Məhkəmə qərarları › İş №2(051)-1012/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1012/2022

16.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1012/2022 16.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə Ərizəçi Hüseyn qızının doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində doğum tarixinin xx xxxx 1971-ci il, doğum yerinin Ermənistan Respublikası Əsgəran rayonu Aranzamin kəndi, ata qrafasına X3, ana qrafasına X2 yazılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı ərizəçi ərizənin dəqiqləşdirilməsi haqda əlavə ərizə ilə məhkəməyə müraciət edərək, doğumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində doğum tarixinin xx xxxx 1971-ci il, doğum yerinin Əsgəran rayonu Aranzamin kəndi, ata qrafasına X3, ana qrafasına X2 yazılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, xx xxxx 1971-ci ildə Əsgəran rayonu Aranzamin kəndində doğulmuşdur. 1978-ci ildə Mingəçevir şəhərinə köçmüş, 1993-cü ildə SSRİ pasportu almışdır. Həmin vaxt onun doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin o, doğum haqqında şəhadətnaməsini qaçqınçılıq dövründə naməlum şəraitdə itirmişdir. Hazırda ona məxsus doğum haqqında şəhadətnamə sənədləşmə işlərində tələb olunur. Lakin onun doğum haqqında şəhadətnaməsi itdiyi üçün və doğum qeydi əvvəllər erməni silahlıları tərəfindən işğal altında olmuş ərazidə aparıldığı üçün o, doğum haqqında şəhadətnaməni təkrar əldə edə bilməmişdir. Təkrar doğum haqqında şəhadətnaməni almaq üçün Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, müraciəti ilə bağlı ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hesab edir ki, onun doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində doğum tarixinin xx xxxx 1971-ci il, doğum yerinin Əsgəran rayonu Aranzamin kəndi, ata qrafasına X3, ana qrafasına X2 yazılması yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə Məhkəməyə Maraqlı şəxs 18.04.2022-ci il tarixdə ünvanlanmış ərizəsindən görünür ki, Qeydiyyat Şöbəsinin nümayəndəsinin üzrlü səbəbdən gələ bilmədiyini, işə onların nümayəndəsinin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, 09.08.1965-ci ildə Xanlar rayonu, Qırmızı Samux doğulmuşdur. Ərizəçi onun doğma bacısıdır. Bacısı xx.xx.1971–ci il tarixdə atası X7 oğlu, anası X2 olmaqla Əsgəran rayonu Aranzamin kəndində doğulmuşdur. Bacısı doğulan zaman valideynləri tərəfindən ona doğum haqqında şəhadətnamə alınsa da, həmin şəhadətnamə sonradan, yəni Azərbaycana gələrkən itmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 şahid X1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları tam təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22.11.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1971-ci il tarixdə Əsgəran rayonunun Aranzamin kəndində anadan olmuş Ərizəçi doğum akt qeydi aşkar olunmamışdır. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Hüseyn qızı xx.xx.1971-ci il tarixdə Əsgəran rayonu Aranzamin kəndində doğulmuşdur. İşdə olan Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22.11.2021–ci il tarixli məktubdan görünür ki, Ərizəçi Hüseyn qızının doğumunun bərpa edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, Ərizəçi Hüseyn qızı, atası X3, anası X2 olmaqla, xx xxxx 1971-ci il tarixdə Əsgəran rayonu, Aranzamin kəndində doğulmuşdur. Ərizəçi doğulan zaman ona doğum haqqında şəhadətnamə verilmiş, lakin sonradan həmin şəhadətnamə itmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM–in 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3–cü maddəsinə görə məhkəmə şəxslərin doğumunun qeyd edilmə faktını müəyyən edir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə doğum akt qeydinin qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilməmişdir. MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–in 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, doğum qeyd edilmə faktının müəyyən edilməsi ərizəçiyə doğum akt qeydinin bərpa etmək üçün zəruridir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi, atası X3, anası X2 olmaqla, xx xxxx 1971-ci il tarixdə Əsgəran rayonu, Aranzamin kəndində doğulması faktının qeyd edilməsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi, atası X3, anası X2 olmaqla, xx xxxx 1971-ci il tarixdə Əsgəran rayonu, Aranzamin kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar