Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-89/2024 08.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarma və torpaq sahəsinin yerində tanınmaqla təqdim edilməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia qaldıraraq, cavabdehlərin Masallı rayonun Həsənli kəndində yerləşən, Masallı rayon Aqrar islahat Komissiyasının 30 mart 1998-ci il tarixli 12 nömrəli qərarı ilə mülkiyyətlərinə verilmiş, zəbt edilmiş 72.47 hektar torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin yerində tanınmaqla təqdim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçıya məxsus olan torpaq sahəsi 1.1247 hektardır, lakin iddia ərizəsində isə səhvən 72.47 ha yazılmışdır. Odur ki, iddia ərizəsinin dəqiqləşdirməsi barədə ərizənin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İddia ərizəsi üzrə tələb onunla əsaslandırmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 mart tarixli 12 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə Həsənli kəndinin ərazisindən 1.1247 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpağa mülkiyyət hüququna dair JN-195 KOD 80507018 saylı Dövlət Aktı ilə verilmişdir. Azərbaycan Respublikası Əmlək Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz mlakın Dövlət Reysteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın döviət reyestrindən seriya RX ******* saylı çıxarış da almışdır. Mülkiyyətlərinə verilmiş torpaq sahəsindən səmərəli istifadə etməklə kənd təsərrüfatı təyinatlı məhsulları əkib-becərilməsi ilə məşğul olurlar. Ancaq mülkiyyətlərinə verilmiş 1.1247 hektar torpaq sahələri qonşuluqda olan digər vətəndaşlar tərəfindən zəbt olunaraq istifadə edilir. Mülkiyyət hüquqları kobud şəkildə pozulur. Bu məsələnin həlli kənd icra nümayəndəliyi, kənd bələdiyyəsi və rayon icra hakimiyyəti tərəfindən qeyri-mümkündür. Mülkiyyətlərinə verilmiş 1.1247 hektar torpaq sahəsinin bir qismi zəbt olunduğundan həmin torpaq sahəsindən istifadə etmək qeyri-mümkündür. Ona və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş torpaq sahəsinin ətrafında olan digər vətəndaşların mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə mübahisələrə Masallı rayon Məhkəməsində baxılmış, iddia tələbləri təmin edilməklə qətnamələr çıxarılmışdır. Masallı rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası adından çıxarılmış qətnamələrin icrasından sonra yenə də torpaq mübahisələri ilə bağlı problemlər yaranmışdır. Yaranmış problemlər müsbət həll olmadığından torpaqla bağlı mübahisələr davam edir. Bununla bağlı aidiyyəti qurumlara göndərilən şikayət ərizələri obyektiv araşdırılıb həll edilmir. Masallı rayonunda torpaqla bağlı şikayətlərinə obyektiv baxılmadığından, tələbi mülki xarekterli olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı cavabdehlərin hüquqazidd hərəkətləri səbəbindən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, torpaq islahatından sonra torpaqlar fərqli bölünmüş, koordinatlar dəyişilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh5 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, Cavabdeh2 onun ərazisinin yarısını zəbt etmişdir. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddia tələbi ilə razıdır. Onlar arasında bununla bağlı hər hansı mübahisə yoxdur. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi **********, Seriya RX, nömrə ******* olan Çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Masallı rayonu, Həsənli kəndində 1.1247 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Hüquq sahibləri kimi X2, X12, X1, X13 və X21 adları qeyd olunmuşdur. JN-195 nömrəli kod 80507018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 12 saylı qərarı əsasında X17 və ailə üzvlərinə 1.12 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. X47 həmçinin X21, X12, X3, İddiaçı, X8 adları qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Masallı rayonu, Həsənli kəndində 1.1151 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Hüquq sahibləri kimi X2, X12, X1, X13 və X21 adları qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikintitexniki ekspertizasının 01 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/802 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dovlət Xidməti Daşınmaz Əmlakın Dovlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cu il tarixli, 3-21-3-44/2-6678/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı və digər ailə üzvlərinin mulkiyyətinə verilmiş 1,1151 ka kənd təsərrufatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə noqtələrinin koordinatları müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dovlət Xidməti Daşınmaz Əmlakın Dovlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cu il tarixli, 3-21-3-44/2-6678/2023 saylı mutəxəssis rəyinə əsasən, İddiaçı və digər ailə uzvlərinin mulkiyyətinə verilmiş 1,1151 ha kənd təsərrufatı təyinatlı torpaq sahəsinin 0,6480 hektaradək hissəsi özlərinin, şimal-şərq istiqamətində 0,1450 hektaradək, cənub-qərb istiqamətində 0,3112 hektaradək hissələri muvafiq olaraq cavabdehlər X4 və Cavabdeh3 faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin şimal-qərb istiqamətində qalan 0,01 hektaradək hissəsinin isə iddiaçı və cavabdehlərin faktiki istifadə etdiyi ərazi kimi plana alınmış torpaq sahələrinin hududlarından kənarda istifadə edilməyən ərazidə yerləşdiyi müəyyən edilmişdir. Masallı Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli, 2(050)-84/2017 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, İddiaçı və Cavabdeh2 Masallı rayon, Həsənli kəndində yerləşən Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarla verilmiş X31 məxsus 1.5 hektar torpaq sahəsindən çıxarılaraq iddiaçıya məxsus torpaq sahəsi yerində müəyyən edilərək ona təhvil verilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 04 dekabr 2013-cü il tarixli, 2(050)-2003/2013 saylı qətnaməsindən görünür ki, X42, X22, Cavabdeh5, X32, X23 və X4, Cavabdeh4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Masallı rayonu Həsənli kəndində yerləşən 2.06 ha payıbəlli torpaq salıəsindən məcburi qaydada çıxarılması, Azərbavcan Respublikası Dovlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi ərəfindən Masallı rayonu Həsənli kəndində Cavabdeh4 və ailə üzvlərinə verilmiş 2.06 ha payıbəlli torpaq sahəsinin ölçulərək ona təhvil verilməsi qət edilmişdir. JN-197 nömrəli kod 80507018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 12 saylı qərarı əsasında Cavabdeh4 və ailə üzvlərinə 2.06 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. X47 həmçinin X5, X9, X18, X20, X10, X6, X7, X14, X15 və X11 adları qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin 18 dekabr 2023-cü il tarixli, 3-21-3-44/2-6678/2023 saylı mütəxəssis rəyindən məlum olur ki, 1) Torpaqlann elektron kadastr ucotu informasiya sistemi baza məlumatı materialına və Masallı rayonu Həsənli kəndi ərazisində **********82 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dovlət reyestrindən Çıxarışın A N2922377 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə noqtələrinin koordinatlarına görə İddiaçı və digər ailə üzvlərinin mulkiyyətinə verilmiş 1,1151 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. 2) Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən materialına və Masallı rayonu Həsənli kəndi ərazisində **********82 reyestr nömrəli Hüquqların dovlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın A N № 922377 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına görə İddiaçı və digər ailə üzvlərinin mulkiyyətinə verilmiş 1,1151 ha kənd təsərrufatı təyinatlı torpaq sahəsinin 0,6480 hektaradək hissəsi ozlərinin, şimal-şərq istiqamətində 0,1450 hektaradək, cənubqərb istiqamətində 0,3112 hektaradək hissələri iddia olunan ərazi kimi plana alınmış torpaq sahələrinin hüdudları daxilində muvafiq olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Şimal-qərb istiqamətində qalan 0,01 hektaradək hissəsinin isə iddiaçı və yuxarıda adları qeyd olunan cavabdehlərin faktiki istifadə etdiyi ərazi kimi plana alınmış torpaq sahələrinin hüdudlarından kənarda istifadə edilməyən ərazidə yerləşdiyi müəyyənləşdirilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna, ilk və qarşılıqlı iddialara birlikdə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2 və 152.7-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1 və 238.2-ci maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aiddiyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaları, tikililəri və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları və tədqiq olunmuş sübutlara əsasən məlum olur ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 mart tarixli 12 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə Həsənli kəndinin ərazisindən 1.1247 hektar torpaq sahəsi kənd təsərrrufatı məhsullarının istehsalı üçün torpağa mülkiyyət hüququna dair JN-195 KOD 80507018 saylı Dövlət Aktı ilə verilmişdir. Qeyd edilən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış alınmış, çıxarışda İddiaçı həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Daha sonra iddiaçıya və ailə üzvlərinə verilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışla torpaq sahəsinin ölçüsü 1.1151 hektar müəyyən olunmuşdur. Hazırda iş üzrə iddiaçı qeyd edilən 1.1247 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılmasını iddia edir. Məhkəmə tərəfindən işin mübahisəli halları araşdırılarkən torpaq sahəsinə dair mütəxəssis rəyi alınmış, tikinti-texniki ekspertizası təyin edilmiş və qeyd edilənlərin əsasında müəyyən olmuşdur ki, İddiaçı və digər ailə üzvlərinin mulkiyyətinə verilmiş 1,1151 ha kənd təsərrufatı təyinatlı torpaq sahəsinin 0,6480 hektaradək hissəsi özlərinin, şimal-şərq istiqamətində 0,1450 hektaradək, cənub-qərb istiqamətində 0,3112 hektaradək hissələri muvafiq olaraq cavabdehlər X4 və Cavabdeh3 faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin şimal-qərb istiqamətində qalan 0,01 hektaradək hissəsinin isə iddiaçı və cavabdehlərin faktiki istifadə etdiyi ərazi kimi plana alınmış torpaq sahələrinin hüdudlarından kənarda istifadə edilməyən ərazidə yerləşdiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsində ona məxsus torpaq sahəsinin zəbt edilməsinə dair göstərilmiş hallar sübuta yetirilmişdir. Belə ki, iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi daxilində yerləşdiyi göstərilmişdir. Bütün qeyd olunanlar məhkəməni belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı və onun digər ailə üzvlərinin mülkiyyətində olan 1.1151 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunmuş şimal-şərq istiqamətində 0,1450 hektaradək və cənub-qərb istiqamətində 0.3112 hektaradək hissələrindən müvafiq olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 çıxarılmalıdır. Mütəxəssis və ekspert rəyində digər cavabdehlər- Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsinin faktiki istifadələrində olduğu müəyyən edilmədiyindən, iddia cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 münasibətdə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə üçün çəkilmiş xərcə görə 95 manat alınaraq İddiaçı, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X16 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı və onun digər ailə üzvlərinin mülkiyyətində olan 1.1151 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunmuş şimal-şərq istiqamətində 0,1450 hektaradək və cənub-qərb istiqamətində 0.3112 hektaradək hissələrindən müvafiq olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 çıxarılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə üçün çəkilmiş xərcə görə 95 manat alınaraq İddiaçı, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X16 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-89/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-89/2024
08.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver