Məhkəmə qərarları › İş №2(051)-1042/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1042/2020

28.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1042/2020 28.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirəzliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Ərizəçi iştirakı ilə, ərizəçi: Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx xxxxxxxx 1992-ci il tarixdə N saylı hərbi hissədən tərxis olunmasıbarədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlışəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, 1992-ci ilin mart ayının N də N nömrəli hərbi hissənin tərkibinə erməni işğalçılarına qarşı gedən döyüşlərə cəlb edilmiş, 1992-ci ilin mart ayının N dən 1992-ci ilin sentyabr ayının 22 dək Ağdam və Laçın rayonları uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin döyüşlərdə iştirak etməsini döyüş yoldaşlarıda təsdiq edə bilərlər. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsindən ona ünvanlanmış məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərərgahı rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələri siyahısında olmadığından ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Bu səbəbdən Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək 1992-ci ilin mart ayının 12-dən 1992-ci ilin sentyabr ayının 22-dək Ağdam və Laçın rayonları uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə hüquqi əməliyyatlı faktın müəyyən edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(051)- 2462/2018 saylı qətnaməsi ilə 1992-ci ilin mart ayının 12-dən 1992-ci ilin sentyabr ayının 22 dək Ağdam və Laçın rayonlarında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış hərbi əməliyyatlarda iştirak etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Bundan sonra məhkəmə qətnaməsini, hərbi biletini və digər sənədlərini Müdafiə Nazirliyinə təqdim edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini məhkəmədən xahiş etmişdir. Lakin hazırki vaxradək müraciəti cavablandırılmamışdır. Ona görə də xx xxxxxxxx 1992-ci ildə N saylı hərbi hissədən tərxis olunması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 1992ci ildən Azərbaycanın Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin vaxt N saylı hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə Ərizəçi ilə birlikdə vuruşmuşdur. O, xx.xx.1992-ci ildə N saylı hərbi hissədən tərxis olunmuşdur. Şahid X1 da məhkəmə iclasında oxşar məzmunlu izahat verərək şahid X2 izahatındakı xüsusatları təsdiq etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin xx xxxxxxxx 1992-ci il tarixdə N saylı hərbi hissədən tərxis olunması faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş Ərizəçi məxsus hərbi biletin surətindən görünür ki, Ərizəçi xx xxxx 1992-ci il tarixdən xx xxxxxxxx 1992-ci il tarixədək N saylı hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(051)-2462/2018 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi 1992-ci ilin mart ayının 12-dən 1992-ci ilin sentyabr ayının 22-dək olan müddət ərzində Ağdam və Laçın rayonlarında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış hərbi əməliyyatlarda iştirak etməsi faktı müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan sənədlərdə əks olunan məlumatların doğruluğu iş üzrə ərizəçinin vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri ilə də təsdiq olunur. Beləliklə, sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi xx xxxxxxxx 1992-ci il tarixdə N saylı hərbi hissədən tərxis olunmuşdur. Buna görə dəərizəçinin xx xxxxxxxx 1992-ci il tarixdə N saylı hərbi hissədən tərxis olunması təsdiq olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hərbi qanunvericiliyə görə hərbi xidmətin həqiqi hərbi xidmət və ehtiyatda xidmət növləri vardır. Hər hansışəxs həqiqi hərbi xidmətə könüllü daxil olma, çağırış və ya səfərbərlik üzrə qəbul oluna bilər. Hərbi xidmət keçməsi yalnız hərbi hissələrin və ya hərbiləşdirilmiş qurumların tərkibində (siyahıya daxil olmaq şərti ilə) mümkündür. İş materialları ilə ərizəçinin səfərbərlik əsasında hərbi hissəyə qəbul olunduğu və şəxsi heyətin siyahısına daxil edilməsi mübahisəsiz müəyyən olunur. Həmçinin «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası vəşərtləri haqqında» Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, 1991-ci ilin oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüşəməliyyatları zamanı hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüşəməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara – müdafiə, daxili işlər, Milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti, hərbi hissələr, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, ərizəçinin hərbi hissədən tərxis olması faktı onun üçün hüquqi əhəmiyyət kəsb edir. Ərizəçi onun hərbi hissədən tərxis olmasına dair sənədi başqa yolla əldə edə bilmir. Ona görə də ərizəçinin tələbinə baxılmasıüçün Azərbaycan Respublikası MPM-nin 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər mövcuddur və həmin maddənin 307.2.11-ci maddəsinə əsasən tələb olunan fakt məhkəmə qaydasında müəyyən oluna bilər. Məhkəmə hesab edir ki, ərizəçi döyüş zonasında obyektiv və qanuni səbəblərdən olmuş, xx xxxxxxxx 1992-ci il tarixdə N saylı hərbi hissədən tərxis olunmuşdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizəçinin tələbi təmin edilsin. Ərizəçi xx xxxxxxxx 1992-ci il tarixdə N saylı hərbi hissədən tərxis olunması faktı müəyyən edilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar