Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1053/2022 07.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə «Mirasın qəbul edilməsi faktın müəyyən edilməsi»nə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum X2nın adına qeydə alınmış, miras əmlak olan və onun tərəfindən faktiki qəbul edilərək sahiblik edilən və idarə edilən Mingəçevir şəhəri, M.Ə.Sabir küçəsi 6 saylı evin 4 otaqlı 26-cı mənzilin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Mingəçevir şəhəri, M.Ə.Sabir küçəsi 6 saylı evin 4 otaqlı 26-cı mənzili Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin MH seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2008-ci il tarixdə onun X2nın adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Anasının sağlığında da o, daima ailəsiylə anasının yanında həmin mənzildə yaşamışlar. X2 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Bundan sonra həmi miras evi o, ailəsiylə birlikdə faktiki qəbul edib ona sahiblik etməyə və idarə etməyə başlamış, indiyə kimi də idarə edir. Vərəsə kimi ondan başqa olan bacı və qardaşlarının ayrıca evləri vardır və həmin mənzilə iddiaları yoxdur. O isə ailəsiylə birlikdə anasına məxsus olmuş həmin evdə faktiki yaşayır. O, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə müraciət edərək onun adına vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etsə də, Notariat Ofisi xx.xx.2021-ci il tarixli 1386 №-li məktub yazaraq məhkəməyə müraciət etməsini bildirmişdir. Məsələnin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən mərhum X2nın adına qeydə alınmış, miras əmlak olan və onun tərəfindən faktiki qəbul edilərək sahiblik edilən və idarə edilən Mingəçevir şəhəri, M.Ə.Sabir küçəsi 6 saylı evin 4 otaqlı 26-cı mənzilin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1959cu il təvəllüdlü Ərizəçi atası X11 anası isə X8r. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamələrdən görünür ki, X12 xx.xx.2016cı il tarixdə, X14 xx.xx.2017-ci il tarixdə və X9 xx.xx.2021-ci il tarixdə ölmüşlər. İşə əlavə olunmuş DƏDRX tərəfindən verilmiş MH seriyalı ******* №-li çıxarışdan görünür ki, Mingəçevir şəhəri, M.Ə.Sabir küçəsində istifadədə olan 0.1199 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində. 1-ci mərtəbəsində, 83.92 kv.m ümumi, 60.58 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 26 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 123 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontorunun xüsusi notariusu Elxan Hüseynovun 03 avqust 2021-ci il tarixli 1386 saylı məktubundan görünür ki, “Sizin tərəfinizdən mirasın qəbul təsdiq edən hər hansı fakt təqdim edilməmişdir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşə əlavə olunmuş vətəndaşlıq vəziyyəti haqqında 05/Q-529/15 №-li xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, xx.xx.1927-ci il tarixdə Ağdaş rayonu, Kotavan kəndində doğulmuş X6 ailə üzvləri əri X11 ölüb, oğlu X9 ölüb, oğlu X15 ölüb, oğlu X10, oğlu X12, oğlu Ərizəçi, qızı X7 və X1r. İşə əlavə olunmuş Notarial qaydada təsdiq olunmuş X10, X13 və X16 tərəfindən yazılmış ərizələrdən görünür ki, anaları X14 xx.xx.2017-ci ildə vəfat edib. Ondan miras əmlak qalmışdır. Onlar həmin mirası qəbul etməmişlər və etməyəcəklər. Onlara miras qalan əmlakdan pay istəmirlər və gələcəkdə bu barədə iddia qaldırmayacaqlar. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi mərhum X14 və X4 oğludur. X14 və X11 ölmüşdür. X6 vərəsələri övladlarıdır. X9 ölüb və X15 ölüb. Ərizəçi başqa yaşayan övladları miras paylarından imtina etmişlər. Məhkəmə işə əlavə olunmuş ödəniş qəbzlərini və 1 saylı MİS tərəfindən verilmiş arayışı nəzərə alaraq hesab edir ki, Abdullayev X3 şəhəri, M.Ə.Sabir küçəsi M.Ə.Sabir küçəsi 6 saylı evin 4 otaqlı 26-cı mənzildə yaşayır və mənzilin kommunal ödənişlərini həyata keçirməklə mənzilin bütün təsərrüfat xərclərini öz üzərinə götürmüş, bununla da həmin miras əmlakı faktiki olaraq qəbul etmişdir. Ona görə də Ərizəçi ərizəsi təmin olunmalı, X5 miras qalmış Mingəçevir şəhəri, .Ə.Sabir küçəsi 6 saylı evin 4 otaqlı 26-cı mənzili miras əmlak kimi qəbul edilməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi bardə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Məhkəmə qeyd edir ki, mirasın faktiki qəbul edilməsini müəyyən edən məhkəmə qətnaməsi həmin şəxsə notariat orqanı tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsasdır. Belə ki, MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi mərhum valideyni X5 miras qalmış Mingəçevir şəhəri, M.Ə.Sabir küçəsi M.Ə.Sabir küçəsi 6 saylı evin 4 otaqlı 26-cı mənzili miras əmlakı tam qəbul etməsi faktı müəyyən edilsin. Miras əmlakın qəbul edilməsi faktı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1053/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1053/2022
07.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver