Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1050/2020 14.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh5 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdehlər: Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun və övladları xx.xx.1999-cu il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X6 ünvan 1 mənzil 28 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, o, Cavabdeh5 ilə 1997-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1999cu il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X9 adlı uşaqları dünyaya gəlmişdir. Cavabdehlə aralarında olan nikah 2017-ci ildə pozulmuş və nikahın pozulması haqqında şəhadətnaməni xx.xx.2020-ci il tarixdə almışdır. Lakin cavabdeh ona və uşaqlarına ünvan 1 mənzil 28 ünvanında yaşamağa mane olur. Belə ki, o sözügedən mənzilə gəlin köçəndə mənzil dövlət balansında olmuş və mənzil özəlləşəndə o da razılıq vermişdir. Ona görə də onun və övladları xx.xx.1999-cu il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X6 ünvan 1 mənzil 28 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər X5 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında gösrətmişdir ki, İddiaçı onun keçmiş gəlinidir. Oğlu Cavabdeh5la gəlini İddiaçı 1997-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1999-cu il təvəllüdlü X3 və xx.xx.2005ci il təvəllüdlü X9 adlı uşaqları dünyaya gəlmişdir. Onlar arasında olan nikah 2017-ci ildə pozulmuşdur. İddiaçı və övladları xx.xx.1999-cu il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X6 ünvan 1 mənzil 28 ünvanında yerləşən mənzilə köçürülməsinə etiraz etmirlər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Əsgərov X7 Əsgərovanın izahatına uyğun izahat verərək iddianın təmin olunmasına, İddiaçı və övladları xx.xx.1999-cu il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X6 ünvan 1 mənzil 28 ünvanında yerləşən mənzilə köçürülməsinə etiraz etmədiklərini bildirmişlər. İddia ərizəsinə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən və Daxili İşlər Nazirliyinin ******* №li arayışından görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Əsgərova X1 şəhəri M.Hüseyn küçəsi 10 saylı evin, 28 saylı mənzildə qeydiyyatdadır. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri M.Hüseyn küçəsi 10 saylı evin, 28 saylı mənzili X2 adına mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş xx.xx.2005-ci il tarixli ərizədən görünür ki, Əsgərova X1 şəhəri M.Hüseyn küçəsi 10 saylı evin, 28 saylı mənzilinin X4 adına özəlləşdirilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mənzilə köçürülmə ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ verilməsi ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı mübahisəli mənzildən istifadə üzrə hüquq münasibəti mənzilə gəlin köçdüyü vaxtdan yaranmışdır. Bu halda iddia tələbi xx xxxx 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Həmin Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilirdi ki, yaşayış evinin mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərməmişsə, evdə yaşayış sahəsində onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi(paylı,birgə) mülkiyyətinə verilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsinə əsasən mənzilləri(evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə(evlərə) öz mübahisələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verilir: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə(evə) mülkiyyət hüququnun həyata keçirilməsi barədə şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenunumun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsinin birinci hissəsindən göründüyü kimi özəlləşdirilmiş mənzilin mülkiyyətçisi həmin mənzilin mülkiyyətçisi olmayan ailə üzvlərinin razılığını almadan mənzillə bağlı heç bir əqd bağlaya və onun vəsiyyət edə bilməz. Bu məhdudiyyətin məqsədi mülkiyyətçi olmayan və özəlləşdirmə zamanı müvafiq mənzildə faktiki yaşayan mülkiyyətçinin ailə üzvlərinin həmin mənzildə yaşamaq hüququnun müdafiəsinə yönəlmişdir. Məhkəmə işin hallarını xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələri əsasında təhlil edib hüquqi qiymət verərək hesab edir ki, iddiaçı övladı ilə Mingəçevir şəhəri M.Hüseyn küçəsi 10 saylı evin, 28 saylı mənzildə istifadə hüququ mövcud olduğu üçün sözügedən mənzilə köçürlməlidir. Çünki, mübahisəli mənzil özəlləşdirilərkən iddiaçı da həmin mənzilin özəlləşdirilməsinə razılıq vermiş və mənzildən həmin vaxt istifadə etmişdir. Bundan əlavə İddiaçı ailə üzvü kimi evin sahibi ilə bir yerdə mübahisəli mənzildə yaşamışdır. İddiaçı və övladlarının mübahisəli mənzilə köçürülməsinə cavabdehlər və ən əsası mənzilin mülkiyyətçisi Simuzər Əsgərova etiraz etməmiş, iddianı tam formada etiraf etmişlər. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ət e t d i : İddia tələbi təmin edilsin. İddiaçı, övladları xx.xx.1999-cu il təvəllüdlü X8 və xx.xx.2005-ci il təvəllüdlü X9 ilə birlikdə Mingəçevir şəhəri M.Hüseyn küçəsi 10 saylı evin, 28 saylı mənzilinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1050/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1050/2020
14.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver