Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1058/2021 25.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı və onun vəkili-KONSENSUS Vəkil Bürosunun vəkili X18, Cavabdeh: «xxxx» MMC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı «Əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onu xxxx MMC-yə qazan-turbim sexində növbə rəisi vəzifəsinə bərpa edilməsinə və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, O, 06.06.1984-cü ildən Azərbaycan DRESS-də çalışmağa başlamışdır. 05.04.2021-ci il tarixə qədər qazan-turbim sexində növbə rəisi kimi çalışmışdır. 01.04.2021-ci il tarixdə saat 00608 növbəsində təyin olunmuş qrafik üzrə avadanlıqların ehtiyatdan qoşulmasını yoxlayırmışlar. 6 nömrəli E/B enerji işdən açılmışdı. (blok maşınınstin apardığı səhv əməliyyat nəticəsində). 01.04.2021-ci il tarixdə onları, əməliyyat heyətini direktor akt zalına yığaraq tənbeh etmişdir. Həmən gün izahat yazıb hadisə olduğu kimi etmiş, səbəb kimi texniki nasazlığı qeyd etmişlər. 05.04.2020-ci il tarixdə ona əmək kitabçasını təqdim edərək 165/Ş 05.04.2021-ci il tarixli əmrlə onunla idarə arasında bağlanmış əmək müqaviləsinə AR Əm-nin 70-ci maddəsinin c bəndinə əsasən, 71-ci maddəsinin 2-ci hissəsinin tələblərinə riayət etməklə 118-ci olunub əmək funksiyasını əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə xitam verilmişdir. Lakin əmr ona göndərilməmişdir. (əmri o “Whatsaap” qrupundan əldə etmişdir.). Əsas kimi onun əmək müqaviləsi üzrə funksiyasını yerinə yetirmədiyi qeyd edilib. Lakin hadisəinin onun günahı olmadan baş vermişdir. Əməliyyat onun tərəfindən aparılmalı deyil, ona sadəcə gedən prosesə nəzarət etməlidir. Ona görə də məhkəmədən onu xxxx MMC-yə qazan-turbim sexində növbə rəisi vəzifəsinə bərpa edilməsinə və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçının vəkili X26məhkəmə iclası zamanı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh «xxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi X19 məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı şəxsi işində olan sənədlərə və X13 həmçinin Vəzifə təlimatına əsasən müəyyən olunur ki, onun iddia ərizəsində iddia tələbini əsaslandırmaq üçün istinad etdiyi hallar əsassız və qanunsuzdur.Ona görə də İddiaçı iddiası aşağıda göstərdiyim faktlara görə rədd edilməlidir. İddiaçı ərizəsində Əmək Müqaviləsinə “xxxx” MMC-nin direktorunun 05.04.2021-ci il tarixli 165/Ş saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, həmin məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinin tələblərinə riayət etməklə xitam verilmişdir. Belə ki, 01.04.2021-ci il tarixdə 1 nömrəli Qazan-turbin sexinin rəisi X1 direktorun adına yazdığı məlumata əsasən müəyyən olunur ki, 01.04.2021-ci ildə aylıq cədvələ əsasən YSYM, TSN, EAQ-dan yoxlanması əməliyyatı aparılmışdır.01.04.2021-ci il tarixdə saat 0205radələrində 6 saylı enerji blokunda TSN-nin EAQ-dan yoxlayan zaman enerji bloku şəbəkədən açılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, 6 saylı enerji blokunda TSN-nin EAQ-dan yoxlayarkən ehtiyatda olan TSN-6A işə qoşulmuşdur. Lakin nasos yükünü götürməmiş, blok maşinisti Mustafayev Rənsani işdə olan TSN 6B -ni saxlamışdır. Buna görə də, TSN çıxışında təzyiq düşmüşdür. TSN 6B - EAQ işə qoşulmuşdur. (Qoşulma gec baş vermişdir.) Lakin təzyiq bərpa edilmədiyindən enerji bloku açılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, əməliyyat heyəti tələsərək ehtiyatdan qoşulmuş nasosun cərəyanı və təzyiqi qalxmamış, işdə olan TSN 6B-ni saxlamışlar. Əməliyat heyəti baş verən hadisədə səhvə yol verdiklərini etiraf etmişlər. Ona görə də gələcəkdə belə hadisələrin baş verməsinin qarşısını almaq məqsədi ilə tədbir görülməsini xahiş etmişdir. 01.04.2021-ci il tarixdə “xxxx" MMC-nin Elçin Əliyevin, 1 nömrəli Qazan- turbin sexinin rəisi Məzahir Verdiyevin, həmin sexin rəis müavini Rəşad Hacıyevin , TT, Tİ və ƏMŞ-nin rəisi Aqil Mahmudovun, TT, Tİ və ƏMŞ-nin aparıcı mühəndisi Sahib Qarayevin, 1 nömrəli Qazan-turbin sexinin növbə rəisi İddiaçı, 1 nömrəli Qazan-turbin sexinin böyük maşinisti Divani Mustafayevin və 1 nömrəli Qazan-turbin sexinin blok maşinisti Rənsani Mustafayevin iştirakları ilə tərtib etdikləri və imzaladıqları, habelə baş mühəndis Araz Süleymanlının təsdiq etdiyi akta əsasən müəyyən edilir ki, 6 saylı enerji blokunun 01.04.2021-ci il tarixdə saat 0205radələrində açılmışdır.Qeyd edilən akta əsasən müəyyən edilir ki, ilkin araşdırma zamanı məlum olmuşdur ki, təsdiq olunmuş cədvələ əsasən 01.04.2021-ci il tarixdə saat 00°°-0800 növbədə 1 saylı Qazan-turbin sexinin 6 saylı enerji blokunda yağ sisteminin yağ nasoslarının və tənzimləmə sisteminin nasoslarını ehtiyatdan qoşulmasının yoxlanması nəzərdə tutulmuşdur. 1 saylı Qazan-turbin sexinin növbə rəisi İddiaçı, sexin böyük maşinisti X15 və enerji blokunun maşinisti X12 01.04.2021 -ci il tarixdə saat 0205-radələrində avadanlıqların (EAQ), qoşulmasını yoxlayarkən ehtiyatda olan tənzimləmə sisteminin nasosu (TSN 6A) işə qoşulmuş lakin nasosun yüklənməsinə və avadanlığın normal işləmısinə əmin olmadan enerji blokun maşinisti X12 TSN6B-ni işdən saxlam işdir. X29 Qaydalarının 6.7.2; 6.7.3; 6.7.4. bəndlərinə və Vəzifə təlimatına əsasən növbə rəisi İddiaçı və sexin böyük blok maşinisti X15 aparılan əməliyyata birbaşa rəhbərlik etməli olduqları halda əməliyyat zamanı əməliyyat yerində olmamaqla öz işlərinə etinaz münasibət göstərərək ehtiyatdan işə qoşulmuş TSN 6A-nı təzyiq yaradıbyaratmadığını, özündə olan manometrlə müəyyən etmədən TSN 6B-ni işdən saxlamışlar. Nəticədə tənzimləmə sistemində təzyiq düşməyə başlamış və TSN 6B-nin işə qoşulmasına baxmayaraq sistemdə təzyiq bərpa olunmamışdır və ona görə də 6 saylı enerji bloku şəbəkədən açılmışdır. Eyni zamanda araşdırma zamanı müəyyən edilmişdir ki, TSN 6A- nın əks klapanının vaxtında açılmaması sistemdə yağın təzyiqinin düşməsinə və nəticədə 6 saylı enerji blokunun şəbəkədən açılmasına səbəb olmuşdur. 1 nömrəli Qazan-turbin sexinin növbə rəisi İddiaçı, sexin böyük maşinisti X15 ehtiyatdan işə qoşulan TSN6A-dan təzyiqin yaranmamasını vaxtında aşkar edib və aradan qaldırılması üçün tədbirlər görməli idi.Ancaq vəzifələrinə etinasıqlıq göstərərək həmin işi yerinə yetirməmişdir. Beləliklə, sexin növbə rəisi X20, sexin böyük maşinisti X15 və enerji blokun maşinisti X12 Texniki İstismar Qaydalarım yuxarıda qeyd olunan müvafiq bəndlərinin tələblərini və Vəzifə təlimatı ilə müəyyən edilmiş əmək funksiyalarını 01.04.2021-ci il tarixdə növbədə olarkən vaxtında və keyfiyyətlə yerinə yetirməmələri 6 saylı enerji blokunun şəbəkədən açılmasına və stansiyanın ümumi iş rejimini və enerji sisteminin dayanıqlılığının pozulmasına səbəb olmuşdur. 6 saylı enerji blokunun şəbəkədən açılmasının səbəblərini araşdıran komissiyanın 01.04.2021-ci il tarixli aktına əsasən müəyyən olunur ki, hadisə vaxtı əməliyyat heyəti, növbə rəisi, sexin böyük maşinisti və maşinsti blok idarəetmə şitində olmuşdur. Lakin, bu tip əməliyyatların mürəkkəbliyini və enerji blokunun dayanıqlığına təsir edən sistem olduğuna baxmayaraq, əməliyyatın aparılmasına birbaşa cavabdeh olan növbə rəisi və sexin böyük maşinsti öz əmək funksiyalarına laqeyd yanaşmışlar. Belə ki, sexin növbə rəisi blok idarəetmə şitində olmasına baxmayaraq əməliyyatın aparılmasına zəif nəzarət etmişdir. Sexin böyük maşinsti birbaşa əməliyyat aparılan yerdə iştirak etmək əvəzinə blok idarəetməşitində olmuşdur. Nöövbə rəisi isə sexin böyük maşinstinin aparılan mürəkkəb əməliyyat zamanı əməliyyat aparılan yerdə yox, idarəetmə şitində olmağına irad etməmişdir. Bundan başqa əməliyyat zamanı EAQ-dən işə qoşulan avadanlığın normal işləməsi haqqda dolğun məlumat almadan əmək funksiyalarını kobud şəkildə pozaraq işdə olan avadanlıqları açmışlar. Bununla da 150 MVt yüklə işləyən enerji bloku şəbəkədən açılmışdır. 150MVt yüklə işləyən enerji blokunun işdən açılması stansiyanının dayanıqlığı və respublika enerji sisteminin işinə təsir etmişdir. Belə ki, 150 MVt yüklə işləyən 6 saylı enerji blokunun işdən açılması “xxxx’ASC-nin respublika üzrə tələb olunan dispetçer yük qrafaikində yük itkisinə səbət olmuşdur. Bundan sonra “xxxx’ASC-nin dispetçerinin göstərişi ilə itirilmiş yükün bərp? edilməsi üçün ehtiyatda olan 5-ci enerji blokunda məcburi işə buraxma əməliyyatın? başlanılmış və 01.04.2021-ci il tarixində saat 07.08-də blok şəbəkəyə qoşulmuşdur. 6 saylı enerji blokunun açılmasının baş verməsinin səbəblərinin və günahkarlarımı müəyyən edilməsi məqsədi ilə tərtib olunmuş 01.04.2021-ci il tarixli aktda göstərilir ki, təsdiq olunmuş cədvələ əsasən 01.04.2021-ci il tarixdə 00.00-08.00 olan növbədə 1 saylı qazan turbin sexinin 6 saylı enerji blokunda yağ sisteminin nasoslarının və tənzimləmə sisteminin nasoslarının ehtiyatdan qoşulmasının yoxlanılması nəzərdə tutulmuşdur. 1 saylı qazan turbin sexinin növbə rəisi X4 böyük maşinsti X15 və enerji blokunun maşinsti X2 02.05-də ehtiyatdan avadanlıqların qoşulmasını (EAQ) yoxlayarkən ehtiyatda olan TSN 6 “A” işə qoşulmuş, lakin nasosun yüklənməsinə və avadanlığın normal işləməsinə əmin olmadan enerji blokunun maşinsti X12 TSN 6 “B”-ni işdən saxlamışdır. X17 6.7.2, 6.7.3 və 6.7.4 bəndlərinə və vəzifə təlimatına əsasən növbə rəisi İddiaçı və sexin böyük maşinsiti X15 aparılan əməliyyat birbaşa rəhbərlik etməli olduqları halda məliyyat zamanı əməliyyat yerində olmamaqla öz işlərinə etinasız münasibət göstərərək ehtiyatdan işə qoşulmuş TSN 6 “A”-nın manometrində təzyiq yaradıb yaratmadığını yoxlamadan TSN 6 “B”-ni işdən saxlamışlar. Nəticədə tənzimləmə sistemində təzyiq düşməyə başlamış və TSN 6 “B”-nin işə qoşulmasına baxmayaraq sistemdə təzyiqi bərpa edə bilməmiş və nəticədə 6cı enerji bloku şəbəkədən açılmışdır.Beləliklə, 1 saylı Qazan-turbin sexinin növbə rəisi İddiaçı 01.04.2021-ci il tarixdə aylıq cədvələ əsasən 6 saylı enerji blokunda Yağ sisteminin yağ nasoslarının və Tənzimləmə sisteminin nasoslarının ehtiyatdan qoşulmasını yoxlayarkən səhv əməliyyat aparması sənədlər əsasında sübuta yetirilmişdir. Əməliyyat zamanı növbə rəisi İddiaçı istismar qaydalarını 6.7.2. , 6.7.3., 6.7.4. bəndlərinə vəzifə təlimatına əsasən əməliyyata birbaşa rəhbərlik etməli olduğu halda əməliyyat zamanı əməliyyat yerində olmamaqla öz işinə etinasız münasibət göstərərək ehtiyatdan işə qoşulmuş TSN 6A-nın təzyiq yaradıbyaratmadığını, nasosun özündə olan manometrdə müəyyən etmədən TSN 6B-ni işdən saxlamışdır. Nəticədə tənzimləmə sistemində təzyiq düşməyə başlamış və TSN 6B işə qoşulmasına baxmayaraq sistemdə təzyiq bərpa olunmamışdır və ona görə də 6 saylı enerji bloku şəbəkədən açılmışdır. Həmçinin müəyyən edilmişdir ki, TSN 6A-nın əks klapanının vaxtında açılmaması sistemdə yarım təzyiqin düşməsinə səbəb olmuşdur.Növbə rəisi İddiaçı və əməliyyat heyyəti isə ehtiyatdan işə qoşulan TSN6A- da təzyiqin yaranmamasını vaxtında aşkar edib aradan qaldırılması üçün tədbirlər görməli olduğu halda vəzifələrinə etinasızlıq göstərərək həmin işi yerinə yetirmişdir.Qeyd edilənlər sənədlərlə tam təsdiq olunmuşdur. 02.04.2021-ci il tarixli akta əsasən müəyyən olunur ki, 01.04.2021-ci il tarixdə saat 0205 radələrində 1 saylı Qazan-turbin sexinin növbə rəisi İddiaçı və əməliyyat heyyətinin səhv əməliyyat aparması nəticəsində 150 mVt yüklə işləyən 6 saylı enerji blokunun şəbəkədən açılması nəticəsində stansiyaya 66927,47 manat ziyan dəymişdir. 1 nömrəli Qazan-turbin sexinin növbə rəisi İddiaçı , blokun böyük maşinisti X15 və blok maşinisti X12 izahatlarında təsdiq edərək əməliyyat zamanı buraxdıqları səhvlərə görə daha yüngül cəza verilməsini xahiş etmişlər. “xxxx” MMC-nin direktorunun DƏ55 №-li 01.04.2021-ci il tarixli 6 saylı enerji blokunun şəbəkədən açılması haqqında əmrə əsasən müəyyən olunur ki, 01.04.2021-ci il tarixdə saat 0205-də 6 saylı enerji blokunun açılmasına səbəb 1 nömrəli Qazan turbin sexinin növbə rəisi İddiaçı və əməliyyat heyətinin digər üzvlərinin əməliyyatı səhv aparmaları olmuşdur. Ona görə də onların barəsində intizam qaydasında tədbir görülmüşdür ki, əməliyyat heyətinin üzvü 1 nömrəli Qazan turbin sexinin blok maşinisti X9 “Sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan edilmişdir. Həmin əmrin 6.1. bəndinə əsasən Kadrlar şöbəsinin rəisi F.Ş.Cəbiyevaya isə tapşırılmışdır ki, 1 nömrəli Qazan turbin sexinin növbə rəisi İddiaçı və sexin böyük maşinisti X15 ilə bağlanmış Əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilməsi üçün tədbirlər görsün. Ona görə də 01.04.2021-ci il tarixdə 100/01/07 №-li məktubla “xxxx” MMC-nin HİK-nin sədri S..Ə.Həsənova 1 nömrəli Qazan turbin sexinin növbə rəisi İddiaçı və sexin böyük maşinisti X15 ilə bağlanmış Əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilməsi üçün razılıq verilməsini xahiş etmişdir. “xxxx” MMC-nin HİK-nin sədri S.Ə.Həsənov isə 02.04.2021-ci il tarixli 10 №-li məktubla göndərdiyi “xxxx” MMC-nin HİKnin 14 №-li protokolu ilə 1 nömrəli Qazan turbin sexinin növbə rəisi İddiaçı və sexin böyük maşinisti X15 ilə bağlanmış Əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilməsi üçün razılıq verilmişdir. Ona görə də 1 nömrəli Qazan turbin sexinin növbə rəisi İddiaçı Əmək müqaviləsinə 05.04.2021-ci il tarixdə 165/Ş №-li əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən həmin məcəllənin 71 -ci maddəsinin 2-ci hissəsinin tələblərinə riayət etməklə (işçi özünün əmək funksiyasını və ya Əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir. Beləliklə, 1 nömrəli Qazan turbin sexinin növbə rəisi İddiaçı “xxxx” MMC-nin baş mühəndisi tərəfindən təsdiq olunmuş cədvələ əsasən 01.04.2021-ci il tarixdə 1 nömrəli Qazan turbin sexinin 6 saylı enerji blokunda yağ nasoslarının və tənzimləmə sisteminin nasoslarının ehtiyatdan qoşulmasını yoxlayarkən “Texniki İstismar qaydalarının” tələblərinin Vəzifə təlimatı ilə müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirməmək nəticəsində saat 0205-də 6 saylı enerji bloku şəbəkədən açılması, həmçinin stansiyanın dayanıqlı enerji istehsalının normal ahənginin, həmçinin “xxxx” ASC-nin dispetçer yük qrafikinin pozulması sənədlərlə tamamilə təsdiq olunmuşdur. Odur ki, “xxxx” MMC-nin direktoru T.Ə.Hüseynovun 1 nömrəli Qazan turbin sexinin növbə rəisi İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə xitam verilməsi haqqında 165 “Ş” nömrəli 05.04.2021-ci il tarixli əmri qanuni və əsaslıdır. Ona görə də məhkəmədən 1 nömrəli Qazan turbin sexinin növbə rəisi İddiaçı işə bərpasına dair iddiasının rədd edilməsi və işə götürənin 05.04.2021-ci il tarixli 165 Ş” №-li əmrinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edir. İş üzrə məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, o, “xxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədridir. Məlum hadisənin necə olması araşdırılmış və özü də boynuna almış ki, o işinə səhlənkar yanaşdığı üçün bu hadisə baş vermişdir. Hadisə baş verən vaxt növbədə növbə rəisi o olduğu üçün olmuş hadisənin məsuliyyəti İddiaçı üzərinə düşür. İş üzrə məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o,“xxxx” MMC-də blok maşinisti vəzifəsində işləyir. Hadisə baş verən gün o İddiaçıla kompüter arxasında oturmuşlar, o da demiş ki, əməliyyatı o aparsın. Qırmızı işıq yanmış, o isə soruşmuş ki, ampirajı saxlasın? İddiaçı isə cavab verməmişdir. O öz sualını bir neçə dəfə təkrarlamış, cavab ala bilmədikdən sonra bloku açmışdır. İş üzrə məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, “xxxx” MMC-də sex rəisidir. o, Həsənov Seymuru normal işçi kimi tanımışdır. Lakin onun bu dəfə etdiyi səhv əff olunmazdır. Belə ki, işi öz növbəsində növbə rəisi təşkil etməlidir. Avadanlıqların işləkliyindən əmin olmalı idi. Lakin o, işinə qarşı səhlənkar yanaşmaqla bu hadisəyə səbəbkar olmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, İşə əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1982-ci ildən 05.04.2021-ci ilə tarixinə qədər Azərbaycan DRESS-də işləmişdir. İşə əlavə olunmuş «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 1№-li Qazan Turbin sexi, Əməliyyat heyəti, Sexin növbə rəisi (ödəmə dərəcəsi 11) vəzifəsinə qəbul edilmişdir. Həmin müqavilənin 2.3-cü bəndində göstərilmişdir ki, bu əmək müqaviləsi 29.12.2014-cü il tarixdən 29.03.2015-ci il tarixədək 03 (üç) ay müddətinə bağlanmışdır. İşə əlavə olunmuş 1 nömrəli Qazan-turbin sexinin növbə rəisinin Vəzifə təlimatının ümumi müddəlar bölməsindən görünür ki, 1.1. bəndinə əsasən 1 nömrəli Qazan-turbin sexinin növbə rəisi Vəzifə təlimatını bilməlidir. Həmin bölmənin 1.7. bəndinə əsasən 1 nömrəli Qazan-turbin sexinin növbə rəisi növbə ərzində növbətçi heyətlə birbaşa əməliyat rəhbərliyini həyata keçirən şəxs olub enerji blokları və avadanlıqların, həmçinin sexə təhkim olunmuş bina və qurğuların etibarlı, qəzasız və əlverişli işini təmin edir. Həmin təlimatı 1 nömrəli Qazan-turbin sexinin növbə rəisi öz fəaliyyətində vəzifə- istehsalat təlimatlarının , sex haqqında Əsasnamənin, “Elektrik stansiyalarının və şəbəkələrin istismar qaydaları”nı, “Elektrik- istilik-mexanki avadanlıqların istismarı zamanı texniki təhlükısizlik qaydalarının, “Təzyiq altında işləyən qabların quruluşu və təhlükəsiz istismarı qaydalarf’nın və s. rəhbər tutur. Vəzifə təlimatının vəzifə və funksiyalarım müəyyən edən 2-ci bölməsinin 2.1. maddəsinə əsasən 1 nömrəli Qazan-turbin sexinin növbə rəisinin əsas vəzifələri - 2.1.1. maddəsinə əsasən istehlakçıların enerji ilə təchiz olunması üçün avadanlıqların etibarlı, qəzasız və qənaətli işinin təmin olunması. Operativ dispetçer intizaamına əməl etməklə buraxılan enerjinin normal keyfiyyətini enerji istehsalının maksimal qiymətinin etibarlılığının təmin edilməsi. 2.2. 1 saylı qazan-turbin sexinin növbə rəisi yuxarıdakı vəzifələrin icrası ilə əlaqədar bu funksiyaları yerinə yetirir. 2.2.1.TİQ,TTQ, YTQ qüvvədə olan təlimat və qüvvədə olan normativ sənədlərə əsasən rəhbərlik etdiyi sahədə işin vaxtında yüksək keyfiyyətlə yerinə yetirilməsini təşkil edir.2.2.2. Rəhbərlik etdiyi növbədə heyətin TİQ, TTQ, YTQ , istehsalat sanitariyası tələblərini yerinə yetirilməsinə , istehsalatla əmək intizamı, daxili əmək rejiminə riayət edilməsnə, iş yerinin təmiz saxlnılmasına, təmirin keyfiyyətlə aparılmasına nəzarət edir. 2.2. 5. Əməyin mühafizəsi .Təhlükəsizlik texnikası , istehsalat sanitariyası, texniki istismar qaydalarım yerinə yetirilməsini həyata keçirir, onlara riayət olunmasına nəzarət edir. 2.2.9. Avadanlığın və heyətin işində meydana çıxan çatışmamazlıqların təcili olaraq aradan qaldırılması. Vəzifə təlimatının 3-cü Hüquqları bölməsinin maddəsində göstərilir ki, tabeliyində olan işçilərə göstərişlər vermək və göstərişləri yerinə yetirilməsini tələb etmək , göstərişləri yerinə yetirməyən işçinin Əməliyyat jurnalında qeydiyyat aparmaqla stansiyanın növbə rəisinə məlumat verib işdən kənarlaşdırmaq. Avadanlıqların işində hər hansı bir nasazlıq aşkar etdikdə onun işdən saxlanmasını tələb etmək, işçilərə və avadanlıqlara təhlükə törədən göstərişləri yerinə yetirməsindən imtina etmək, TİQ, TTQ, YTQ və Vəzifə təlimatlarının tələblərini pozan şəxsləri işdən kənarlaşdırmaq, həmçinin görülən işlər üçün uyğun icazənin olmadığı halda işləri dayandırmaq və briqadanı iş yerin dən kənarlaşdırmaq. Qəzanı aradan qaldırmaq üçün avadanlıqda aşkarlanmış nasazlığı düzəltmək məqsədi ilə stansiyanın növbə rəisi vasitəsi ilə təmir heyətini çağırmaq. Vəzifə təlimatının 5-ci Məsuliyyət bölməsinin maddəsinə əsasən bu vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifə və funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə; Tabeliyində olan işçilərin və ya özünün xidmət göstərdiyi avadanlıqlarda qəza və imtinaların baş verməsinə;Tabeliyində olan işçilərin və ya özünün TİQ, TTQ, YTQ və Vəzifə təlimatı qüvvədə olan normativ -texniki sənədlərin tələblərinin, daxili nizam-intizam qaydalarının və əmək intizamının yerinə yeirilməməsinə; Avadanlıqlarda qrafikə uyğun ehtiyatdan avtomatik qoşulma, blokirovka , siqnal və mühafizələrin vaxtında yoxlanılmasına; Bu vəzifə təlimatı ilə ona verilmiş hüquqlardan tam həcmdə istifadə etməməsinə görə məsuliyyət daşıdığı müəyyən edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, saylı Qazan-turbin sexinin növbə rəisi İddiaçı Vəzifə təlimatı ilə tanış olması barədə tanışlıq vərəqəsində 13-cü sətirdə 15.05.2019-cu il tarixdə imza etmişdir. İşə əlavə olunmuş “xxxx” ASC “xxxx” MMC –nin 23.12.2020-ci il tarixli əmrindən görünür ki, “xxxx” sisteminin elektrik stansiyalarının və şəbəkələrinin işində baş vermiş texnoloji pozuntuların araşdırılması və uçotu haqqında təlimatın və texniki istismar qaydalarının tələblərinə əsasən enerji bloklarındabaş vermiş qəza və imtinaların səbələrini araşdırmaq üçün komissiya yaradılması əmr edilmişdir. İşə əlavə olunmuş 01.04.2021-ci il tarixli 6-cı blokun açılma səbəbinin araşdırılması Aktından görünür ki, Komissiyanın apardığı araşdırma zamanı müəyyən edilmişdir ki, təsdiq olunmuş cədvələ əsasən 01.04.2021-ci il tarixdə 00:00-08:00 olan növbədə 1 saylı qazan-turbin sexinin 6 saylı enerji blokunda yağ sisteminin yağ nasoslarınnı və tənzimləmə sisteminin nasoslarının ehtiyatdan qoşulmasının yoxlanılması nəzərdə tutulmuşdur. 1 saylı qazan-turbin sexinin növbə rəisi İddiaçı, sexin böyük maşinisti X15 və enerji blokun maşinisti X2 02:05-də ehtiyatdan avadanlıqların qoşulmasını (EAQ) yoxlayarkən ehtiyatda olan TSN 6 A işə qoşulmuş lakin nasosun yüklənməsinə və avadanlığın normal işləməsinə əmin olmadan enerji blokun maşinisti X12 TSN 6 B-ni işdən saxlamışdır. X17 6.7.2, 6.7.3 və 6.7.4-cü bəndlərinə və vəzifə təlimatına əsasən növbə rəsi İddiaçı və sexin böyük maşinisti X15 aparılan əməliyyata birbaşa rəhbərlik etməli olduqları halda əməliyyat zamanı əməliyyat yerində olmamaqla öz işlərinə etinasız münasibət göstərərək ehtiyatdan işə qoşulmuş TSN 6 A-nın manometrində təzyiq yaradıb-yaratmadığını yoxlamadan TSN 6 B-ni işdən saxlamışlar. Nəticədə tənzimləmə sistemində təzyiq düşməyə başlamış və TSN 6 B işə qoşulmasına baxmayaraq sistemdə təzyiqi bərpa edə bilməmiş və nəticədə 6-cı enerji bloku şəbəkədən açılmışdır. İşə əlavə olunmuş “xxxx” ASC “xxxx” MMC –nin 01 aprel 2021-ci il tarixli “6 saylı enerji blokunun şəbəkədən açılması haqqında” əmrindən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yetirmədiyinə görə 1 nömrəli Qazanturbin sexinin blok maşinisti X9 “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan edilməsini, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yetirmədiyinə görə 1 nömrəli Qazan-turbin sexinin rəisi X5 “töhmət” elan edilməsini, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yeirmədiyinə görə 1 nömrəli Qazan-turbin sexinin rəis müavini X31 “töhmət” elan edilməsini, QTS-1-nin rəisi: (M.N.Verdiyev) baş vermiş hadisə ilə əlaqədar olaraq əməliyyat heyəti ilə növbədən kənar təlimat keçirilməsini əmr etmişdir. İşə əlavə olunmuş 01 aprel 2021-ci il tarixli “xxxx” MMC-nin aktından görünür ki, sexin növbə rəisi İddiaçı, sexin böyük maşinisti X15 və enerji blokun maşinisti X12 Texniki İstismar Qaydalarının yuxarıda qeyd olunan müvafiq bəndlərinin tələblərini və vəzifə təlimatı ilə müəyyən edilmiş əmək funksiyalarını 01.04.2021-ci il tarixdə növbədə olarkən vaxtında və keyfiyyətlə yerinə yetirməmələri 6-cı enerji blokunun şəbəkədən açılmasına və stansiyanın ümumi iş rejiminin və enerji sistemin dayanıqlığının pozulmasına səbəb olmuşdur. İşə əlavə olunmuş “xxxx” MMC-nin direktoru Təhmasib Hüseynovdan “xxxx” MMC HİK-nin sədri X22 göndərilmiş 01.04.2021-ci il tarixli 100/01-07-92 nömrəli məktubdan və həmin məktuba 02 aprel 2021-ci il tarixli 10 nömrəli cavab məktubundan görünür ki, 1 nömrəli Qazan- Turbin sexinin, Əməliyyat heyətinin, sexin növbə rəisi İddiaçı və sexin böyük maşinisti X10 əmək müqaviləsi ilə müəyyən edimiş əmək funksiyalarını kobud şəkildə pozduqlarına görə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) Əmək müqavilələrinə xitam verilməsinə razılıq verməsini xahiş etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinin müddəalarına uyğun olaraq razılığını bildirmişdir. İşə əlavə olunmuş “xxxx” MMC Həmkarlar İttifaqı Komitəsi iclasının 14 nömrəli aprel 2021-ci il tarixli protokolundan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinin müddəalarını və o cümlədən də X7 Azərbaycan Respublikası Qanunun müddəalarını rəhbər tutaraq “xxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən “xxxx” MMC-nin 1 saylı Qazan-Turbin sexinin Əməliyyat heyətinin işçiləri, sexin növbə rəisi İddiaçı və sexin böyük X11 əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını kobud surətdə pozduqlarına görə “xxxx” MMC-nin rəhbərliyi arasında bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) əsasən xitam verilməsinə razılıq verilmişdir. İşə əlavə olunmuş 02 aprel 2021-ci il tarixli AKT-dan görünür ki, “xxxx” MMC-nin 6 nömrəli enerji bloku 01.04.2021-ci il tarixdə saat 02:05-də əməliyyat heyətinin səhv əməliyyat aparması nəticəsində 155 mVt yüklə işləyərkən məcburən şəbəkədən açılması və həmin yükün bərpa edilməsi üçün 5 nömrəli enerji blokunun işə qoşulması və 155 mVt yükə qədər yüklənməsi zamanı müəssisəyə dəyən ziyanın məbləği mövcud qiymətlərlə hesablanmış və müəyyən edilmişdir ki, məcburi açılmadan sonra texnoloji proseslərlə uyğun olaraq blokun qazan və turbin tüstüsoran, 2 ədəd dövran nasosu və s. işləmişdir. Blokun soyudulması üçün avadanlıqların işlədilməsinə 54,96 min.kVt saat elektrik enerjisi sərf olunmuşdur. Bunun da nəticəsində “xxxx” MMC-yə cəmi 66927,47 manat məbləğində ziyan dəymişdir. İşə əlavə olunmuş 05 aprel 2021-ci il tarixli, 165/Ş saylı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 71-ci maddənin tələblərinə riayət etməklə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir. Beləliklə məhkəmə baxışında müəyyən olundu ki, İddiaçı 06.06.1984-cü ildən Azərbaycan DRESS-də işləyir. 01.04.2021-ci il tarixdə saat 02:05- radələrində 6 saylı enerji blokunda TSNnin EAQ-dan yoxlayan zaman enerji bloku şəbəkədən açılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, 6 saylı enerji blokunda TSN-nin EAQ-dan yoxlayarkən ehtiyatda olan TSN-6A işə qoşulmuşdur. Lakin nasos yükünü götürməmiş, blok maşinisti Mustafayev Rənsani işdə olan TSN 6B -ni saxlamışdır. Buna görə də, TSN çıxışında təzyiq düşmüşdür. TSN 6B - EAQ işə qoşulmuşdur. Lakin təzyiq bərpa edilmədiyindən enerji bloku açılmışdır. Daxili araşdırma zamanı məlum olmuşdur ki, əməliyyat heyəti tələsərək ehtiyatdan qoşulmuş nasosun cərəyanı və təzyiqi qalxmamış, işdə olan TSN 6B-ni saxlamışlar. 01.04.2021-ci il tarixdə “xxxx" MMC-nin əməkdaşlarının iştirakları ilə tərtib etdikləri və imzaladıqları və təsdiq etdikləri akta əsasən müəyyən edilir ki, 6 saylı enerji blokunun 01.04.2021-ci il tarixdə saat 0205-radələrində açılmışdır.Qeyd edilən akta əsasən müəyyən edilir ki, ilkin araşdırma zamanı məlum olmuşdur ki, təsdiq olunmuş cədvələ əsasən 01.04.2021-ci il tarixdə saat 00°°-0800 növbədə 1 saylı Qazan-turbin sexinin 6 saylı enerji blokunda yağ sisteminin yağ nasoslarının və tənzimləmə sisteminin nasoslarını ehtiyatdan qoşulmasının yoxlanması nəzərdə tutulmuşdur. 1 saylı Qazanturbin sexinin növbə rəisi İddiaçı, sexin böyük maşinisti X15 və enerji blokunun maşinisti X12 01.04.2021 -ci il tarixdə saat 0205-radələrində avadanlıqların (EAQ), qoşulmasını yoxlayarkən ehtiyatda olan tənzimləmə sisteminin nasosu (TSN 6A) işə qoşulmuş lakin nasosun yüklənməsinə və avadanlığın normal işləmısinə əmin olmadan enerji blokun maşinisti X12 TSN6B-ni işdən saxlamışdır. X29 Qaydalarının 6.7.2; 6.7.3; 6.7.4. bəndlərinə və Vəzifə təlimatına əsasən növbə rəisi İddiaçı aparılan əməliyyata birbaşa rəhbərlik etməli olduğu halda əməliyyat zamanı əməliyyat yerində olmamaqla öz işinə etinasız münasibət göstərərək ehtiyatdan işə qoşulmuş TSN 6A-nı təzyiq yaradıb-yaratmadığını, özündə olan manometrlə müəyyən etmədən TSN 6B-ni işdən saxlamışlar. Nəticədə tənzimləmə sistemində təzyiq düşməyə başlamış və TSN 6B-nin işə qoşulmasına baxmayaraq sistemdə təzyiq bərpa olunmamışdır və ona görə də 6 saylı enerji bloku şəbəkədən açılmışdır. Eyni zamanda araşdırma zamanı müəyyən edilmişdir ki, TSN 6A- nın əks klapanının vaxtında açılmaması sistemdə yağın təzyiqinin düşməsinə və nəticədə 6 saylı enerji blokunun şəbəkədən açılmasına səbəb olmuşdur. 1 nömrəli Qazan-turbin sexinin növbə rəisi İddiaçı ehtiyatdan işə qoşulan TSN6A-dan təzyiqin yaranmamasını vaxtında aşkar edib və aradan qaldırılması üçün tədbirlər görməli olduğu halda vəzifəsinə etinasıqlıq göstərərək həmin işi yerinə yetirməmişdir. Bunun nəticəsində 6 saylı enerji blokunun şəbəkədən açılmasına və stansiyanın ümumi iş rejimini və enerji sisteminin dayanıqlılığının pozulmasına səbəb olmuşdur. Bununla da 150 MVt yüklə işləyən enerji bloku şəbəkədən açılmışdır. 150MVt yüklə işləyən enerji blokunun işdən açılması stansiyanının dayanıqlığı və respublika enerji sisteminin işinə təsir etmişdir. Belə ki, 150 MVt yüklə işləyən 6 saylı enerji blokunun işdən açılması “xxxx” ASC-nin respublika üzrə tələb olunan dispetçer yük qrafaikində yük itkisinə səbət olmuşdur. Bundan sonra “xxxx’ASC-nin dispetçerinin göstərişi ilə itirilmiş yükün bərpa edilməsi üçün ehtiyatda olan 5-ci enerji blokunda məcburi işə buraxma əməliyyatına başlanılmış və 01.04.2021-ci il tarixində saat 07.08-də blok şəbəkəyə qoşulmuşdur. Nəticədə tənzimləmə sistemində təzyiq düşməyə başlamış və TSN 6 “B”-nin işə qoşulmasına baxmayaraq sistemdə təzyiqi bərpa edə bilməmiş və nəticədə 6-cı enerji bloku şəbəkədən açılmışdır. Bunun nəticəsində “xxxx” MMC-yə cəmi 66927,47 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri və iş üzrə məhkəməyə çağırılmış şəxsləri dinləyib hesab edir ki, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış əmək müqaviləsinə işə götürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, həmin məcəllənin 71 -ci maddəsinin 2-ci hissəsinin tələblərinə riayət etməklə əsaslı xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri tərəflərin qarşılıqlı münasibətləri müddətli əmək müqaviləsi üzrə yaranan əmək mübahisəsidir və həmin mübahisə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddətli əmək müqaviləsinin müddəalarına əsasən həll edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə görə əmək müqaviləsi işəgötürənlə işçinin hüquq və vəzifələrini müəyyən edən əsas sənəddir. Əmək Məcəlləsinin 42-ci maddəsində göstərilmişdir ki, əmək müqaviləsi sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. İş materiallarından görünür ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar arasında göstərilmişdir. Məhkəmə sadalanan hüquq normalarına hüquqi qiymət verərək verərək belə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən, həmin məcəllənin 71-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət etmiş və iddiaçı ilə əmək müqaviləsinə xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən: 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Bundan əlavə məhkəmə iş materiallarında olan sənədlər və tərəflərin təqdim etdiyi sübutları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçı öz tələbini əsaslandıran heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə cavabdeh sübutlar təqdim edərək iddianın tam əsassız olmasını və rədd olunması üçün əsasların olmasını sübut etmişdir. Odur ki, iddiaçının tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub
qət e t d i:
İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı «Əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı»-na dair iddia tələbi rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
HAKİM: Ələkbər Hüseynov.