Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-865/2025 26.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X4 Mərkəzinin Cavabdeh qarşı meşə fondu sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməklə təhvil verilməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkilişlə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: 11 saylı X4 Mərkəzinin Masallı meşəbəyliyinin 18 saylı meşə dolayının gözətçisi X5 gözətçisi olduğu meşə dolayında qanunsuz tikilinin inşa edilməsi ilə bağlı verdiyi məlumat əsasında xx.xx.2024-cü il tarixdə araşdırma aparılmışdır. Araşdırma zamanı Masallı rayonu Meşəkənar kəndində yaşayan Cavabdeh tərəfindən Mərkəzin Masallı meşəbəyliyinin 18 saylı meşə dolayının, 10-cu kvartalının, 8-ci bölməsində 0,06 ha torpaq sahəsində 11 x 11 m ölçüdə 1-ci mərtəbəsi mişar daşından, 2-ci mərtəbəsi isə kərpicdən olan fərdi yaşayış evinin inşa edilərək, zəbt olunması faktı aşkar olunmuşdur. İddiaçının tələbi: Cavabdeh Masallı rayonu Meşəkənar kəndində yaşayan Cavabdeh qanunsuz zəbt etdiyi 0,06 ha meşə fondu torpağının əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X4 Mərkəzinə təhvil verilməsini təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X4 Mərkəzinin nümayəndəsi X2 xx.xx.2025-ci il tarixli baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehin istifadəsində olan və üzərində tikinti işləri apardığı torpaq sahəsi meşə fondu torpaqlarına aiddir. Odur ki, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsini tələb edirlər. Cavabdeh xx.xx.2025-ci il tarixli baxış iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Həmin torpaq sahəsi vaxtilə sovxozun ərazisi olmuş və onun istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 11 saylı X4 Mərkəzinin xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 004515 №li aktından görünür ki, 18 saylı meşə dolayının gözətçisi X8 xx.xx.2024-cü il tarixdə mərkəzə verdiyi məlumatda bildirmişdir ki, gözətçisi olduğu dolayda tikili tikilir, həmin tikilinin X10 olubolmamasını dəqiqləşdirmək üçün məlumat verib. Məlumat əsasında sözügedən əraziyə baxış zamanı Masallı rayon Meşəkənarı kənd sakini Lətifov X3 Meşəbəyliyinin 18 saylı meşə dolayının 10-cu kvartalının 8-ci bölməsində 0,06 ha sahəsini zəbt edərək orada ölçüləri 11 x 11 m fərdi yaşayış evi tikir, evin birinci mərtəbəsi mişar daş, ikinci isə kərpiclə (blok) tikilir. Sözügedən ev tikilən zaman torpağın üst münbit qatı pozularaq dərinliyi 0,4 metr, eni 0,4 metr, ümumi uzunluğu isə 66 metr qazılıb, əsas olaraq beton tökülüb. Vətəndaş Cavabdeh iştirakı təmin edilib, o da araşdırmada iştirak edib. Vətəndaş Cavabdeh sözügedən ərazinin zəbt və tikilinin qanunsuz olduğu bildirilmiş və qısa bir müddətdə ərazini boşaldıb əvvəlki vəziyyətə gətirməsi xahiş və tələb edilmişdir. xx.xx.2024-cü il tarixli, 3-14/2-207-L-3/2024 saylı məktubdan görünür ki, Cavabdeh 10 gün müddətində meşə fonduna aid zəbt etdiyi torpaq sahəsini (əvvəlki vəziyyəti bərpa edilməklə) boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi, əks halda hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Masallı RİHB-nin Təzə Alvadı ərazi nümayəndəliyinin təsərrüfat başına kitabından xx.xx.2024-cü il tarixli, 1155 saylı çıxarışdan görünür ki, Masallı RİHB-nin Təzə Alvadı ərazi nümayəndəliyinin 31 saylı kitabının 18-ci səhifəsində Cavabdeh məxsus 0,07 ha torpaq sahəsində 1988-ci ildə tikilmiş, 2 mərtəbəli fərdi yaşayış evi vardır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Masallı Rayon İcra Hakimiyyəti Masallı Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, A/Ç-3-48-33RA/2-L-2xx-xx/2024 saylı arxiv çıxarışının “Sosializm” sovxozu üzrə 5№-li 7/İ-1988 il əmrindən görünür ki, 07 dekabr 1987-ci il tarixli torpaq komissiyasının aktına əsasən, Meşəkənarı kənd əhli Cavabdeh sovxoza ərizə verərək, təsərrüfatının ayrı olub həyətyanı torpaq sahəsi olmadığını bildirmişdir. Onun ərizəsini nəzərə alaraq Cavabdeh ev tikməsi üçün Azərb. SSR Nazirlər Sovetinin 11 sentyabr 1987-ci il tarixli 315 №-li qərarı, Azərb. SSR X9 Komitəsinin 19 oktyabr 1987-ci il tarixli 1159 №-li Əmri və X7 01 dekabr 1987-ci il tarixli 3704 №-li məktubuna əsasən sovxozun dəmyə örüş sahəsindən 0.07 hektar torpaq sahəsinin komissiya vasitəsilə ölçülüb verilməsi, həyətyanı torpaq sahəsinin təsdiq aktının rayon ASB-i tərəfindən təsdiq olunub sovxoza verildikdən sonra sovxozun əmrinin qüvvədə saxlanılması və qaytanlanmış kitabda qeydiyyat aparılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyindən məlum olur:
1. İddia tələbinə görə Cavabdeh mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin məkan göstəricilərini əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” (koordinatları) sənədi olmadığından onun mülkiyyətinə verilən 0,07 ha torpaq sahəsinin sənəd üzrə yerini müəyyən etmək mümkün olmadığından, yeni tikilmiş fərdi yaşayış evinin həmin torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmadı.
2. İddia tələbinə görə Cavabdeh mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin məkan göstəricilərini əks etdirən "Torpaq sahəsi planı və ölçüsü" (koordinatları) sənədi olmadığından həmin torpaq sahəsinin meşə fondunun torpaqları ilə üst-üstə düşübdüşmədiyini cavablandırmaq mümkün olmadı. Cavabdeh faktiki istifadəsi kimi plana alınmış 0,3478 ha torpaq sahəsi X10 torpaqları kimi göstərilmiş cizginin sərhədləri daxilində yerləşir.
3. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına əsasən Cavabdeh faktiki istifadəsi kimi plana alınmış 0,3478 ha torpaq sahəsi və həmin torpaq sahəsinin hüdudları daxilində yeni inşa edilmiş fərdi yaşayış evi X10 torpaqları kimi göstərilmiş cizginin sərhədləri daxilində yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 06 avqust 2025-ci il tarixli, 10/5161 saylı rəyindən məlum olur ki; Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-4861/2025 saylı mütəxəssis rəyinə əsasən, iddia tələbinə görə Cavabdeh mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin məkan göstəricilərini əks etdirən "Torpaq sahəsinin planı və ölçüsü" (koordinatları) sənədi olmadığından onun mülkiyyətinə verilən 0,07 ha torpaq sahəsinin sənəd üzrə yerini müəyyən etmək mümkün olmadığından, yeni tikilmiş fərdi yaşayış evinin həmin torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmadı. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-4861/2025 saylı mütəxəssis rəyinə əsasən, iddia tələbinə görə Cavabdeh mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin məkan göstəricilərini əks etdirən "Torpaq sahəsi planı və ölçüsü" (koordinatları) sənədi olmadığından həmin torpaq sahəsinin meşə fondunun torpaqları ilə üst-üstə düşübdüşmədiyini cavablandırmaq mümkün olmadı. Cavabdeh faktiki istifadəsi kimi plana alınmış 0,3478 ha torpaq sahəsi X10 torpaqları kimi göstərilmiş cizginin sərhədləri daxilində yerləşir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-4861/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına əsasən Cavabdeh faktiki istifadəsi kimi plana alınmış 0,3478 ha torpaq sahəsi və həmin torpaq sahəsinin hüdudları daxilində yeni inşa edilmiş fərdi yaşayış evi X10 torpaqları kimi göstərilmiş cizginin sərhədləri daxilində yerləşir. Qeyd: Aparılmış ekspertiza tədqiqqatının dəyəri 50 manat təşkil edir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, mütəxəssis rəyinin alınması üçün 95 manat rüsum iddiaçı tərəfindən ödənilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 46.1-ci maddəsinin 4-cü hissəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3-cü maddəsinə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
İşin mübahisəli halları:
1. Cavabdeh Masallı rayonu Meşəkənar kəndində 0,06 ha torpaq sahəsindən istifadəsinin (torpaq sahəsi üzərində ev tikməsinin) qanuni olub-olmaması.
İşə baxan məhkəmənin mövqeyi:
Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Qeyd olunan hüquq normasının tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtinə görə:
1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı
2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli
3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli
4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı
5. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı
6. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdimüəyyən əşya) olmalı
7. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı İddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, Mərkəzin Masallı meşəbəyliyinin 18 saylı meşə dolayının, 10-cu kvartalının, 8-ci bölməsində 0,06 ha torpaq sahəsində 11 x 11 m ölçüdə Cavabdeh tərəfindən yaşayış evi tikilmişdir və həmin ev cavabdehin istifadəsindədir. Cavabdeh həmin torpaq sahəsinin meşə fondu torpaqlarına daxil olmadığını və ona ev tikilməsi üçün Azərb SSR Nazirlər Sovetinin 11 sentyabr 1987-ci il tarixli 315 №-li qərarı, Azərb. SSR X9 Komitəsinin 19 oktyabr 1987-ci il tarixli 1159 №-li Əmri və X7 01 dekabr 1987-ci il tarixli 3704 №-li məktubuna əsasən sovxozun dəmyə örüş sahəsindən 0.07 hektar torpaq sahəsinin komissiya vasitəsilə ölçülüb verilməsini iddia etmiş, tikilinin sökülməsinə etiraz etmişdir. Lakin məhkəmə tərəfindən işin mübahisəli halları araşdırılarkən torpaq sahəsinə dair mütəxəssis rəyi alınmış, mühəndis-texniki ekspertizası təyin edilmiş və qeyd edilənlərin əsasında müəyyən olmuşdur ki, Cavabdeh faktiki istifadəsi kimi plana alınmış 0,3478 ha torpaq sahəsi və həmin torpaq sahəsinin hüdudları daxilində yeni inşa edilmiş fərdi yaşayış evi X10 torpaqları kimi göstərilmiş cizginin sərhədləri daxilində yerləşir. Geri tələb edilən torpaq sahəsi fərdi müəyyən əşyadır və naturada saxlanılır. Tərəflər arasında hər hansı öhdəlik hüquq münasibətləri yoxdur. Göründüyü kimi iddia tələbi MM-nin 157.2-ci maddəsinin 1,2,4,5,6,7-ci bəndlərdə göstərilən dispozisiya şərtlərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Masallı rayonu Meşəkənar kəndində yaşayan Cavabdeh qanunsuz zəbt etdiyi 0,06 ha meşə fondu torpağı əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X4 Mərkəzinə təhvil verilməlidir.
Məhkəmə xərcləri:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0. və 115.0.1-ci maddələrinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.1.6-cı maddəsinə əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Bu halda Cavabdeh torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə üçün çəkilmiş xərcə görə 95 manat alınaraq iddiaçıya, iddiaçının ödəməkdən azad edildiyi 100 (yüz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:
İddia təmin edilsin. Masallı rayonu Meşəkənar kəndində yaşayan Cavabdeh qanunsuz zəbt etdiyi 0,06 ha meşə fondu torpağı əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X4 Mərkəzinə təhvil verilsin. Cavabdeh torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə üçün çəkilmiş xərcə görə 95 manat alınaraq iddiaçıya, İddiaçının ödəməkdən azad edildiyi 100 (yüz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Ellara Abbasova