Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1057/2022 20.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi:X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə X2 miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X4 maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 göstərilməklə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X5 miras qalmış Mingəçevir şəhəri H.Əliyev prospekti 76 saylı evin, 51 saylı mənzilnin onun tərəfindən bütövlükdə miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X9 onun nənəsidir. Belə ki, nənəsi vəfat etdikdən sonra ona məxsus olan miras əmlakını qanun üzrə vərəsələri qəbul etməmişdir. Həmçinin mərhum nənəsinin 30.08.2004-cü il tarixli vəsiyyətnamə ilə ərizəçiyə öz əmlakını vəsiyyət etmişdir. Hazırda yeganə vərəsə odur. Mirası faktiki qəbul edən şəxs kimi o, Mingəçevir Regional «ASAN XİDMƏT» Mərkəzində notariat ofisinə onun adına vərəsəlik şəhadətnaməsi verilməsi barədə ərizə yazmış, lakin Notariat Ofisi 12.03.2022-ci il tarixli 471 №-li məktub yazaraq vərəsəlik şəhadətnaməsi verməmişdir. Odur ki ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə ərizəçi və maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan mənzilin qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 76 saylı evin, 51 saylı mənzili X6 adına qeydiyyata alınmışdır. İşdə olan Maraqlı şəxs2 və Maraqlı şəxs3 və Nümayəndə tərəfindən Mingəçevir Regional «ASAN XİDMƏT» Mərkəzində notariat ofisində təsdiq olunmuş ərizələrindən görünür ki, onlar 20.09.2007-ci ildə vəfat edən X7 məxsus miras əmlakın qəbul edilməmişlər və miras əmlakla bağlı hes bir tələbləri yoxdur və bunun bağlı məhkəməyə müraciət etməyəcəklər. İşdə olan 30.08.2004-cü il tarixli vəsiyyətnamədən görünür ki, X9 ona məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 76 saylı evin, 51 saylı mənzili X3 vəsiyyət etmişdir. İşdə olan Mingəçevir Şəhər VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 263348 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 20.09.2007-ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05.04.2022-ci il tarixli 05/Q-182/15 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 16.01.1960-cı il tarixdə Ağdam rayonu, Mollalar kəndində doğulmuş X9 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 05.04.2022-ci il tarixədək aparılmış və 20.03.1958-cı il tarixdə doğulmuş oğlu-Maraqlı şəxs2, xx.xx.1955-ci il tarixdə doğulmuş qızı- Maraqlı şəxs3 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05.04.2022-ci il tarixli 05/Q-182/15 saylı məktubdan görünür ki, mərhum X6 adına Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 21.09.2007-ci il tarixli, 551 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “Mingəçevir, Ə.Vahid küç., ev 2, mənzil 91” qeyd olunmuşdur. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 12.03.2022-ci il tarixli 471 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, 18.04.2015-ci il tarixdə vəfat etmiş X5 ərizəçi X3 Mingəçevir şəhəri H.Əliyev prospekti 76 saylı evin, 51 saylı mənzil miras qalmışdır. Ərizəçi həmin mənzili miras əmlak kimi faktiki qəbul etmişdir. Maraqlı şəxslər isə mirasın yalnız ərizəçi tərəfindən qəbul edilməsini etiraf etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış Mingəçevir şəhəri H.Əliyev prospekti 76 saylı evin, 51 saylı mənzilin ərizəçi X4 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ərizəçi X2 X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, həmçinin qeyd edir ki, mərhum X6 birinci növbəli qanun üzrə vərəsələri olan Maraqlı şəxs2 və Maraqlı şəxs3 X1 qalmış mirasdan pay almaq istəmədiklərini bildirmiş və mirasın yalnız ərizəçi tərəfindən faktiki qəbul ediməsini təsdiq etmişlər. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. X1 miras qalmış, Mingəçevir şəhəri H.Əliyev prospekti 76 saylı evin, 51 saylı mənzilin yalnız ərizəçi X4 tərəfindən bütov şəkildə faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə(Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1057/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1057/2022
20.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver