Məhkəmə qərarları › İş №2(050)-948/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-948/2023

01.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-948/2023 01.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək dövlət büdcəsinə olan ümumilikdə 710.62 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 6287.23 manat, İcbari Tibbi Sığorta Fonduna olan 533.32 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix -07 avqust 1986-cı il, doğulduğu yer-Azərbaycan, Masallı, Kalinovka k, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi -1GQ6U93, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA3165224) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Masallı rayonunun Viləş Bələdiyyəsinin (VÖEN **********) Dövlət Sosial Müdafiə Fonduna 6287.23 manat, İcbari Tibbi Sığorta Fonduna 533.32 manat, dövlət büdcəsinə 71.62 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 71.62 manat) olmaqla, ümumilikdə 6892.17 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyəcisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********532200, xx.xx.2022-ci il tarixli **********347600, xx.xx.2022ci il tarixli **********418300, xx.xx.2021-ci il tarixli **********314700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin ərizəçinin nümayəndəsi məhkəməyə ərizə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Masallı rayonunun Viləş Bələdiyyəsinin sədri hüquqi şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-7.2.-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan hüquai şəxs haqqında məlumatdan görünür ki, hüquqi ünvanı ünvanı Masallı rayonu, Viləş kəndində qeydiyyatda olan Maraqlı şəxs Masallı rayonunun Viləş Bələdiyyəsinin sədridir. İşə əlavə edilmiş elektron sənəd mübadiləsi haqqında müqavilədən görünür ki, Maraqlı şəxs ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi arasında elektron sənəd mübadiləsi barədə müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli **********532200, xx.xx.2022-ci il tarixli **********347600, xx.xx.2022-ci il tarixli **********418300, xx.xx.2021-ci il tarixli **********314700 nömrəli bildirişlərdən görünür ki, Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyəcisi Masallı rayonunun Viləş Bələdiyyəsinə xəbərdarlıq edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Masallı rayonunun Viləş Bələdiyyəsi (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsinin ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə olan ümumilikdə 710.62 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 6287.23 manat, İcbari Tibbi Sığorta Fonduna olan 533.32 manat məbləğində vergi borcu vardır. Ona görə də Azərbaycan Respublikası MPM-in 355-5.1. və 355-7.3.-cü maddələrinə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinı əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin əsasən Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. (maddə 355-5.2) Vergi Məcəlləsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. (maddə 16.1.1) Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. (maddə 77.1) Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. (maddə 78.1) Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. (maddə 23.1.15-3) Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Maraqlı şəxs ölkədən getmək hüququ müvvəqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-1.12., 355-6, 355-7 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Masallı rayonunun Viləş Bələdiyyəsinin sədri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar