Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1001/2021 26.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəlyar oğluna qarşı “əqdin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəlyar oğluna qarşı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, Mingəçevir şəhər X1 “Sağlamlıq” bağçılıq-yoldaşçılıq təsərrüfatının torpaq sahələri almış işçilərin adlı siyahısında 3-cü sırada Cavabdeh2 Bəlyar oğlunun adına qeydə alınmış və 14/28 inventar nömrəli texniki pasport ilə Cavabdeh1 verilmiş Mingəçevir şəhər Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metr torpaq sahəsinin ona, yəni İddiaçı satılmasına dair əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin vahid əmlak kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlu məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri ünvan 1 ünvanda yerləşən torpaq sahəsi Mingəçevir şəhər X1 “Sağlamlıq” bağçılıq-yoldaşçılıq təsərrüfatının torpaq sahələri almış işçilərin adlı siyahısında 3-cü sırada Cavabdeh2 Bəlyar oğlunun adına qeydə alınmışdır. Eyni zamanda da Mingəçevir şəhər Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metr torpaq sahəsi Cavabdeh1 istifadəsinə verilmişdir. Həmin torpaq sahəsini o cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə alqı-satqı şərtlərinə tam əməl etməklə, yəni onlara 5300 manat ödəməklə həmin torpaq sahəsini 24 sentyabr 2004-cü ildə almış və cavabdehlər torpaq sahəsini ona təhvil vermişlər. Bundan sonra o ailə üzvləri ilə birlikdə qeyd olunan torpaq sahəsində ev tikdirib orada yaşayır. Qeyd olunan torpaq sahəsi onun istifadəsindədir və o aldığı torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirtmişdir. Lakin cavabdehlər torpaq sahəsini ona satdıqdan sonra bəzi sənədlərin qaydasında olmadığını bildirərək notariat kontoruna gəlməmişlər və buna görə də aralarında alqı-satqını rəsmiləşdirmək mümkün olmamışdır. Cavabdehlərlə onun arasında bağlanmış alqı-satqı müqaviləsini başqa qaydada rəsmiləşdirə bilmir. Ona görə də məhkəmədən Mingəçevir şəhər X1 “Sağlamlıq” bağçılıq-yoldaşçılıq təsərrüfatının torpaq sahələri almış işçilərin adlı siyahısında 3-cü sırada Cavabdeh2 Bəlyar oğlunun adına qeydə alınmış və 14/28 inventar nömrəli texniki pasport ilə Cavabdeh1 verilmiş Mingəçevir şəhər Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metr torpaq sahəsinin ona, yəni İddiaçı satılmasına dair əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin vahid əmlak kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəlyar oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə məhkəməyə ərizə göndərərək məhkəmədən işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 14/28 inventar nömrəli vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportundan görünür ki, Mingəçevir şəhəri Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metrlik bağın istifadəçisi Cavabdeh1dır. İşdə olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəlyar oğlu tərəfindən məhkəməyə göndərilmiş ərizədən görünür ki, onlar Mingəçevir şəhəri Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metrlik torpaq sahəsini İddiaçı satmışlar. İddianın təmin olunmasını məhkəmədən xahiş edirlər. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhəri ünvan 1 ünvanda yerləşən torpaq sahəsi Mingəçevir şəhər X1 “Sağlamlıq” bağçılıq-yoldaşçılıq təsərrüfatının torpaq sahələri almış işçilərin adlı siyahısında 3cü sırada Cavabdeh2 Bəlyar oğlunun adına qeydə alınmışdır. Eyni zamanda da Mingəçevir şəhər Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metr torpaq sahəsi Cavabdeh1 istifadəsinə verilmişdir. Həmin torpaq sahəsini İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə alqı-satqı şərtlərinə tam əməl etməklə, yəni onlara 5300 manat ödəməklə həmin torpaq sahəsini 24 sentyabr 2004-cü ildə almış və cavabdehlər torpaq sahəsini ona təhvil vermişlər. Bundan sonra o ailə üzvləri ilə birlikdə qeyd olunan torpaq sahəsində ev tikdirib orada yaşayır. Qeyd olunan torpaq sahəsi onun istifadəsindədir və o aldığı torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirtmişdir. Lakin cavabdehlər torpaq sahəsini ona satdıqdan sonra bəzi sənədlərin qaydasında olmadığını bildirərək notariat kontoruna gəlməmişlər və buna görə də aralarında alqı-satqını rəsmiləşdirmək mümkün olmamışdır. Cavabdehlərlə onun arasında bağlanmış alqı-satqı müqaviləsini başqa qaydada rəsmiləşdirə bilmir. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı tərəf qeyd olunan əqdin mövcudluğunu sübut etdiyinə və həmin sübut cavabdehlər tərəfindən təkzib edilmədiyinə görə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Hazırki mübahisə üzrə cavabdehlərin birbaşa iradə ifadəsini özündə əks etdirən mübahisəli torpaq sahəsinin alqı–satqısına dair notariat qaydasında və ya sadə yazılı formada bağlanmış müqavilənin mövcudluğunu sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə cıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik hüquq münasibətlərini tənzimləyən və həmin vaxt qüvvədə olan 335.2–ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Mülki Prosesual Məcəlləsnin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olub–olmamasına düzgün hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2–ci maddəsində nəzərdə tutulmuş şərtlərin həm ayrı–ayrılıqda, həm də məcmu halında mövcud olub–olmaması əsas götürülməlidir. Belə ki, Mülki Məcəllənin 335.2–ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar 22 mart 2006–cı il tarixli qərarı əsasında formalaşmış hüquqi mövqeyində göstərmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: –əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; –məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; –əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı–satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM–in 647.1–ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alqı–satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı– satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: –yazılı formada bağlanması; –notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı–satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı–satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM–in 335.2–ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçının tələbinin əsaslı olması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2–ci maddəsində nəzərdə tutulmuş şərtlər həm ayrı–ayrılıqda, həm də məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə cavabdehlər arasında sadə yazılı formada tərtib edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmiş yazılı əqdlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə, həmçinin işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlir ki, iddiaçı ilə cavabdehlər arasında sadə yazılı formada əqd bağlandıqdan sonra hər iki tərəf əqdi tam şəkildə icra etmişdir. Belə ki, iddiaçı razılaşdırılmış pul məbləğini cavabdehlərə, cavabdehlər isə mübahisəli torpaq sahəsini iddiaçıya təhvil vermişlər. Hazırda da mübahisəli torpaq sahəsi iddiaçının istifadəsindədir. Cavabdehlər isə heç vaxt torpaq sahəsini geri tələb etməmiş və həmin torpaq sahəsi üzərində yüklülük qeydə alınmamışdır. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdehlər mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir. Onların hüquqları dövlət tərəfindən tanınır və qorunur. Bu baxımdan mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13–cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5–ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 336.1-ci maddəsinə əsasən Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Mingəçevir şəhər X1 “Sağlamlıq” bağçılıq-yoldaşçılıq təsərrüfatının torpaq sahələri almış işçilərin adlı siyahısında 3-cü sırada Cavabdeh2 Bəlyar oğlunun adına qeydə alınmış və 14/28 inventar nömrəli texniki pasport ilə Cavabdeh1 verilmiş Mingəçevir şəhər Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metr torpaq sahəsinin İddiaçı satılmasına dair əqd etibarlı hesab edilməli və həmin torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin vahid əmlak kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360– cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia təmin edilsin. Mingəçevir şəhər X1 “Sağlamlıq” bağçılıq-yoldaşçılıq təsərrüfatının torpaq sahələri almış işçilərin adlı siyahısında 3-cü sırada Cavabdeh2 Bəlyar oğlunun adına qeydə alınmış və 14/28 inventar nömrəli texniki pasport ilə Cavabdeh1 verilmiş Mingəçevir şəhər Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metr torpaq sahəsinin İddiaçı satılmasına dair əqd etibarlı hesab edilsin və həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi vahid əmlak kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1001/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1001/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver