Məhkəmə qərarları › İş №2(051)-1009/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1009/2022

06.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1009/2022 06.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Məhəmməd oğlunun Cavabdeh ASC Birləşmiş Sukanal MMC-nin Mİngəçevir Sukanal idarəsinə qarşı əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Məhəmməd oğlu Cavabdeh ASC Birləşmiş Sukanal MMC-nin Mİngəçevir Sukanal idarəsinə qarşı əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməyi barədə Cavabdeh ASC Birləşmiş Sukanal MMC-nin Mİngəçevir Sukanal idarəsinin 02.03.2022-ci il tarixli 02-K saylı əmrinin ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi bağlamaqla, işə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi əmək münasibətlərindən irəli gələn mübahisədir və həmin tələblər üzrə tərəflərin ilkin olaraq mediasiya prosesində iştirakı tələb olunur, lakin iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə riayət etməmişdir. Bu hal isə iddia ərizəsinin qaytarılması üçün əsasdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.1.3-cü maddələrinə əsasən mediasiya əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Mülki Prosessual Məcəllənin 150.0.8-ci maddəsinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı Məhəmməd oğlunun iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub Qərara aldım: İddiaçı Məhəmməd oğlu Cavabdeh ASC Birləşmiş Sukanal MMC-nin Mİngəçevir Sukanal idarəsinə qarşı əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar