Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-100/2020 18.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı və cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı həyətyanı torpaq sahəsinə giriş-çıxış yolun açılması tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı küçəyə çıxış yolun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək həyətinə giriş-çıxış yolun açılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, ailəsi ilə birlikdə Mingəçevir şəhəri 3-cü Naxçıvan döngəsi 38 A ünvanında yaşayır. Həmin ev onun mülkiyyətindədir. Eləcə də tikdirib, hal-hazırda yaşadığı evin altında 0.02 ha torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ******* №li mülkiyyət sənədi olan çıxarışı var. Həyətinə giriş-çıxış yolu Cavabdeh tərəfindən dəmir setka ilə bağlanmışdır. Yolun açılmasına kömək məqsədi ilə Migəçevir Bələdiyyəsiə rəsmi müraciət etmişdir. Mingəçevir Bələdiyyası məktubla ona cavab verərək yolun açılması ilə bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Evinin yaxınlığında yerləşən Naxçıvan küçəsi çoxmərtəbəli evin 25 №li mənzilində məskunlaşmış Emin adlı şəxs qanunsuz olaraq, yaşayış evindən küçəyə çıxışı dəmir setka ilə hasara alaraq onun həyətinə giriş-çıxışı məhdudlaşdırılmışdır. Dəfələrlə E.Salamova xahiş etməyinə baxmayaraq, o, qəsdən yolu açmır. Onun həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun açılmasına dair qətnamə çıxarmasına xahiş edir. Cavabdeh X3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, dəmir hasara aldığı torpaq sahəsini o, almışdır, hazırda həmin sahə onun mülkiyyətindədir, bununla bağlı sənədləri hazırlayır. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Hüquqların Dövlət qeydyyat haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri 3-cü Naxçıvan döngəsi 38A ünvanda yerləşən 0,02 ha torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İşə əlavə olunmuş məhkəmə ekspertizasının 1216 №li xx xxxxxxx 2020-ci il tarixli rəyində göstərilir ki, Mingəçevir şəhəri, 3-cü Naxçıvan döngəsi, 38A ünvanda yerləşən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinə giriş-çıxış yolu cavabdeh X3 tərəfindən istifadə olunduğunu və həmin torpaq sahəsinə başqa istiqamətindən giriş-çıxış yolu nəzərdə tutulması və ya açılması mümkün olmadığı müəyyən edilmişdir. İşə əlavə olunmuş 4 saylı MİS-dən verilmiş 777 №-li xx xxxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Mingəçevir şəhəri Naxçıvan döngəsi 38-A fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı tələbində mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yoluna dəmir hasar çəkməklə onun torpaq sahəsinə və həmin sahədə tikdirdiyi evə giriş-çıxışın məhdudlaşdırılmasını bildirərək, mülkiyyətində olan həmin torpaq sahəsinə giriş-çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Cavabdeh iddia tələbinə etiraz edərək hasara aldığı torpaq sahəsinin onun mülkiyyətində olduğunu bildirsə də bunu təsdiq edən sübutu məhkəməyə təqdim etmədi. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh dəmir hasar çəkərək iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinə giriş-çıxışı bağlamaqla onun mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri 3-cü Naxçıvan döngəsi 38”A” №-li ünvanda yerləşən torpaq sahəsinə giriş-çıxış yolu açılmalı, cavabdeh tərəfindən quraşdırılmış dəmir hasar sökülməlidir. İş üzrə ekspertiza xərci olan 100 manat Cavabdeh alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Mingəçevir şəhəri 3-cü Naxçıvan döngəsi 38”A” №-li ünvanda yerləşən, iddiaçı İddiaçı mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolu açılsın. Cavabdeh Salmanov Emin Qubad oğlu tərəfindən quraşdırılmış dəmir hasar sökülsün. İş üzrə ekspertiza xərci olan 100 manat cavabdeh Salmanov Emin Qubad oğlundan alınıb aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin. Büdcə təsnifatının kodu: 142319, Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci SAP (XİİS) hesabı, Adı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, HESAB AZ34CTRE**********00088501 Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-100/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-100/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver