Məhkəmə qərarları › İş №2(050)-852/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-852/2024

13.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-852/2024 13.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X18 iştirakı ilə. Ərizəçi maraqlı şəxs Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı «miras əmlakın qəbul edilməsi faktı» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət üzrə X6 miras qalmış payın X14 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, X7 vəsiyyətnamə üzrə miras qalmış Masallı rayonu, Öncəqala kəndində yerləşən Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN 301 A, kod 80511028 saylı şəhadətnamə ilə fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,21 ha torpaq sahəsinə və Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə torpağın mülkiyyət hüququna dair JN 319, kod 80511028 saylı dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 0,38 ha torpaq sahəsinə vəsiyyət üzrə vərəsə kimi onun tanınması və həmin daşınmaz əmlaka mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-cu ildə anadan olmuşdur. X14 babasının həyat yoldaşı olmuşdur. X15 xx.xx.2010-cu ildə Masallı rayonu Öncəqala kəndində rəhmətə getmiş, övladı olmamışdır. Zəhra adlı bacısı olmuş və xx.xx.1999-cu ildə vəfat etmişdir. O, Öncəqala kəndində böyüyüb boya başa çatıb, orta təhsilini orada almışdır. Uşaqlıqdan nənə-babasına bağlı olmuş, onların yanında böyümüşdür. X15 rəhmətə getdikdən sonra faktiki olaraq miras əmlakı özü qəbul etmişdir. X5 xx.xx.2008-ci il tarixdə təsdiqlənmiş vəsiyyətnamə qoyaraq özünə məxsus Masallı rayonu, Öncəqala kəndində yerləşən, bir mərtəbəli, iki otaqlı yaşayış evini, 0.21 ha həyətyanı torpaq sahəsini və 0.38 ha paybəlli torpaq sahəsini ona vəsiyyət etmişdir. Həmçinin eyni vəsiyyətnamə ilə digər vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Həmin əmlakı miras əmlak kimi faktiki olaraq qəbul etmişdir. X1 ondan başqa vərəsəsi yoxdur. Qeyd edir ki, miras əmlakın qəbulu ilə bağlı Notariat kontoruna müraciət etsə də mirasın qəbulu üçün olan müddət keçdiyindən Notariat kontorunda miras əmlakın qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi nümayəndəsi X20 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, mərhum X15 tərəfindən onun adına vəsiyyətnamə verildiyini və miras əmlaklara dair hazırda heç bir mübahisə olmadığını, bu səbəbdən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Kontoruna məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə təqdim edərək iş yükünün ağırlığı ilə əlaqədar işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, X14 ilə doğma əmiqızı-əmioğlu olmuşdur. Güləsər Həziyeva ailə qurmamışdır, övladı yoxdur. Bacısı Zəhra vəfat etmişdir və övladı olmamışdır. Qardaşları isə müharibəyə getmiş və geri qayıtmamışdır. Torpaq sahəsinin qanun üzrə vərəsəsi yoxdur. X15 ona məxsus əmlakı Ərizəçi vəsiyyət etmişdir. Hazırda da əmlak Ərizəçi tərəfindən idarə edilir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan xx.xx.2008-ci il tarixli vəsiyyətnamədən görünür ki, X15 ölən günənək ona məxsus olan Masallı rayonunun Öncəqala kəndində yerləşən bir mərtəbəli, iki otaqlı evini, 0,21 ha həyətyanı torpaq sahəsini və 0,38 ha payıbəlli torpaq sahəsini Ərizəçi vəsiyyət etmişdir. JN 301A, KOD 80511028 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 saylı qərarı ilə X16 və onun ailə üzvü X12 0,21 ha fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmişdir. JN 319, KOD 80511028 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 saylı qərarı ilə X16 və onun ailə üzvü X12 0,38 ha kənd təsərrüfatı məhsularının istehsalı üçün torpaq sahəsi verilmişdir. Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Kontorunun 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Ərizəçi tərəfindən miras əmlakın qəbul edilməsi üçün müddət ötürüldüyündən vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Masallı rayon İHB-nin Öncəqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X18 qohumu X15 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonunun Öncəqala kəndi olmuş, X20 ölənədək onunla birlikdə yaşamışdır. X2 digər vərəsəsi yoxdur. Masallı rayon İHB-nin Öncəqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliynin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X18 qohumu X17 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonunun Öncəqala kəndi olmuş, X20 ölənədək onunla birlikdə yaşamışdır. X3 digər vərəsəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məhkəmə qeyd edir ki, şəxs öz sağlığında ölüm hadisəsi olacağı halda öz əmlakının hüquqi taleyi barədə sərəncam verə bilər. Göstərilən şəxs öldükdə onun hüquq və vəzifələri həmin sərəncamda göstərilən şəxslərə keçir. Bu cür vərəsəlik mülki hüquq elmində (doktrinasında), qanunvericilikdə və məhkəmə praktikasında vəsiyyət üzrə vərəsəlik adlanır. Vəsiyyət üzrə vərəsəlik onu ifadə edir ki, vəsiyyət edənin (miras qoyanın) vərəsəli olan şəxslərin dairəsi vərəsəliyin şərtləri və qaydası bilavasitə qanunun özü ilə yox, miras qoyanın iradəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Eyni Məcəllənin 1168-cı maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Məhkəmə eyni zamanda qeyd edir ki, vəsiyyətdə yalnız bir şəxsin – miras qoyan şəxsin iradəsi ifadə olunur. Vəsiyyətin edilməsi və onun hüquqi qüvvəyə minməsi üçün yalnız həmin şəxsin iradə ifadəsi kifayətdir. Buna görə də vəsiyyət öz hüquqi təbiətinə görə birtərəfli əqdir. Vəsiyyətnamə isə vəsiyyət edənin iradəsinin yazılı formada ifadəsidir. Yəni vəsiyyətnamə şəxsin öz əmlakı barədə şəxsi iradəsinin ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir, həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər (57)., Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsi ilə tərtibinə yol verilmir (58). Notariuslar fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər (59). Vəsiyyətdə bir miras qoyanın sərəncamı olmalıdır. Vəsiyyətin iki və ya daha çox şəxs tərəfindən birgə tərtibinə yol verilmir. Yalnız ərlə arvad qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamə tərtib edə bilərlər. Bu vəsiyyət ərin və ya arvadın tələbi ilə, lakin onların hər ikisinin sağlığında edilə bilər. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır (60). Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, mirasin açıldığı gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras mirasın açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyriformal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. İşin hallarından müəyyən edilir ki, X13 Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 saylı qərarı ilə X16 və onun ailə üzvü X12 0,21 ha fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi (JN 301A, KOD ********) və 0,38 ha kənd təsərrüfatı məhsularının istehsalı üçün torpaq sahəsi (JN 319, KOD ********) verilmişdir. X16 vəfat etdikdən sonra torpaq sahələri digər payçı X14 tərəfindən faktiki olaraq tam qəbul edilmişdir. Daha sonra X14 özünə məxsus olan əmlakı Ərizəçi vəsiyyət etmiş, buna dair onun tərəfindən notarial qaydada vəsiyyətnamə tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı X10 və X11 hər hansı ailə üzvünün və ya vərəsəsinin olmadığı, miras əmlaklara dair mübahisə olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, X14 öldükdən sonra onun mülkiyyətində olan əmlaklara məhz Ərizəçi sahiblik etməyə və eyni zamanda, həmin əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,21 ha həyətyanı torpaq sahəsi üzərində mərhum X6 miras qalmış torpaq sahəsi paylarını mərhum X14 tərəfindən qəbul edilməsi faktın müəyyən edilsin. X4 vəsiyyətnamə ilə vəsiyyət etdiyi Masallı rayonu, Öncəqala kəndində yerləşən Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN 301 A, kod 80511028 saylı şəhadətnamə ilə fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0.21 ha torpaq sahəsinə və Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə torpağın mülkiyyət hüququna dair JN 319, kod 80511028 saylı dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 0.38 ha torpaq sahəsinə Ərizəçi vəsiyyət üzrə vərəsə kimi tanınsın və onun həmin daşınmaz əmlakları vəziyyət üzrə vərəsə kimi qəbul etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar