan 0.23 ha torpaq sahəsində (Dövlət Aktı JN:048, kod ********) vələmir bitkisi əkmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 21 yanvar 2007-ci ildə vəfat etmiş X8 vərəsəsi Nümayəndə2dur. Şəhadətnamə verilən miras əmlak mərhum X11 məxsus olan əmanət pulundan ibarətdir. Şəhadətnamə 27 dekabr 2012-ci il tarixdə Masallı 1 saylı notariat kontorunda təsdiq edilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, №2025/111/1864 saylı məktubundan görünür ki, təlimata əsasən kassa əməliyyatları üzrə sənədlərin bankda saxlama müddəti 5 il olduğundan, mərhum X8 adına hesab və ya vəsait aşkar edilmədiyindən araşdırma aparmaq mümkün olmamışdır. Məhkəmə Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin vəkilinin, üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırma hissəsi Məhkəmədə işin faktiki halları ilə müəyyən edilmişdir ki, X12 İvanovna və X3 onların birgə mülkiyyətində olan 0.14 hektar həyətyanı torpaq sahəsi və 0.23 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi miras əmlak kimi qalmış, həmin torpaq sahələri vərəsələr tərəfindən faktiki yolla qəbul edilmişdir. İddiaçı miras qalmış 0,14 ha torpaq sahəsində hələ valideynləri dünyasını dəyişməmişdən əvvəl ev tikməyə başlamış, valideynləri vəfat etdikdən sonra tikintini davam etdirərək fərdi yaşayış evini inşa etmiş, Rusiya Federasiyasından Azəbaycana gəldiyi vaxtlarda həmin evdə yaşamışdır. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 digər vərəsələrdən xəbərsiz mərhum Yelena Şiriyevadan miras qalmış əmanət pulunu qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında qəbul etdiyindən onun ləyaqətsiz vərəsə hesab edilməsini, miras əmlakdan ona pay verilməməsini tələb etmişdir. İşin mübahisəli halı isə odur ki, cavabdeh Nümayəndə2 İddiaçı tərəfindən miras qalmış əmlakın hər hansı formada qəbul edilmədiyini bildirərək ona miras əmlakdan pay verilməsinə etiraz etmişdir. Məhkəmə Mülki Məcəllənin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasənqanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, qanunvericilikdə mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Bu halda şəxsə mirasın qəbul edilməsini rəsmiləşdirən vərəsəlik şəhadətnaməsi verilir. İşin hallarından görünür ki, Nizam Şirinov 27 dekabr 2012-ci il tarixdə Masallı 1 saylı notariat kontoruna anasından miras qalmış əmanət pulunu qəbul etmək üçün müraciət etmiş, bunun əsasında ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhətənamənin surətindən görünür ki, 21 yanvar 2007-ci ildə vəfat etmiş X8 vərəsəsi Nümayəndə2dur. Şəhadətnamə verilən miras əmlak mərhum X11 məxsus olan əmanət pulundan ibarət olmuşdur. Göründüyü kimi, Nümayəndə2 anasından miras qalmış əmanət pulunu qəbul etməklə, qanunvericiliyin tələbinə əsasən dolaysı yolla bütün miras əmlakı qəbul etmişdir. İddaçının Nümayəndə2 vərəsəlik şəhadətnaməsini onlardan xəbərsiz qəbul etməsi səbəbindən vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və onun ləyaqətsiz vərəsə hesab edilərək miras əmlakdan məhrum edilməsi tələbi ilə bağlı bildirir ki, iddiaçı anasının ölümündən uzun müddət keçməsinə baxmayaraq, bu müddət ərzində əmlakı faktiki olaraq qəbul etsə də, vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat kontoruna müraciət etməmişdir. Nizam Şirinovun intizamlı davranaraq vərəsəlik şəhatənaməsi alınması üçün müraciət etməsi, miras əmlakın bir hissəsinə dair şəhadətnamə alması tam qanuni olmuş, icra nümayəndəliyinin arayışında onun yeganə vərəsə kimi göstərilməsi halı digər vərəsələri vərəslik hüququndan mərhum edən hal olmamışdır. Çünki Mülki Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Göründüyü kimi, İddiaçı və digər vərəsələr Nümayəndə2 kimi miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi üçün müraciət etsə idilər, onlara da əmanət puluna dair vərəsəlik şəhadətnaməsi verilərdi. Eyni zamanda məhkəmə qeyd edir ki, Nümayəndə2 götürdüyü əmanət pulunun məbləği ilə bağlı Kapital Banka sorğu göndərilsə də, bank hesab məlumatlarının 5 il saxlanılması səbəbindən əmanət pulunun məbləği ilə bağlı məlumat məhkəməyə verilməmişdir. Belə olan halda hazırda həmin miras əmlak mövcud olmadığından, eyni zamanda pul vəsaitinin məbləği müəyyən edilmədiyindən həmin vəsaitin miras əmlak kütləsinə daxil edilərək bölünməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən vərəslik şəhadətnaməsinin etibarsız hesab edilməsinə, eyni zamanda icra nümayəndəliyinin arayışda vərəsə kimi yalnız Nümayəndə2 göstərməsi digər vərəsələri miras əmlakdan məhrum etmədiyindən həmin tələbin təmin edilməsinə, eləcə də icra nümayəndəsi və şəhatənaməni verən notarisun barəsində tədbirlər görülməsinə əsaslar yaranmamışdır. Məhkəmə Nümayəndə2 ləyaqətsiz vərəsə hesab edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1137-ci maddəsində ləyaqətsiz vərəsəyə anlayış verilərək qeyd edilmişdir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Qeyd edilən anlayışdan tam aydın olur ki, şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi üçün miras əmlak açılanadək, yəni miras qoyan şəxs ölənədək gələcəkdə vərəsə olacaq şəxs tərəfindən onun iradəsinə öz mənafeləri üçün təsir göstərməsi halları baş verdikdə mümkündür. İddiaçının nümayəndəsi isə iddia tələbində vərəsənin miras qoyan şəxs öldükdən sonra etdiyi hərəkətləri ilə əlaqədar ləyaqətsiz vərəsə hesab edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən demək olar ki, vərəsənin birinin vərəsəlik şəhadətnaməsi əsasında miras əmlakın bir hissəsini qəbul etməsi, digər vərəsələri miras qalmış əmlakdan məhrum etmir. Digər vərəsələr də formal olmasa da, faktiki olaraq miras qalmış əmlakı qəbul etdikləri halda, onların miras qalmış əmlaka mülkiyyət hüquqları yaranır. Məhkəmə miras əmlakın faktiki qəbulu və payların müəyyən edilməsi tələbi ilə bağlı qeyd edir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014cü il 18 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Məhkəmə qeyd edir ki, İddiaçı birinci növbə vərəsə kimi mərhum atası X9 və anası X6 miras qalmış torpaq sahələrini faktiki olaraq qəbul etmişdir. Bu məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkilinin izahatı, eyni zamanda iş materialında olan sübutlarla təsdiqini tapmışdır. Cavabdeh Nümayəndə2 məhkəmə iclasında özü izahatında bildirmişdir ki, qardaşı İddiaçı uzun müddətdir ki, Rusiya Federasiyasında yaşasa da, hələ valideynlərinin sağlığında miras qalmış 0.14 ha torpaq sahəsində fərdi yaşayış evi tikməyə başlamış, valideynləri öldükdən sonra da evin inşasını davam etdirmiş, hərdən bir Azərbaycana gələrək həmin yaşayış evində qalır. Eyni zamanda “Azəriqaz” İB-nın qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən və "xxxx" ASC-nin abunə haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Kolatan kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaclar İddiaçı adına qeydə alınmışdır. Bütün bunlar göstərir ki, İddiaçı digər vərəsələr kimi mərhum valideynlərindən miras qalmış əmlakları faktiki olaraq qəbul edərək idarə etmişdir. iddiaçı Nümayəndə2 başqa digər vərəsələrin də əmlaklar üzərində pay hüquqlarının tanınmasını tələb etmişdir. Məhəmə hesab edir ki, torpaq sahələri mərhumların birgə mülkiyyətində olmuş, iddiaçı mərhumlardan qalmış əmlakın hamısını faktiki olaraq qəbul etdiyini, ona görə də həmin əmlaklar üzərində özü ilə yanaşı digər vərəsələrin də paylarının bərabər şəkildə müəyyən edilməsini tələb etdiyindən vərəsələrin torpaq sahələri üzərində payları müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, işin halları ilə müəyyən edilmişdir ki, X9 və X8 7 nəfər övladı- İddiaçı oğu, Cavabdeh1, Cavabdeh2, Cavabdeh1 Murtuza oğlu, Nümayəndə2, Cavabdeh5 və Cavabdeh6 qanun üzrə birinci növbəli vərəsələri olduğundan miras qalmış Masallı Rayonu Bala Kolatan kəndində yerləşən JN 178A, Kod 80506029 saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.14 hektar həyətyanı torpaq sahəsi və JN-0048 kod 80506029 saylı dövlət aktı ilə ayrılmış 0.23 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməli və iddiaçı ilə yanaşı digər vərəsələrin torpaq sahələri üzərində bərabər şəkildə 1/7 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Nəticə Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 1) Masallı Rayonu Bala Kolatan kəndində yerləşən JN 178A, Kod 80506029 saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.14 hektar həyətyanı torpaq sahəsi və JN-0048 kod 80506029 saylı dövlət aktı ilə ayrılmış 0.23 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. 2) X9 və X2 üzrə İ növbə vərəsələri - İddiaçı oğu, Cavabdeh1, Cavabdeh2, Cavabdeh1 Murtuza oğlu, Nümayəndə2, Cavabdeh5 və Cavabdeh6 miras qalmış 0.14 hektar həyətyanı torpaq sahəsi və 0.23 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin üzərində bərabər şəkildə hər birinin 1/7 hissədə payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar