Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1051/2021 30.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi, maraqlı şəxslər X11 və X8 iştirakı ilə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, X12 onun əridir. Məhrum əri X4 adına “VAZ 21063” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomoili olmuşdur. Həyat yoldaşı Mahir Əhmədov 15.10.2020-ci ildə vəfat etmişdir. Ərindən qalmış miras əmlakı, yəni “VAZ 21063” markalı **-HL-*** dövlət qeydiyyat nişnlı avtomobili o, qəbul etmişdir. Mingəçevir şəhər Notariat kontoruna müraciət etmiş, lakin vərəsəlik şəhadətnaməsi veməkdən imtina edilmişdir. Bu faktı başqa qaydada müəyyən etmək mümükün olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcbudiyyətində qalmışdır. Ərizənin təmin olunmasını, məhrum X4 adına olan “VAZ 21063” markalı **-HL- *** dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “Asan” xidmət mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin iştirakı olmadan baxılması mümkündür. Maraqlı şəxs X11 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ərizəçi onun anasıdır. X26 2020-ci ildə vəfat etmişdir. Atasından “VAZ 21063” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Həmin avtomobildən anası istifadə edir, mirası ancaq anası qəbul etmişdir. O, atasından qalmış mirası qəbul etməmişdir, həmin mirasdan pay istəmir, gələcəkdə də bu barədə iddia qaldırmayacaqdır. Maraqlı şəxs X17 da məhkəmə iclasında X5 ifadəsinə uyğun ifadə verərək ərizəçinin onun anası olduğunu, atasından qalmış mirası ancaq Ərizəçi qəbul etdiyini, həmin mirasdan pay istəmədiyini bildirdi. İşə əlavə edilmiş X6 notarial qaydada təstiq edilmiş ərizəsində göstərilir ki, atası X4 15 oktyabr 2020-cı il tarixdə vəfat etməsi, atasından miras qalmış bütün əmlaklardan faktiki ona çatan payı qəbul etməmişdir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi ilə yaxın qonşudur. Raidənin mərhum əri Mahir ilə münasiətləri yaxşı olmuşdur, Mahirin “VAZ 21063” markalı avtomaşını vardr. Mahirin ölümündən sonra avtomaşına Mahirin arvadı, Ərizəçi sahiblik edir. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi ilə 6-7 ildir ki, qonşudular. Mərhum Mahirin “VAZ 21063” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili hazırda Ərizəçi sahibliyindədir. Məhkəmə ərizəçini, maraqlı şəxsləri və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədov Mahir Rəhbər oğlu 15.10.2020-ci il tarixdə vəfat etmişdir. İşə əlavə ounmuş nikah haqqında şəhadətnaməin surətindən görünür ki, X12 ilə Ərizəçi arasında 03 yanvar 1987-ci ildə Ağdam rayon VVAQ şöbəsində 3 № ilə nikah qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 24 noyabr 1987-ci il təvəllüdlü X13, 19 iyul 1989-cu il təvəllüdlü X14, 06 may 2000-ci il təvəllüdlü Zeynəb qızının atası X21 oğlu, anası X9r. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədov Rəhbər Bəhmən oğlu 26.10.2018-ci il tarixdə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 17.04.2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun Ərizəçi 03 may 2021-ci il tarixli cavab məktubundan görünür ki, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunumşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materiallarından görünür ki, ərizəçi miras qoyan Mahir Əhmədovun arvadıdır və qanun üzrə birinci növbəli vərəsədir. Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında, müəyyən edildi ki, Ərizəçi əri X3 miras qalmış “VAZ 21063” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, X3 miras qalmış “VAZ 21063” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə Ərizəçi sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də ərizə təmin olunmalı, M.Əhmədovdan miras qalmış, mirasın kütləsinə daxil edilmiş “VAZ 21063” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vərəsə Ərizəçi tərəfindən sahiblik etməklə mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. X3 miras qalmış “VAZ 21063” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində mirasın vərəsə Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1051/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1051/2021
30.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver