Məhkəmə qərarları › İş №2(051)-1011/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1011/2022

26.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1011/2022 26.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi və Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: «Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal İdarəsinə qarşı «əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı» tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq müə y y ə n etdi: İddiaçı cavabdeh «Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal İdarəsinə qarşı «əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilkn mediasiya prossesində iştirak etməsinə dair sənədi təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.13-cü maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Məhkəmə iddiaçının «Mediasiya haqqında» müvafiq arayışı və ya protokolu məhkəməyə təqdim etdiyi müraciətinə əlavə etmədiyi üçün iddia ərizəsinin baxılmamış saxlanmasını qanuni və əsaslı sayır. Tərfələrə izah olunmalıdır ki, iddia ərizəsinin baxılmamış saxlanması həmin tələblə yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı cavabdeh «Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal İdarəsinə qarşı «əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı» tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti rəsmi qaydada verildikdən 10 gün müddətində qərardaddan Mingəçevir şəhər məhkəməsinə şikayət vermək olar. HAKİM Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar