Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-104/2024 29.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs: Ədliyyə Naziriyi Mingəçevir Regional “Asan Xidət” Mərkəzində Notariat Ofisi) miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X6 miras qalmış X3 Şəhadətnaməsinə əsasən **-BX-*** qeydiyyat nişanlı, VAZ 21074 markalı, buraxılışı 2010cu il tarixli avtomobilin yalnız onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1949-cu ildə Mingəçevir şəhərində doğulmuşdur. Mərhum X7 ilə 29 mart 1967-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan onların 30 dekabr 1968-ci təvəllüdlü X13, 24 aprel 1971-ci il təvəllüdlü X14, 20 oktyabr 1973-cü il təvəllüdlü X9 adlı üç nəfər uşaqlarları doğulmuşdur. 55 ildən artıq bir müddətdə birgə təsərrüfat idarə ediblər. Birgə nikah dövründə yaşadığları müddətdə, əmlakları olmuş, ancaq məhrum əri vəfat etməzdən əvvəl onun adına birgə nikah dövründə əldə olunmuş X3 Şəhadətnaməsinə əsasən **-BX-*** qeydiyyat nişanlı, VAZ 21074 markalı, 2010-cu il istehsal avtomobili əldə ediblər. X7 20 iyul 2022-ci il tarixdə “Ürəyi kəskin işemik xəstəliyinin digər formalarları” xəstəliyindən vəfat edib. Məhrum əri ölümündən sonra birgə nikahların dövründə əldə etdikləri ərinin mükliyyətində olan X11 Şəhadətnaməsinə əsasən **-BX-*** qeydiyyat nişanlı, VAZ 21074 markalı, buraxılışı 2010-cu il tarixli avtomobil qalıb. Hazırda həmin avtomobil faktiki onun sahibliyində və istifadəsindədir. Miras qəbul edilməsi vaxtını ötürüb. Hər üç nəfər uşağı avtomobilin onun adına rəsmiləşməsinə etiraz etmirlər. Övladları Vəfa və Xaspolad natoriat kontorunda miras əmlakdan imtina etmişlər, oğlu Mahir Belarusiyada yaşayır, miras əmlakdan imtina etmə və digər səlahiyyətlərlə bağlı bacısı Vəfaya etibarnaməyə göndərmişdir. Miras əmlakla bağlı mübahisə yoxdur. Məhkəmə iclası zamanı ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, sorğunun, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1935-ci il tarixdə Ağdam rayonunda anadan olan X10 arvadı Ərizəçi, qızı X14 və oğlu X5r. Belə ki, işdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X12 ilə Ərizəçi arasında 29 mart 1967-ci il tarixdə Azərbaycan SSR Mingəçevir şəhərində rəsmi nikah bağlanmış və həmin nikah 83 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 30 dekabr 1968-ci tarixdə doğulmuş X13, 24 aprel 1971-ci il tarixdə doğulmuş X14 və 20 oktyabr 1973-cü il tarixdə doğulmuş X1 Voroşil Aslan oğlu ilə Ərizəçi birgə nikahlarından doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Belə ki, işdə olan X4 şəhadətnaməsindən görünür ki, **-BX-*** qeydiyyat nişanlı “VAZ-21074” minik markalı 2010-cu il tarixində buraxılmış avtomobil X10 tam mülkiyyətindədir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 1603 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Şükürova (Tağıyeva) Vəfa və Tağıyev Xaspolad tərəfindən ayrı-ayrılıqda verilmiş və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X6 mirasın qəbul edilməsi üçün müddəti buraxmışlar və mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəklər. İşdə olan Tağıyev Mahir tərəfindən xx.xx.2023-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X6 ona miras payından imtina edir. Miras əmlakın sahibliyinə daxil olmamış və onun üzərində sərəncam verməyib, miras üzərində hüquqlarını təsdiq edən sənədləri almağa görə müraciət etməyib. Daha sonra da iddiaları olmayacaq və məhkəməyə müraciət etməyəcəkdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli Baş Dövlət Yol Polisinin sorğuya cavab məktubundan görünür ki, DİN Baş Dövlət Yol X16-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “VAZ-21074” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdən 609411 nömrəli hesab-arayış əsasında X10 adınadır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X2 miras qalmış “VAZ-21074” markalı **-BX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Həmin Məcəllənin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X2 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Digər vərəsələr isə miras əmlakdan imtina etmişlər və mübahisə olmadığından həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X2 miras qalmış, X3 Şəhadətnaməsinə əsasən **-BX-*** qeydiyyat nişanlı, VAZ 21074 markalı, buraxılışı 2010-cu il tarixli avtomobilin yalnız Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Miras əmlak faktının müəyyən edilməsi nəqliyyat vasitəsinin mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-104/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-104/2024
29.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver