Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1060/2021 09.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh): İddiaçı və onun vəkili- Fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə İddiaçı) Cavabdeh qarşı «mənzilə köçürmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun və 15.09.2006-cı il təvəllüdlü X12 oğlu, 02.11.2011-ci il təvəllüdlü X7 adlı övladlarının ünvan 1 ünvanına köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı ona qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbini qəbul etmir. Sözügedən iddia tələbinin rədd olunmasını və onun qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş edir. Qarşılıqlı iddia ərizəsində ilkin iddianın rədd olunmasını xahiş edir. Belə ki, ünvan 2 ünvanı onun mülkiyyətindədir və sözügedən ünvanda yaşayır. Həmin mənzil onun mülkiyyətindədir və Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların X15 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Sözügedən mənzil ona vərəsəlik qaydasında keçmişdir. Cavabdehin ona məxsus evdən heç bir hüququ yoxdur. Cavabdeh uzun müddətdir ona məxsus mənzildə yaşamır. Cavabdehin onun mənzilində qeydiyyatda olması onun istifadə hüququnun olması kimi iymətləndirilə bilməz. Cavabdeh ona məxsus mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, onun ona məxsus mənzildə hər hansı istifadə hüququ olması barədə rəsmi sənəd mövcud deyil. İstifadə hüquqları ona məxsus mənzilə köçmək istəməsi qanunun tələblərinə uyğun deyil. Cavabdehin uzun müddətdir ona məxsus mənzildə yaşamaması və başqa yaşayış yerinin olması onun ona məxsus evdən istifadə hüquqlarına xitam verilməsinə əsas olmalıdır. Sözügedən tələbini əsaslandıran halları məhkəmə iclasında göstərəcək və bununla əlaqədar öz sübutlarını təqdim edəcəkdir. Cavabdehin ona məxsus evdə qeydiyyatda olması istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz. Məhkəmə işləri araşdırarkən işin faktiki hallarını tam araşdırmalı və hər bir işə fərdi yanaşmalıdır. Məhkəmə qərar qəbul edərkən şablonluqdan uzaq durmalı və işlərə fərdi qaydada yanaşmalıdır. Ona görə də məhkəmədən ilkin iddianın rədd olunması və qarşılıqlı iddiasının təmin olunmaqla İddiaçı ünvan 2 ünvanında istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Cavabdeh ilə 16 sentyabr 2005-ci ildə nikahları rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 15.09.2006-cı il təvəllüdlü X4 və 02.11.2011-ci il təvəllüdlü X7 adlı iki övladları olmuşdur. Əvvəllər münasibətləri normal olsa da, sonradan aralarında olan münasibətlər pozulmuşdur. Mingəçevir şəhər Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlə aralarında olan cavabdehlə aralarında olan nikah pozulmuş və iki övladı onun himayəsinə verilmişdir. Qeyd edir ki, o, Cavabdeh ilə ailə qurarkən ünvan 4 ünvanına köçərək orada yaşamışdır. Nikahları pozulduqdan sonra da, həmin evdə iki övladıyla birlikdə yaşamaqda davam etmişdir. Mənzil Azərbaycan Respublikası ƏMDK-ın yanında DƏDRX-də Cavabdeh adına qeydə alınmışdır. Lakin keçmiş əri Cavabdeh ona və övladlarına həmin mənzildə yaşamağa mane olur. Tez-tez evdə söz-söhbət yardaraq onu və uşaqlarını evdən çıxarır Sonuncu dəfə də, onları evdən qovaraq mənzilin kilidini də, dəyişmişdir. Yetkinlik yaşına çatmayan iki övladının və onun qeyd edilən mənzildən başqa yaşamağa heç bir yerləri yoxdur. Hazırda uşaqlarıyla birlikdə anasının yanında yaşayır. Mülkiyyətiçinin keçmiş arvadı kimi onun və övladlarının həmin mənzildə yaşamaq hüququ var. Lakin cavabdeh ona və övladlarına mübahisəli mənzildə yaşamağa imkan vermir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də məhkəmədən onun və 15.09.2006-cı il təvəllüdlü X12 oğlu, 02.11.2011-ci il təvəllüdlü X7 adlı övladlarının ünvan 1 ünvanına köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) vəkili X3 İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı izahatına uyğun izahat verərək ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə İddiaçı) İsmayılov Allahverdi Mirsahib oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə məlumat verməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 15.09.2006-ci il təvəllüdlü X4 və 02.11.2011-ci il təvəllüdlü X7 adlı uşaqların atası Cavabdeh, anası isə X8r. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-122/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında 16 sentyabr 2005-ci il tarixdə Mingəçevir VVADQ Şöbəsində bağlanmış və 384 nömrə ilə dövlət qeydiyyatına alınmış nikah qeydi pozulmuş və boşanmadan sonra tərəflərin birgə nikahından 15 sentyabr 2006-cı il tarixdə doğulmuş X4 və 02 noyabr 2011-ci il tarixdə doğulmuş X7 adlı uşaqların iddiaçı X5 yanında qalması müəyyən edilmiş və 26 avqust 2020-ci il tarixdən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 50 manat, cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X9 verilmişdir. İşə əlavə olunmuş AZ-İ № 383801 Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X10 arasında olan nikaha 09.03.2021-ci il tarixdə xitam verilmişdir. İşə əlavə olunmuş 11.11.1984-cü il tarixli qərardan görünür ki, M.Məmmədov küçəsindəki 30/t saylı ünvanı X6 əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirilməsinə icazə verilməsi qərara alınmışdır. İşə əlavə olunmuş DƏDRX-ın çıxarışından görünür ki, ünvan 5 ünvanında yerləşən 45.2 kv.metr ümumi sahəli mənzil Cavabdeh xüsusi tam mülkiyyətindədir. İşə əlavə olunmuş 02 oktyabr 2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 18.01.2015-ci il tarixli ölmüş X2 vərəsəsi Cavabdeh Mirsahab oğludur və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 49.02 kv/m olan daşınmaz əmlakdan ibarətdir. Məhkəmə iş materiallarını əhatəli şəkildə təhlil edərək belə hesab edir ki, ilkin iddia əsaslı qarşılıqlı iddia isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) mübahisəli mənzildən istifadə üzrə hüquq münasibəti uzun müddətdir yaranmışdır. Hazırda tərəflər arasında göstərilən mənzillə bağlı mübahisə və ixtilaf vardır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ verilməsi ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə” dair 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə ilkin iddia üzrə iddiaçı və onun vəkilinin izahatlarını dinləyib, işə əlavə olunmuş sənədləri və qanunvericiliyin müvafiq normalarını əhatəli şəkildə təhlil edib belə hesab edir ki, ilkin iddia üzrə iddiaçı iddia tələbində haqlıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında 16 sentyabr 2005-ci ildə nikahları bağlanmış və onlar həmin tarixdən mübahisəli mənzildə yaşamağa başlamışlar. Buradadan görünür ki, mübahisə üzrə münasibət həmin tarixdən yaranmışdır. Ona görə də hazırki mübahisə Mülki Məcəllənin 228.5-ci maddəsi ilə həll olunmalıdır. Həmin maddənin mənasından da görünür ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (arvadı, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, İlkin iddia tələbi əsaslı olduğundan təmin edilməli və İddiaçı və 15.09.2006-cı il təvəllüdlü X12 oğlu, 02.11.2011-ci il təvəllüdlü X7 adlı övladları ünvan 1 ünvanına köçürülməlidir. Qarşlıqlı iddia tələbi MM-in 228.5-ci maddəsinə əsasən əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in ) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ət etdi: İddiaçı və 15.09.2006-cı il təvəllüdlü X12 oğlu, 02.11.2011-ci il təvəllüdlü X7 adlı övladları ünvan 1 ünvanına köçürülsün. Qarşlıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1060/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1060/2021
09.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver