Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-104/2023 06.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və evə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evə köçürülmə və evə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə 01 dekabr 2010-cu ildə el adəti ilə toy edərək ailə qurmuşlar. Nikahları2011-ci ildə qeydə alnmışdır. Toy günü Cavabdeh yaşadığı Mingəçevir şəhəri Natəvan döngəsində yerləşən evə köçmüşdür, cehiz əşyalarını da həmin evdə yerləşdirmişdir. Həmin vaxt ev tam hazır deyildi. Hazırda da ev qeydə alınmamışdır. Ev cavabdehin 11 mart 2006-cı ildə alqı-satqı yolu ilə aldığı torpaq sahəsində tikilmişdir. Birgə nikahdan 29 avqust 2011-ci ildə İkin və 17 mart 2015-ci ildə Lalə adlı uşaqları doğulmuşdur. 2022-ci ilin iyun ayına kimi cavabdehlə, uşaqları ilə birlikdə həmin evdə yaşamışdır. Sonra evdə cavabdehlə mübahisələri yaranmış, uşaqları da götürüb atası evinə getmişdir. Hazırda uşaqları ilə birlikdə atası evində yaşayır. Lakin atası evi çox darısqaldır, orada yaşamaq mümkün deyil. Hesab edir ki, cavabdehə məxsus evdə onun və uşaqların istifadə hüququ, yaşamaq hüququ var. Belə ki, o, 2010-cu ildən həmin evdə yaşamışdır, uşaqlar da həmin evdə yaşamışlar. Evin təmirində iştirak etmişdir. Cehiz əşyaları da hazırda həmin evdədir. İddianın təmin olunmasını, onu uşaqları-29 avqust 2011-ci il təvəllüdlü X2 və 17 mart 2015-ci il təvəllüdlü X3 ilə birlikdə Mingəçevir şəhəri Natəvan döngəsi 30 №-li ünvanda Cavabdeh məxsus torpaq sahəsində tikilmiş evə köçürülmələri, onların həmin evdən istifadə hüquqlarnın müəyyən edilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o, iddiaçını evdən çıxarmamışdır. Aralarında ailədaxili söz-söhbət yaranmış, iddiaçı da bundan sonra uşaqları da götürüb atası evinə getmişdir. O, ailənin dağılmasını, uşaqlarının başqa qapılarda yaşamasını istəmir. Nikahları pozulub, ailə dağılarsa hesab edir ki, onların bir evdə yaşamaqları mümkün deyil. Ona görə də ailə münasibətlərinin bərpa olunması şərti ilə cavabdehin ona məxsus evə köçürülməsinə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında 21 yanvar 2011-ci ildə Mingəçevir şəhər Nikah evində 16 № ilə nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra qadın Verdiyeva soyadını qəbul etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin 29 avqust 2011-ci il təvəllüdlü X2 və 17 mart 2015-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçı Talıfxa qızıdır. İşdə olan Mingəçevir Bələdiyyəsinin 19/3 №-li 11 nart 2006-cı il tarixli qərarından görünür ki, Cavabdeh fərdi mənzil tikintisi üçün alqı-satqı yolu lə 500m2 torpaq sahəsi xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. İşdə olan torpaqların alqı-satqısına dair 18 mart 2006-cı il tarixli aktda göstərilir ki, Cavabdeh tərəfindən Mingəçevir bələdiyyəsinin 19/3 №-li 11 mart 2006-cı il tarixli qərarına əsasən mülkiyyətinə verilmiş 0,05 torpaq sahəsinə görə 300 manat haqq ödənilmişdir. İşə əlavə olnmuş Mingəçevir şəhər İcra Hakimiyyəti memarlıq və tikinti şöbəsi tərəfindən verilmiş 122№-li 30 dekabr 2009-cu il tarixli “Tikinti-quraşdırma işlərinin başlanmasına dair icazə”dən görünür ki, Cavabdeh Mingəçevir bələdiyyəsinin 19/3 №-li 11 mart 2006-cı il tarixli qərarı ilə verilmiş torpaq sahəsində fərdi yaşayış evinin tikilisnə icazə verilmişdir. İşdə olan torpaq sahəsnin planı və ölçü sənədindən görünür ki, fərdi yaşayış evi tikmək üçün Mingəçevir bələdiyyəsinin 19/3 №-li 11 mart 2006-cı il tarixli qərarı ilə Cavabdeh Səməndar oğluna verilmiş 500 kvm torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət torpaq və xəritəçəkmə komsiya tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. İşə əlavə edilmiş məhkəmənin sorğusuna cavab olaraq DƏDK və Reyestri publik hüququ şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 22 noyabr 2022-ci il taixli cavab məktubunda göstərilir ki, sorğunuzda qeyd edilən torpaq sahəsinə yerində baxış keçirilərək döngə nöqtələrinin koordinatları təyin olunmuşdur. Həmin torpaq sahəsinə DT və XK-si tərəfindən torpaq sahəsinin plan və ölçüsü sənədi işlənmişdir. Torpaq sahəsində fərdi yaşayış evi inşa olunmuş və faktiki ünvanı Mingəçevir şəhəri Natəvan döngəsi 39 kimidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı 2010-cu ilin dekabr ayında cavabdehlə el adəti ilə toy edərək cavabdehin mülkiyyətində olan Mingəçevir şəhəri Natəvan döngəsi 39 №-li ünvanda inşa edilmiş fərdi yaşayış evinə köçmüş, özünə məxsus cehiz əşyalarını da həmin evdə yerləşdirmişdir. 21 yanvar 2011-ci ildə aralaında rəsmi nikah qeydə alınmışdır. Birgə nikahdan onların 29 avqust 2011-ci ildə İlkin, 17 mart 215-ci ildə Lalə adlı iki uşaqları olmuşdur. 2022-ci ilin iyun ayına kimi iddiaçı cavabdehlə birlikdə mübahisələndirilən evdə yaşamış, birgə təsərrüfatı idarə etmişlər. Aralarında mübahisə yarandığına görə 2022-ci ilin iyun ayında iddiaçı uşaqları da götürüb evdən çıxmış və atasının evinə getmişdir. Lakin ona məxsus cehiz əşyaları həmin evdə qalmışdır. İddiaçıya məxsus cehiz əşyalarının həmin evdə qalması ona dəlalət edir ki, iddiaçının geri qayıtmaq niyyəti olmuşdur. Onun başqa yaşayış sahəsi olması müəyyən edilmədi. Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 22 noyabr 2022-ci il tarixli cavab məktubundan göünür ki, Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri Natəvan döngəsi 39 ünvanda yerləşən torpaq sahəsində fərdi yaşayış evi inşa olunmuşdur. Məhkəmə tərəfindən Mingəçevir şəhəri Natəvan döngəsi 39 №-li ünvanda keçiriliş yerli baxış zamanı Cavabdeh Səməndar oğluna məxsus torpaq sahəsində fərdi yaşayış evinin mövcud olması və yaşayışa yararlı olması müəyyən edildi. Lakin mübahisələndirilən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olması müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki Məcəllənin 27.3-ci maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İşin hallarından müəyyən edildi ki, iddiaçı cavabdehin razılığı ilə 2010-cu ildə onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçmüş, 2022-ci ilin iyun ayına kimi birlikdə həmin evdə yaşamışlar. Aralaında yaranmış mübahisəyə görə iddiaçı birgə nikahdan doğulmuş uşaqlarla birlikdə evdən çıxmışdır. Başqa yaşayış sahəsi olmadığına görə iddiaçı tələbində uşaqlarla birlikdə həmi evə köçmək istəyir. Tərəflər iddiaçının və birgə nikahdan doğulmuş uşaqların cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş evə köçməsi ilə bağlı razılığa gəlməmişlər. Azərbaycan Respublkası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz mərhum edilə bilməz. Həmin Qanunun 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə hesab edir ki, iddiaçının başqa yaşayış sahəsi, başqa yerdə mənzil tələbini ödəmək imkanı olmadığı halda mübahisəli evə köçürülməsi tələbinin təmin edilməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Çünki qanunun tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq norması olmadığı və ya onun qeyri-müəyyən olduğu hallarda qanunverici mülki qanunvericiliyin analoji üzrə tədbiqini müəyyən etmişdir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir şəxsin adına qeydiyyatdan keçməsə də, mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Xüsusi mülkiyyətdə olmayan yaşayış sahəsinin icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər hüquq və vəzifələrə malikdirlər. Cavabdehin razılığı ilə evə köçmüş və uzun müddət birlikdə yaşayan iddiaçının həmin evə köçürülməməsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı uşaqlarla birlikdə evə köçürülmə tələbinə dair hissədə təmin olunmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə evə istifadə hüququ yaranmamışdır. Odur ki, iddia tələbi evə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair hissədə təmin olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. İddiaçı Tofiq qızı uşaqları-29 avqust 2011-ci il təvəllüdlü X2 və 17 mart 2015-ci il təvəllüdlü X3 ilə birlikdə Mingəçevir şəhəri Natəvan döngəsi 39 ünvanda yerləşən Cavabdeh Səməndar oğluna məxsus torpaq sahəsində inşa edilmiş evə köçürülsünlər. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-104/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-104/2023
06.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver