Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-95/2023 26.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı1 və onun vəkili Vəkil iştirakları, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış hüququnun verilməsi və evə köçürülmə tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1, İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X3 mülkiyyətində olan Masallı şəhəri, Füzuli küçəsi ev 78də yerləşən 1 mərtəbəli, 3 otaqlı evə köçürülmələri və yaşayış hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək onların mərhum X3 mülkiyyətində olan Masallı şəhəri, ünvan 3-də yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 1975-ci il yanvar ayının 20-də Masallı şəhəri, Fizuli küçəsi, ev 78-də mərhum atası X4 məxsus evdə doğulub boya-başa çatmışdır. Əsgəri xidmətə gedib xidmətdən sonra həmin evə qayıtmışdır. Atasına məxsus ev beş daş üstündə tikilib, çiy kərpicdən, 3 otaqdan ibarətdir. Birinci həyat yoldaşından boşanmışdır. 2018-ci ildə iyun ayının 11-də İddiaçı2 ilə ailə həyatı qurmuş, onunla atasına məxsus evdə yaşamışlar. Qardaşı Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 onu və həyat yoldaşını zorla yaşadıqları atasına məxsus evdən çıxarmışlar. Həyat yoldaşı ilə kirayədə yaşayır. Kirayə pulu verməyə imkanı yoxdur, yaşlı adamdır, heç yerdə işləmir. Qardaşı Cavabdeh1 Rusiya Federasiyasında narkotika ilə məşğul olduğu üçün 10 il həbsdə olub, adam döydüyünə görə isə Masallı Rayon Məshkəməsinin hökmü ilə cərimə cəzası ilə cəzalandırılmışdır. Qardaşı Cavabdeh1 mübahisəli evdən başqa həyətdə üçmərtəbəli ev tikib, özünün evi olduğu halda onu və onun arvadını ata evinə buraxmır. İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehlərə çatdırılması üçün cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, həyətdə 2 ev var. Biri atasına məxsus olan ev, digəri isə Cavabdeh1 məxsus olan evdir və həmin evdə sonuncu ailə üzvləri ilə yaşayır. Atasına məxsus evdə heç kim yaşamır. Evlərin arası mişar daşı ilə hörülmüş arakəsmədən ibarətdir. Mübahisəli evdə doğulmuş, 2020-ci ilin müəyyən dövrünə qədər həmin evdə yaşamışdır. Atası ilkin olaraq rəhmətə getmiş, sonradan anası rəhmətə getmişdir. İkinci dəfə 2018-ci ildə İddiaçı2 ilə faktiki ailə həyatı qurmuş, nikahlarını isə sonradan rəsmiləşdirmişlər, atasına məxsus evdə yaşamışlar. Anası rəhmətə getdikdən sonra da bir müddət arvadı ilə mübahisəli evdə yaşamışlar. Qardaşı isə bütün bu müddətlərdə ailəsi ilə həyətdə tikdiyi digər evdə yaşamışdır. Anası sağ olarkən qardaşı anasından çəkindiyinə görə onun arvadı ilə ata evində yaşamasına görə aralarında problem olmamış, anası rəhmətə getdikdən bir müddət sonra isə aralarında mübahisə yaranmış, onu arvadı ilə birlikdə zorakılıqla ata evindən çıxarmışlar. Kirayədə yaşayırlar. Mübahisəli evdə qeydiyyatdadır. Sonda İddiaçı1 iddianın təmin edilməsini xahiş etdi. Vəkili Vəkil iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı2 iddianı müdafiə edərək, bildirmişdir ki, mübahisəli ev ərinin atasına məxsus evdir. Nikahları xx.xx.2020-ci ildə rəsmiləşdilisədə 2018-ci ildən faktiki nikahda olmuşlar. Həyat yoldaşı ilə birgə mübahisəli evdə yaşamışlar, qaynanası rəhmətə getdikdən bir müddət sonra da həmin evdə yaşamışlar, sonradan cavabdehlər tərəfindən iradələrinə zidd olaraq evdən çıxarılmışlar. Kirayədə yaşayırlar, kirayə haqqını ödəməkdə çətinlik çəkirlər. Sonda İddiaçı2 iddianın təmin edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarında olan: xx.xx.2012-ci il tarixli nikah haqqında arayışdan görünür ki, X9 ilə X5 arasında xx.xx.1959-cu ildə nikah bağlanmışdır. xx.xx.2022-ci il tarixli, 401 saylı doğum haqqında arayışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı1 atası X9, anası X1r. Seriya AZ-İ, 569673 saylı ölüm haqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1997-ci ildə ölmüşdür. Seriya RX, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Masallı şəhəri, ünvan 1 ünvanında 0.0897 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 328.8 m2 ibarət olan fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) üzərində X3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində xx.xx.2019cu il tarixində qeydiyyata alınmışdır. Masallı rayon 1 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, reyestrdə 2V-01/901 nömrə ilə qeyd edilmiş vərəsəlik işindən görünür ki, X2 xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Şəhatənamədə göstərilmişdir ki, xx.xx.1997-ci ildə vəfat etmiş X3 vərəsələri Masallı şəhəri, M.ünvan 2 ünvanda yaşayan arvadı X5. Şəhadətnamə verilən miras əmlak mərhum X4 məxsus olan əmanət pulundan ibarətdir. xx.xx.2023-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X5 xx.xx.2020-ci ildə ölmüşdür. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Vüsal Sadıqov tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 50 saylı məktubda göstərilmişdir ki, mərhum X5 barəsində heç bir notariat işi aparılmamışdır. Nihah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ilə X6 arasında Masallı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 21 dekabr 2020-ci il tarixdə bağlanmış nikah, 474 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə (arvada) Nəsirov (a) soyadı verilmişdir. Masallı şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli, 1387 və 208 saylı arayışlardan görünür ki, Nəsirov X7 şəhəri, M.ünvan 3 ünvanda qeydiyyatdadır, İddiaçı2 ibarət ailə tərkibi vardır. Masllı şəhəri, Məhəmməd ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi birmərtəbəli, üçotaqlı almaqla mərhum X3 adındadır. Məhkəmə tədqiqatı ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinə və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mərhum X3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X9 xx.xx.1997-ci ildə vəfat etdikdən sonra arvadı X2 mərhum X4 məxsus olan əmanət pulu ilə (miras əmlak) bağlı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. X5 xx.xx.2020-ci ildə öldükdən sonra X5 barəsində notariat işi aparılmamışdır. İddiaçı1 ilə X6 arasında Masallı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 21 dekabr 2020-ci il tarixdə bağlanmış nikah, 474 № ilə qeyd edilmişdir. Nəsirov X7 şəhəri, M.ünvan 3 ünvanda qeydiyyatdadır. İddiaçının bildirməsinə görə o, mübahisəli evdə doğulmuş, 2020-ci ilin müəyyən aylarına qədər (xx.xx.2020-ci il tarixdə anasının ölmündən də sonra) mübahisəli evdə yaşamışdır. Nikahları xx.xx.2020-ci ildə rəsmiləşdilisədə 2018-ci ildə İddiaçı2 ilə faktiki ailə həyatı qurmuş və həyat yoldaşı da onunla birgə həmin evdə yaşamışdır. Cavabdehlər tərəfindən evdən çıxarılmışlar və orda yaşamalarına imkan verilmir. İddiaçı2 da nikahları xx.xx.2020-ci ildə rəsmiləşdilisədə 2018-ci ildə faktiki ailə həyatı quraraq həyat yoldaşı ilə birgə həmin evdə yaşamalarını, qaynanası rəhmətə getdikdən bir müddət sonra da həmin evdə yaşamalarını, sonradan cavabdehlər tərəfindən evdən çıxarılmalarını və orda yaşamalarına imkan verilməməsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərilir ki, “...Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.” Məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evi miras əmlakdır, həmin əmlaka digər vərəsə (və ya vərəsələr) hansı hüquqa malikdirsə birinci növbəli vərəsə olan İddiaçı1 da həmin hüquqlara malikdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçılardan İddiaçı1 həmin evdə qeydiyyatdadır. O, mübahisəli evdə həyat yoldaşı ilə birgə yaşamış, tərəflər arasındakı mübahisə ilə bağlı yaşayış sahəsini tərk etmişlər və hazırda həmin evdə yaşamalarına menə vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü və 218.3cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə nəticəyə gəlir ki, İddiaçı1 və İddiaçı2 seriya RX, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mərhum X3 mülkiyyətində olan Masallı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 seriya RX, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mərhum X3 mülkiyyətində olan Masallı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-95/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-95/2023
26.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver