Məhkəmə qərarları › İş №2(051)-1003/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1003/2021

09.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1003/2021 09.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, xx xxxxxxx 1981-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. X3, anası X2r. Evin sənədləşdirilməsi ilə əlaqədar onun doğum haqqında şəhadətnamə tələb olunur. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 21 aprel 2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamış, müraciəti ilə bağlı ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Doğumun qeyd edilmə faktını başqa yolla əldə edə bilmir. Ona görə də onun doğumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində doğum tarixi xx xxxxxxx 1981-ci il, doğum yerinin Mingəçevir şəhəri, ata kimi X6, ana kimi X4 yazılması barədə qətnamə çıxarılmasını xahiş edir. Doğumun qeyd edilməsi faktı ona doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Ərizəçi nümayəndəsi və vəkili Vəkil da məhkəmə iclasında ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. X1 məhkəmə iclsında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun doğma qızıdır. Həqiqətən də, qızı Svetlana onun X6 ilə birgə nikahdan xx xxxxxxx 1981-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Qızı Svetlanaya doğum haqqında şəhadətnamə alınmışdır. Lakin hazırda nüəyyən olunmuşdur ki, onun doğumu qeydə alınmayıbdır. X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun bacısı qızıdır. Svetlana xx xxxxxxx 1981-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Svetlananın atası Roma Şirinov, anası Tahirə Şirinovadır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1981-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-38/15 saylı 21 aprel 2021-ci il tarixli arayışda göstərilir ki, Ərizəçi “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 21.04.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci və 307.2.3-cü maddələrinə əsasən isə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, həmin faktları təsdiq edən lazımi sənədlərin başqa cür alınması mümkün olmasın, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, ərizəçi xx xxxxxxx 1981-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. X3, anası X2r. Doğumun qeyd edilməsi ərizəçiyə doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, ərizəçinin doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi doğumunun qeyd edilməsi, doğum akt qeydində xx xxxxxxx 1981-ci ildə, Mingəçevir şəhərində doğulması, “ata” kimi X6, “ana” kimi X4 qeyd olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar