Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1015/2022 27.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 və X4 Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın verilməsinə və son haqq hesabın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın verilməsinə və son haqq hesabın ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh "xxxx" ASC-ə ilə barışdıqlarını, iddiadan imtina etdiyini və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiadan imtina olunması tələblərin hüquqlarını pozmur və qanuna zidd deyil, ona görə də iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4,263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın verilməsinə və son haqq hesabın ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1015/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1015/2022
27.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver