Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-935/2023 13.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X13 (sədrlik edən), məhkəmə iclasının katibi X11, İddiaçı və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Masallı rayonu Öncəqala kənd sakini X2 Hüquqların X14 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********27 reyestr nömrəli Çıxarışla mülkiyyətində olan Masallı rayonu Öncǝqala kəndində yerləşən zəbt etdiyi torpaq sahəsindən çıxarılması, əldən çıxmış fayda formasında vurduğu ziyana görə ondan 5250 (beş min iki yüz əlli) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ona və ailə üzvlərinə birlikdə Masallı rayonu Öncǝqala kəndində payıbəlli torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair mülkiyyət hüquqların qeydiyyata alınaraq Torpağa Mülkiyyət Hüququna X22 verilmiş və hüquqların daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınaraq Hüquqların X14 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********27 reyestr nömrəli Çıxarış verilmişdir. Lakin 5 ildir ki, cavabdeh payıbəlli torpaq sahəsinin 45 sotunu əkin əkməklə zəbt etmiş, həmin torpaqdan istifadəsinə imkan vermir. Nəticədə həmin torpaqlardan istifadə etmək hüququ pozulmuş və ötən 5 il ərzində torpağı əkib-becərmək, məhsul əldə etmək imkanından məhrum olmuşdur. Cavabdeh onun mülkiyyətinə aid olan torpaq sahəsindən hazırda da istifadə etməklə həmin torpağa mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Cavabdeh torpaq sahəsi özbaşına tutduğundan həmin torpaq sahəsində çəkdiyi xərclər ona ödənilmədən, oradan çıxmalıdır. Lakin hazırda da cavabdeh qeyd olunan torpaq sahəsini zəbt etməkdə davam etdiyindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozur və bu pozuntu davam etməkdədir. Bu hərəkətlərini dayandırması, zəbt etdiyi torpaq sahəsini tərk etməsi barədə dəfələrlə ona etdiyi müraciətlər nəticəsiz qalmışdır. Hazırda da cavabdeh qanunsuz hərəkətlərini davam etdirməklə göstərilən torpaq sahəsini zəbt etdiyindən qanuni mülkiyyətindən istifadə etməyi mümkün deyildir. Sözügedən torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmişdir. Lakin cavabdehin təqsiri üzündən həmin torpaqdan təyinatı üzrə istifadə edə və məhsul əldə edə bilmirlər. Öncəqala kəndində 0,45 hektar torpaq sahəsindən heç bir məhsul yetişdirilməyib, təkcə ot biçini üçün istifadə edilsəydi, orta hesabla təxminən (54 sentner : 8kq : lOOsot X 45sot=303) 300 ədəd ot presi əldə etmək mümkündür. Bir ədəd ot presinin 3,5 manat olmasını nəzərə alsaq, bu hər il üçün 1050 manat, beş il üçün isə 5250 manat pul deməkdir. Yəni cavabdehin torpaq sahəsini zəbt etməsi nəticəsində ən azı 5250 manat gəlirdən məhrum olmuşdur. Qanununvericiliyin tələbinə əsasən cavabdehin hərəkətləri nəticəsində 5250 manat gəlirdən məhrum olmağı əldən çıxmış fayda kimi ona vurulmuş zərər hesab edilir ki, həmin zərəri də cavabdehdən tam məbləğdə tələb etmək hüququ vardır. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi onlara məxsusdur. Odur ki, iddia əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X14 daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Masallı rayonu, Öncəqala kəndində yerləşən 0,95 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, X12, X7, X8, X10, X5 adına daşınmaz əmlakın dövlət reyestrində 186 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci ildir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 07 sentyabr 2023-cü il tarixli, 3-21-3-44/2- 4658/2023 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, Masallı rayonu Öncəqala kəndi ərazisində İddiaçı və digər ailə üzvlərinin JN-0406 saylı Dövlət Aktı ilə 1,15 ha, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və **********27 reyestr nömrəli Hüquqların X14 daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla mülkiyyətinə verilmiş 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Masallı rayonu Öncəqala kəndi ərazisində cavabdeh X2 və digər ailə üzvlərinin faktiki istifadəsində olan ərazi kimi plana alınmış 1,04 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İddia tələbinə görə Masallı rayonu Öncəqala kəndi ərazisində cavabdeh X2 və digər ailə üzvlərinin faktiki istifadə etdiyi torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan yuxarıda qeyd edilmiş torpaq sahəsinin müəyyən olunmuş hissəsidir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına görə İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,57 hektaradək hissəsi özlərinin, cənub-şərq istiqamətində 0,25 hektaradək hissəsi cavabdeh X2, şimalqərb istiqamətində qalan 0,13 hektaradək hissəsi isə digər qonşu şəxslərin faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Masallı rayonu Öncəqala kəndi ərazisində Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına görə iddiaçının və digər ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdeh X4 tərəfindən hər hansı çəpərləmə, hasar çəkilmə işlərinin aparılmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 23 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7441 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4658/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Öncəqala kəndi ərazisində İddiaçı və digər ailə üzvlərinin JN-0406 saylı Dövlət Aktı ilə 1,15 ha, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və **********27 reyestr nömrəli Hüquqların X14 daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla mülkiyyətinə verilmiş 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Masallı rayonu Öncəqala kəndi ərazisində cavabdeh X2 və digər ailə üzvlərinin faktiki istifadəsində olan ərazi kimi plana alınmış 1,04 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahələrinin yerləşmə vəziyyətini əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4658/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Öncəqala kəndi ərazisində cavabdeh X2 və digər ailə üzvlərinin faktiki istifadə etdiyi torpaq sahəsinin İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan yuxarıda qeyd edilmiş torpaq sahəsinin müəyyən olunmuş hissəsi olduğu, İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,57 hektaradək hissəsi iddiaçının, cənubşərq istiqamətində 0,25 hektaradək hissəsi cavabdeh X2, şimal-qərb istiqamətində qalan 0,13 hektaradək hissəsi isə digər qonşu şəxslərin faktiki istifadəsində olduğu müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4658/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon Öncəqala kəndi ərazisində Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına görə iddiaçının və digər ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdeh X4 tərəfindən hər hansı çəpərləmə, hasar çəkilmə işlərinin aparılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddianın zəbt olunmuş torpaq sahəsinin boşaldılması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ekspert və mütəxəssis rəyi ilə iddianın həmin hissədə qismən əsaslı olması müəyyən edilir. Belə ki, qeyd edilən rəylərdən görünür ki, iddiaçıya və ailə üzvlərinə mülkiyyətə verilmiş 0.95 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub-şərq istiqamətində 0,25 hektaradək hissəsi cavabdehin, şimal-qərb istiqamətində qalan 0,13 hektaradək hissəsi isə digər qonşu şəxslərin faktiki istifadəsindədir, həmçinin həmin istifadədə olan hissə cavabdeh tərəfindən çəpərlənməmişdir. Odur ki, iddia qismən təmin edilməli, cavabdeh X2 faktiki istifadəsində olan Masallı rayonu, Öncəqala kəndində yerləşən iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.95 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub-şərq istiqamətində yerləşən 0,25 hektaradək hissəsi boşaldılmalıdır. Məhkəmə iddiaçının cavabdehdən maddi (əldən çıxmış gəlir) ziyana görə 5250 (beş min iki yüz əlli) manat məbləğində zərərin alınaraq onlara verilməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin İddiaçı həmin iddia tələblərinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, iddia tələbi qeyd edilən həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən maddi hüquq normasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, cavabdeh X1 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat X6 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22) xeyrinə tutulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına 95 (doxsan beş) manat məbləğində pul vəsaiti ödənilmişdir. Odur ki, həmin məbləğ də cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X4 İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Masallı rayonu Öncəqala kəndində yerləşən 0.95 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub-şərq istiqamətində 0,25 hektaradək hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh X1 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat X6 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22) xeyrinə tutulsun. Cavabdeh X1 mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-935/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-935/2023
13.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver