Məhkəmə qərarları › İş №2(050)-82/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-82/2025

31.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-82/2025 31.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh6 və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1, Cavabdeh8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X18, Cavabdeh8 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı Rayon Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilmiş işin halları: X1 ilə X38 rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından o və cavabdehlər dünyaya gəlmişdir. Valideynlərinə Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarı ilə 0,13 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində mərhum valideynləri tərəfindən ev inşa edilmiş, o və digər cavabdehlər həmin evdə dünyaya gəlmiş və yaşamışlar. Lakin hazırda iddiaçı ata yurduna gedə bilmir. Cavabdehlər ona ata yurduna daxil olmağa imkan vermir, süni maneələr yaradır, ata evinə gedən kimi DİN-in 102 xidmətinə zəng vuraraq, ondan əsassız şikayətlər edirlər. Mərhumlardan miras qalmış torpaq sahəsinə birinci növbə vərəsədir, həmin torpaq sahəsində onun da payı vardır, miras payının müəyyən edilməsindən ötrü notariat orqanına müraciət etmiş, lakin vərəsələr arasında mübahisə olduğundan notarius tərəfinfən mirasın qəbulundan imtina barədə arayış verilmişdir. İddiaçının tələbi: Mərhum X1 ilə X19 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarına əsasən Masallı rayon Mahmudavar kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsə kimi onun, yəni İddiaçı tanınması və həmin torpaq sahəsi üzrə mirasın qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək mərhum X1 ilə X19 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarına əsasən Masallı rayon Mahmudavar kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsinə və onun üzərində mərhumlar tərəfindən inşa edilmiş bir mərtəbəli beş otaqlı evə və mərhum atası X14 miras qalmış Masallı rayon Mahmudavar kəndində yerləşən 0,83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mərhumun payı olan 2/12 miras payından onun miras payının müəyyən edilməsi və qanun üzrə vərəsə kimi tanınmağı və mirası qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş, həmçinin əvvəlki məhkəmə iclaslarında yazılı izahatını məhkəməyə təqdim edərək bildirmişdir ki, o, mərhum anası X19 miras qalmış bir cüt qızıl sırğanı, bir neçə dənə tirməyi baş yaylığını, kəsilməmiş və tikilməmiş bir dəst paltarlıq parçasını götürmüş və mərhum atası X14 miras qalmış, bir ədəd qazanı (6 kq çəkidə düyünü bişirmək üçün), iki ədəd “Qurani-Kərim” kitabını və bir ədəd yasin-surəsi kitabçasını, mərhum atasının əl nişanəsi olan bir ədəd təsbehi, namaz qılanda istifadə etdiyi bir ədəd çərəkə kitabçasını, möhür dəstini, zikir tutmaqdan ötrü bir ədəd təsbehi və ondan miras qalan bir ədəd mişarı, bir ədəd balaca baltanı, bir ədəd çəkici, bir ədəd kəlbətini götürmüş, sadaladığı əşyalar hal-hazırda da onun istifadəsindədir. Həmçinin bildirmişdir ki, kiçik bacısı Cavabdeh1 mərhum anası X19 miras qalmış bir cüt qızıl sırğanı, mərsiyə və roza dəftərlərini, mərhum atası X14 övladlarına miras qalmış daşınar əşyalardan bir ədəd paltar tikən maşını, bir ədəd mis kəpkiri, on yeddi ədəd kasanı, (ləyən micmə dəstindən) tək bir ədəd micməni götürmüşdür və qeyd etdiyi həmin əşyalar hal-hazırda kiçik bacısı Gülmirənin istifadəsindədir. Böyük bacısı Cavabdeh2 mərhum anası X19 miras qalmış əşyalardan, bir cüt darağlı qızıl sırğanı, mərhum atası X14 miras qalmış müxtəlif rəngi olan daş-qaşlardan ibarət (müalicəvi əhəmiyyəti olan) boyunbağını götürmüş və hal-hazırda həmin əşyalar böyük bacısı Cavabdeh2 istifadəsindədir. Ortancıl bacısı Cavabdeh3, mərhum anası X19 və mərhum atası X14 vərəsələrinə miras qalmış bir mərtəbəli beş otaqlı evdən bir otağı miras kimi qəbul etmiş və mərhum valideynlərindən miras qalmış əşyalardan bir qismini götürmüş, və ortancıl bacısı Cavabdeh3 məxsus olan gəlinlik cehizləri və ev əşyaları faktiki olduğu həmin sözü gedən 7m x 3m.50sm ölçüdə olan bir otağa yığmışdır, həmin otaq və həmin əşyalar Cavabdeh3 istifadəsində və sahibliyindədir. Ortancıl bacısı Cavabdeh4 mərhum anası X19 miras qalmış bir dəst paltarlıq parçanı və mərhum anasının geyindiyi və geyinmədiyi təzə paltarlarını və mərhum atası X34 vəfat edənə kimi istifadə etdiyi və ondan miras qalmış bir dəst yorğan döşəyi (həmin döşəyi sökərək ondan özünə bir ədəd yorğan tikmişdir) və əlavə bir ədəd tək yorğanı da götürmüş və hal-hazırda həmin əşyalar Cavabdeh4 istifadəsindədir. Bir faktı da məhkəmənin diqqətinə çatdırmışdır ki, mərhum atasının həyətyanı torpaq sənədində rəsmi 0.13 ha qeyd olunaraq, göstərilməsinə baxmayaraq mərhum atasının naturada faktiki vəziyyətdə həyətyanı torpaq sahəsi 0.13 ha deyil, əslində naturada faktiki vəziyyətdə bir hektardan çoxdur. Xüsusi ilə qeyd edir ki, müxtəlif illərdə mərhum atasının naturada faktiki vəziyyətdə çəpər daxilində olan bir hektaradək həyətyanı torpaq, sahəsində qardaşları cavabdeh X27 mərhum atasının həyətində ayrıca 0.06 ha torpaq sahəsində Cavabdeh8 mərhum atalarının həyətində ayrıca 0.06 ha torpaq sahəsində və Cavabdeh6 mərhum atalarının həyətində ayrıca 0.06 ha torpaq sahəsində özlərinə ev tikmişlər. Mərhum ataları həyətyanı torpaq sahəsində qeyd etdiyi faktiki tikililərin yerləşdiyi torpaq sahəsindən savayı yerdə qalan torpaqlar təxminən 0.50 ha-dan artıq təşkil edir, hal-hazırda faktiki vəziyyətdə əkin sahəsi kimi istifadəsiz qalmışdır. Qeyd etdiyi bu torpaq sahəsini ilin on iki ayı o, bacıları ilə dolanışıqlarını təmin etmək üçün əkib becərmişdir, çünki onların hər birinin həyətyanı torpaq sahəsi demək olar ki, tərəvəz əkmək üçün yaramır. Məhz buna görə mərhum atasının həyətyanı torpaq sahəsində dolanışıqlarını təmin etməkdən ötrü tərəvəz əkmişlər. Mərhum valideynləri hələ “öz'" sağlığında onlara bu şəraiti yaratmışlar. Beləliklə mərhum valideynlərinin sağlığında və ya ölümlərindən sonra təsərrüfatı idarə etmiş, yəni bir hektara qədər əkin sahəsi olan həyətyanı torpaqda istər istixana şəraitində, istərsə də, açıq hava şəraitində, demək olar ki, ilin on iki ayı bacıları ilə tərəvəz əkərək, həmişəki kimi gündəlik, məhsulu satmaqdan ötrü bazara çıxarmış və pay torpağında buğda əkmiş və ya otlaq sahə kimi də mal-qaralarını otarmışlar, yəni pay torpaq da müştərək qaydada, daim istifadələrində olmuşdur. Cavabdeh6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, bacıları tərəfindən valideynləri vəfat etdikdən sonra heç bir miras əmlak qəbul edilməmişdir. Onlar tərəfindən sübut kimi təqdim edilmiş daşınar əmlaklar valideynlərinin sağlığında özləri tərəfindən verilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh8 iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hazırki iddia tələbinə heç bir etirazı yoxdur. Həmçinin yekun məhkəmə aktı qəbul edilərkən miras əmlakdan ona düşən payın ayrılıb, verilməsini xahiş edir. Bundan əlavə məhkəməyə yazılı izahatını təqdim edərək bildirmişdir ki, o, mərhum anası X19 miras qalmış bir cüt qızıl sırğanı, mərsiyə və roza dəftərlərini, mərhum atası X14 övladlarına miras qalmış daşınar əşyalardan, bir ədəd paltartikən maşını, bir ədəd mis kəpkiri, on yeddi ədəd kasanı, (ləyən micmə dəstindən) tək bir ədəd micməni götürmüş və qeyd etdiyi həmin əşyalar hal-hazırda onun istifadəsindədir. Odur ki, mərhum X1 ilə X19 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarına əsasən Masallı rayon Mahmudavar kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinə və onun üzərində mərhumlar tərəfindən inşa edilmiş bir mərtəbəli beş otaqlı evə və mərhum atası X14 miras qalmış Masallı rayon Mahmudavar kəndində yerləşən 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mərhumun payı olan 2/12 miras payından onun miras payının müəyyən edilməsi və qanun üzrə vərəsə kimi tanınmağı və mirası qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Lakin Cavabdeh3 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mərhum valideynlərinin ayrı-ayrı illərdə vəfatından sonra, onlardan miras qalan daşınar və daşınmaz əmlakları qeyri-şərtsiz qəbul etmişdir. İddiaçı tərəfindən məhkəmədə qaldırılmış iddia tələbini qəbul edir. Mərhum anası X19 və mərhum atası X14 miras qalmış beş otaqlı evdə ona məxsus olan gəlinlik cehizləri və ev əşyalarının hal-hazırda olduğu bir otaq (7mx3m.50sm), onun istifadəsindədir. Bundan başqa Mərhum atasının ölümündən sanra təsərrüfatı idarə etmiş, bacıları ilə həyətyanı torpağı göy-göyərti və tərəvəz əkərək, həmişəki, kimi məhsulu satmaqdan ötrü bazara çıxarmış, pay torpağda buğda əkmiş və ya otlaq sahə kimi mal-qarasını otarmış, yəni pay torpaq da daim istifadələrində olmuşdur. Xüsusi ilə qeyd edir ki, mərhum atasının sağlığında iş üzrə Cavabdeh6 özünə iki mərtəbəli (beş otaqlı) ev tikmiş, ata evində qalmış vərəsələrə çatası miras paylarını verməmək məqsədi ilə daşınan miras əmlakın çoxunu, hazırki, mübahisə ilə ələqadar özünün tikdiyi və yaşadığı evə aparmışdır. Mərhum X1 ilə X19 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarına əsasən Masallı rayon Mahmudavar kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinə və onun üzərində mərhumlar tərəfindən inşa edilmiş bir mərtəbəli beş otaqlı evə və mərhum atası X14 miras qalmış Masallı rayon Mahmudavar kəndində yerləşən 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mərhumun payı olan 2/12 miras payından onun miras payının müəyyən edilməsi və qanun üzrə vərəsə kimi tanınmağı və mirası qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 yazılı izahat təqdim edərək bildirmişdir ki, mərhum valideynlərinin ayrıayrı illərdə vəfatından sonra, onlardan miras qalan daşınar və daşınmaz əmlakları miras kimi qəbul etmişdir. İddiaçı tərəfindən məhkəmədə qaldırdığı iddia tələbini müdafiə edir. Mərhum anasının X19 miras qalmış bir cüt qızıl darağlı sırğanı, atasından miras qalmış müxtəlif rəngi olan daşlardan ibarət boyunbağı (müalicəvi əhəmiyyətli) və sairə yüngül əşyalarından götürmüş və hal-hazırda onun özünün istifadəsindədir. Xüsusi ilə qeyd edir ki, mərhum atasının sağlığında iş üzrə Cavabdeh6 özünə iki mərtəbəli (beş otaqlı) ev tikmiş, ata evində qalmış vərəsələrə çatası miras paylarını verməmək məqsədi ilə daşınar miras əmlakın çoxunu, hazır ki, mübahisə ilə ələqadar özünün tikdiyi və yaşadığı evə aparmışdır. Odur ki, mərhum X1 ilə X19 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarına əsasən Masallı Rayon Mahmudavar kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinə və onun üzərində mərhumlar tərəfindən inşa edilmiş bir mərtəbəli beş otaqlı evə və mərhum atası X14 miras qalmış Masallı rayon Mahmudavar kəndində yerləşən 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mərhumun payı olan 2/12 miras payından onun miras payının müəyyən edilməsi və qanun üzrə vərəsə kimi tanınmağı və mirası qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 yazılı izahat təqdim edərək bildirmişdir ki, mərhum valideynlərinin ayrıayrı illərdə vəfatından sonra, onlardan miras qalan daşınar və daşınmaz əmlakı miras kimi qəbul etmişdir. İddiaçı tərəfindən məhkəmədə qaldırdığı iddia tələbini müdafiə edir. Mərhum anası X19 və mərhum atası X14 ona miras qalmış mərhum anasının geyindiyi və geyinmədiyi paltarları, bir dəst yorğan döşək, bir tək yorğan, və sairə yüngül əşyalarından götürmüş və hal-hazırda onun özünün istifadəsindədir. Bundan başqa mərhum atasının ölümündən sonra təsərrüfatı idarə etmiş, həyətyanı torpağı bacıları ilə göy-göyərti və tərəvəz əkərək, həmişəki kimi məhsulu satmaqdan ötrü bazara çıxarmış, pay torpağda buğda əkmiş və ya otlaq sahə kimi də mal-qaranı otarmış, yəni pay topaq da daim istifadəsində olmuşdur. Mərhum atasının sağlığında iş üzrə Cavabdeh6 özünə iki mərtəbəli (beş otaqlı) ev tikmiş, ata evində qalmış vərəsələrə çatası miras paylarını verməmək məqsədi ilə daşınan miras əmlakın çoxunu, hazırkı, mübahisə ilə ələqadar özünün tikdiyi və yaşadığı evə, aparmışdır. Odur ki, mərhum X1 ilə X19 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarına əsasən Masallı Rayon Mahmudavar kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinə və onun üzərində mərhumlar tərəfindən inşa edilmiş bir mərtəbəli beş otaqlı evə və mərhum atası X14 miras qalmış Masallı rayon Mahmudavar kəndində yerləşən 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mərhumun payı olan 2/12 miras payından onun miras payının müəyyən edilməsi və qanun üzrə vərəsə kimi tanınmağı və mirası qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Masallı Regional “ASAN Xidmət” X22 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X34 beyindaxili qansızmadan xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Masallı Regional “ASAN Xidmət” X22 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm arayışdan görünür ki, X38 qaraciyər çatmamazlığından xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Masallı RİHB-nin Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024 saylı, 568 №li arayışından görünür ki, X34 və X38 rəhmətə gedəndən sonra onların qeydiyyatdan çıxmış və qeydiyyatda olan övladları:- qızı-Cavabdeh2, oğlu- X35, qızı-Cavabdeh3, qızı- Cavabdeh4, oğlu- Cavabdeh8, qızı- Cavabdeh1, qızı-İddiaçı, oğlu- Cavabdeh6, qızı-Cavabdeh5dır. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 1093 saylı İddiaçı ünvanlanmış məktubundan görünür ki,xx.xx.2023-cü il tarixdə vəfat etmiş ataları X14 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizələri və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən vərəsələr arasında mübahisə olduğu səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair (JN-374A KOD ********) şəhadətnamədən görünür ki, Masallı rayonu Mahmudavar kəndində yerləşən 0,13 ha torpaq sahəsi X38 və onun ailə üzvləri olan X23 verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0,83 ha torpaq sahəsinə X4, X8, X10, X15, X28, X5, Cavabdeh4, Cavabdeh5, X11, Cavabdeh6 hər birinin 1/12 hissədə, X20 2/12 hissədə mülkiyyətindədir. AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, “Satıcılar” X34, X12, X21, X2 İzarə Boyli qızı, Cavabdeh5, X25, X13, X29, X40, Ağayev X36 rayonu, Mahmudavar kəndində yerləşən ümumi sahəsi 1,43 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən bölgü planına əsasən 0,6 ha torpaq sahəsini “Alıcı” X7 mülkiyyətinə vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1., 213.1. və 213.5.-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 220.1., 220.2. və 220.3.-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2., 223.3. və 223.4.-cü maddələrinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014cü il 18 iyul tarixli Qərarında qeyd edilmişdir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən olunur ki, İddiaçı X3 və X26 qızıdır. X9 xx.xx.2011-ci il tarixdə, mərhum X34 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarı ilə 0.13 hektar həyətyanı torpaq sahəsi X30 və X23 verilmişdir. Həmin torpaq sahəsində tərəflərin mərhum valideynləri tərəfindən 1 mərtəbəli 5 otaqlı ev tikilmişdir. Bundan əlavə iş materialları ilə müəyyən edilmişdir ki, X20 Masallı rayon Mahmudavar kəndində yerləşən 0.83 hektar kənd təsərrüfətlı təyinatlı torpaq sahəsində 2/12 payı mövcuddur. İddiaçı hazırki məhkəmə mübahisəsində mərhum valideynlərindən miras qalmış əmlakdan pay almağa nail olmaq istəyir, lakin vərəsələr arasında mübahisə olduğundan notarius tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Hazırda iddiaçı qeyd edilən miras əmlaklar üzərində payının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddia tələbini qəbul etməklə yanaşı qeyd edilən miras əmlaklar üzərində paylarının müəyyən edilməsini xahiş etmişlər. Məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı mərhum atasının ölümündən sonra ondan miras qalmış bir ədəd qazanı (6 kq çəkidə düyünü bişirmək üçün), iki ədəd “Qurani-Kərim” kitabını və bir ədəd yasin-surəsi kitabçasını, mərhum atasının əl nişanəsi olan bir ədəd təsbehi, namaz qılanda istifadə etdiyi bir ədəd çərəkə kitabçasını, möhür dəstini, zikir tutmaqdan ötrü bir ədəd təsbehi və ondan miras qalan bir ədəd mişarı, bir ədəd balaca baltanı, bir ədəd çəkici, bir ədəd kəlbətini; Cavabdeh1 atasından miras qalmış daşınar əşyalardan bir ədəd paltartikən maşını, bir ədəd mis kəpkiri, on yeddi ədəd kasanı, (ləyən micmə dəstindən) tək bir ədəd micməni; Cavabdeh4 atasından miras qalmış bir dəst yorğan döşəyi, bir tək yorğanı və sairə yüngül əşyaları; Cavabdeh2 müxtəlif rəngi olan daşlardan ibarət boyunbağı (müalicəvi əhəmiyyətli) və sairə yüngül əşyaları qəbul etmişdir. Həmin əşyalar onların istifadəsində olmaqla miras əmlakın faktiki olaraq onlar tərəfindən də qəbul edildiyini sübuta yetirir. Məhkəmə anadan miras qalan əşyalara dair təqdim edilmiş sübutlara münasibətdə qeyd edir ki, işin məhkəmə araşdırması və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, X9 xx.xx.2011-ci il tarixdə vəfat etdikdən sonra ona məxsus miras əmlak əri mərhum X34 və oğlu Cavabdeh6 tərəfindən qəbul edilmiş, Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarı ilə 0.13 hektar həyətyanı torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli 5 otaqlı evdə sonuncular yaşamışlar. X6 məxsus olan bəzi daşınar əmlaklar onun ölümündən sonra mərhum X34 tərəfindən miras əmlak kimi faktiki qəbul edildikdən sonra özü tərəfindən övladlarına hədiyyə edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X9ndan miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarı ilə 0.13 hektar həyətyanı torpaq sahəsi X46 və Cavabdeh6 tərəfindən qəbul edilmiş hesab edilməlidir. Bu halda hazırki iddia üzrə miras əmlakdakı paylar mərhum X14 qalmış miras əmlak üzrə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, ilk öncə Masallı rayonu Tatyan kəndində yerləşən, Masallı Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 saylı qərarına əsasən JN-347A Kod 80515018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ümumi mülkiyyətdə olan 0,13 hektar əmlak üzrə paylar müəyyən edilməlidir. Belə ki, nəzəri cəhətdən ümumi birgə mülkiyyətdə olan əmlakda miras qoyan X20 və X26 hər birinin 18/36 payı vardır. Nabat Ağayevanın vəfatından sonra onun payı miras əmlakı qəbul etmiş X23 münasibətdə 27/36, Cavabdeh6 münasibətdə 9/36 kimi müəyyən edilir. X20 vəfatından sonra ona məxsus pay vərəsələri olan 9 övladı arasında bərabər bölünməklə hər birinin 3/36 payı, Cavabdeh6 münasibətdə əvvəlki payı nəzərə alınmaqla 12/36 kimi müəyyən edilməlidir. Bundan başqa digər miras əmlak olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.83 ha torpaq sahəsi üzrə də paylar müəyyən edilməlidir. Nəzəri cəhətdən ümumi birgə mülkiyyətdə olan əmlakda miras qoyan X20 2/12 və X4, X8, X10, X15, X28, X5, Cavabdeh4, Cavabdeh5, X11, Cavabdeh6 hər birinin 1/12 hissədə payı vardır. Həmçinin buna X23 münasibətdə 18/108, digər payçılara münasibətdə 9/108 kimi də yanaşmaq olar. X3 payı hazırki iş üzrə iddiaçı və cavabdehlər arasında bərabər bölünərsə nəticədə çıxarışda adları qeyd edilən iş üzrə vərəsə olan tərəflər Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 hər birinin 11/108 payı, çıxarışda adları qeyd edilən lakin iş üzrə tərəf olmayan X8, X10, X15, X28, X5, X11 hər birinin 9/108 payı, çıxarışda adları qeyd edilməsə də, X3 vərəsələri olan İddiaçı, Cavabdeh2, Cavabdeh3, X16 və Cavabdeh8 hər birinin 2/108 paylarının olması müəyyən olunacaqdır. Qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Məhkəmə qeyd edir ki, hazırki iş üzrə İddiaçı və digər cavabdehlər miras qoyanlar X34 ilə X26 uşaqları olmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq miras qoyanın birinci növbə vərəsəsi kimi mirasdan pay almaq hüquqları vardır. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə və ya ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn, mirasın qəbulu vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktiki başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlakla əlaqədar yaranır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. JN-347A Kod 80515018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında nəzərdə tutulmuş 0.13 hektar torpaq sahəsinin 10 mart 2023-cü ildə vəfat etmiş X23 düşən 27/36 hissəsinin və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.83 ha torpaq sahəsinin 10 mart 2023-cü ildə vəfat etmiş X23 düşən 18/108 hissəsinin birinci növbədən olan vərəsələr İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X27 və Cavabdeh8 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. JN-347A Kod 80515018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında nəzərdə tutulmuş 0,13 hektar torpaq sahəsində paylar aşağıdakı qaydada müəyyən edilsin: Cavabdeh6 12/36 hissədə payı, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X16 və Cavabdeh8 hər birinin 3/36 payı. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.83 ha torpaq sahəsində paylar aşağıdakı qaydada müəyyən edilsin: Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 hər birinin 11/108 payı, İddiaçı, Cavabdeh2, Cavabdeh3, X16 və Cavabdeh8 hər birinin 2/108 payı, X8, X10, X15, X28, X5, X11 hər birinin 9/108 payı. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar