Məhkəmə qərarları › İş №2(050)-918/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-918/2024

22.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-918/2024 22.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X26 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı miras əmlakın qəbul edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı miras əmlakın qəbul edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış Masallı rayonu, Xıl kəndində yerləşən Aqrar İslahat Komissiyasının qərarı ilə torpağın mülkiyyət hüququna dair kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş və qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixi olan Dövlət Reyestrində verilmiş Çıxarışla təsdiqlənmiş 2.7644 ha torpaq sahəsindən mərhum ana X7 düşən payın müəyyən edilməsi və həmin paya qanun üzrə vərəsə kimi onun, yəni İddiaçı tanınması və həmin daşınmaz əmlaka mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbi onunla əsaslandırmışdır ki, X4 ilə X3 xx.xx.1967-ci ildə ailə həyatı qurmuşdur. Onları rəsmi nikahlarından 6 uşaqları o və cavabdehlər anadan olmuşlar. X4 xx.xx.1991-ci ildə baş beyinə qansızmadan ölmüşdür. X3 isə xx.xx.2001-ci ildə hipertoniya xəstəliyində Masallı rayonu, Xıl kəndində ölmüşdür. Aqrar İslahat Komissiyasının qərarı ilə 13 nəfər şəxsə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə paylı mülkiyyət hüququ üzrə 2.7644 ha torpaq sahəsi verilmişdir. Həmin əmlaka dair Dövlət, Reyestrindən Çıxarışda vardır. Həmin 13 nəfərdən biridə X3dır. X3 öldükdən sonra onun birinci dərəcəli varisləri kimi o və cavabdehlər qalmışlar. Anası öldükdən sonra ondan miras qalmış əmlakı faktiki olaraq o, qəbul etmişdir. Həmin əmlakı o, idarə və istifadə edir. Miras əmlakın qəbulu ilə bağlı Notariat Kontoruna müraciət etsə də, cavabdeh olan bacısı Cavabdeh5 notariat kontoruna gəlmədiyinə görə notariat kontoru tərəfindən imtina verilmişdir. Cavabdeh olan bacısı Cavabdeh5 ailə həyatı qurub ər evinə köçmüşdür. Özünün yaşayış evi vardır və ayrı yaşayır. Anasından qalmış miras əmlakı isə bu günə kimi qəbul belə etməmişdir. Odur ki, miras əmlakın qəbul olunması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsasən iddiaçının izahatını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X15, X16, X20, Cavabdeh5, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X17, X9, Cavabdeh3, X10, X2 və X7 Masallı rayonu, Xıl kəndində xüsusi mülkiyyətlərində 2.7644 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan Masallı Rayon “Asan Xidmət” Mərkəzinin Notariat Kontorunun İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 65 saylı məktubdan görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə məlum olmuşdur ki, faktiki qəbul barədə heç bir sənəd yoxdur. Vərəsəliyin qohumluq dərəcəsini təsdiq edən sənədin olmadığına görə və vərəsələrin dairəsini müəyyən etmək mümkün olmadığına görə vərəsəlik işinin notariat qaydasında rəsmiləşdirmək mümkün olmamış və məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. İş materiallarında olan Masallı rayon icra hakimiyyəti başçısının Xıl kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 101 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mərhum X14 xx.xx.2001-ci il tarixdə vəfa etmişdir. mərhumun daimi yaşayış yeri Masallı rayonu Xıl kəndi olmuş, ölənədək İddiaçı ilə birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvləri İddiaçıdur. X1 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5dır. X1 qeyd olunan vərəsələrdən başqa digər vərəsələri yoxdur. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Cavabdeh2 28 yanvar 1981-ci il tarixdə Masallı rayonu Xıl kəndində doğulmuş, X4, X3dır. İş materiallarında olan nikah haqqqında arayışdan görünür ki, X23 ilə Cavabdeh2 arasında 23 fevral 2005-ci ildə Masallı rayonu Xıl kənd ərazi nümayəndəliyində 02 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X12 08 noyabr 1988-ci il tarixdə Masallı rayonu Xıl kəndində doğulmuş, X4, X3dır. İş materiallarında olan nikah haqqqında arayışdan görünür ki, X11 ilə X12 arasında 25 sentyabr 2007-ci ildə Masallı rayonu Xıl kənd ərazi nümayəndəliyində 38 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X18 xx xxx 1977-ci il tarixdə Masallı rayonu Xıl kəndində doğulmuş, X4, X3dır. İş materiallarında olan nikah haqqqında arayışdan görünür ki, X21 ilə X18 arasında 10 iyul 2007-ci ildə Masallı rayonu Xıl kənd ərazi nümayəndəliyində 26 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Zərbizadə soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, İddiaçı 17 iyun 1971-ci il tarixdə Masallı rayonu Xıl kəndində doğulmuş, X4, X3dır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Cavabdeh3 10 oktyabr 1973-cü il tarixdə Masallı rayonu Xıl kəndində doğulmuş, X4, X3dır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X14 04 fevral 2001-ci ildə Hipertoniya xəstəliyindən Masallı rayonu, Xıl kəndində ölmüşdür. Bu barədə xx.xx.2001-ci ildə 107 saylı qeyd aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı Birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Eyni məcəllənin 1159.2-ci maddəsində qeyd edilmişdir ki, İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasənvərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı mərhum X3na münasibətdə birinci növbədə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mərhum X3na münasibətdə birinci növbə vərəsədirlər. İddiaçı miras əmlak olan torpaq sahəsini faktiki qəbul etmiş və onu əkib-becərmişdir. Həmçinin ölmüş şəxsin digər vərəsələri miras əmlakı faktiki qəbul etməmişlər. Odur ki, iddia qeyd olunan hissədə əsaslıdır və təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməklə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəsi, xx.xx.2022ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır çıxarışda göstərilən 2.7644 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2001-ci il tarixdə ölmüş X5 miras qalmış 2.7644 hektar hissəsi vərəsə İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilməli, o həmin miras əmlaka qanun üzrə vərəsə kimi tanınmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmış çıxarışda göstərilən 2.7644 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2001-ci il tarixdə ölmüş X5 miras qalmış 2.7644 hektar torpaq sahəsindən mərhum X7 düşən hissəsi vərəsə İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilsin və o həmin miras əmlaka qanun üzrə vərəsə kimi tanınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar