Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1070/2021 09.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili- Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X6 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Onun- İddiaçı Əlişah qızının, oğlu X5 ilə birlikdə Mingəçevir şəhəri M.P.Vaqif küçəsi 10 saylı evin 43 saylı mənzilinə istifadə hüquqlarının tanınmasının müəyyən edilməsi və mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 04.10.2012-ci ildə ailə qurmuşlar. Onların birgə nikahlarından Rafiq adlı bir nəfər övladları vardır. Birgə nikah dövründə onlar müxtəlif əmlaklar almışlar. O, 2011-ci ildən işləyir. Onlar bir müddət yaşayandan sonra münasibətləri gərgin olub. Bu şəxs onu hər dəfə istədiyi vaxt təhqir edib, evdən onu qovdu. Həmin gün hətta qapının açarını dəyişdirdi ki, o evə daxil ola bilməsin. Bildirir ki, Mingəçevir şəhəri M.P.Vaqif küçəsi 10 saylı evin 43 saylı mənzil Mingəçevir DTİ və MHQİ tərəfindən 05.05.1995-ci il tarixli, 7069 qeydiyyat nömrəsinə əsasən X2 adına 11.02.2008-ci il tarixli, ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan həmin mənzil Mingəçevir şəhər 2 saylı dövlət notariat kontorunun 07.10.2010-cu il tarixli, 2V- 185 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 və İddiaçı Əlişah qızının adına özgəninkiləşdirilmişdir. Hal-hazırda Mingəçevir şəhəri M.P.Vaqif küçəsi 10 nömrəli binanın 43 saylı mənzilin İ/2 hissəsi üzərində Cavabdeh və onun paylı mülkiyyət hüququ 21.10.2010-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O həmin evə gəlin köçmüş, orada yaşamışdır. Toydan əvvəl onun valideynləri tərəfindən ona hədiyyə olunmuş cehiz əşyaları bu mənzilə yerləşdirilmişdir. O bir ailə üzvü kimi həmin mənzildə yaşamış və uşağı da həmin evdə yaşayarkən dünyaya gəlmişdir. Qeyd etdiyi kimi cavabdehlərin mənzilinə köçdüyündən onlarla bir ailə üzvü kimi birgə yaşayıb, ümumi təsərrüfatı birgə idarə etmişlər, uşağı da həmin mənzildə yaşayarkən dünyaya gəlmişdir. O uşağıyla birlikdə həmin mənzilə istifadə hüququnun yaranmasını və uşağıyla birlikdə köçürülməyini istəyir. Ona görə də məhkəmədən Onun- İddiaçı Əlişah qızının, oğlu X5 ilə birlikdə Mingəçevir şəhəri M.P.Vaqif küçəsi 10 saylı evin 43 saylı mənzilinə istifadə hüquqlarının tanınmasının müəyyən edilməsi və mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X11 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Mingəçevir şəhər M.P.Vaqif küçəsi 10 nömrəli binanın 43 saylı mənzil Mingəçevir şəhər DTİ və MHQİ tərəfindən X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan həmin mənzil Mingəçevir şəhər 2 saylı dövlət notariat kontorunun li Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 və İddiaçı Əlişah qızının adına özgəninkiləşdirilmişdir. Hal-hazırda Mingəçevir şəhər M.P.Vaqif küçəsi 10 nömrəli binanın 43 saylı mənzilin ½ hissəsi üzərində X3 və İddiaçı Əlişah qızının paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddianı qəbul etmir. Bildirir ki, iddiaçının maddi vəziyyəti yaxşıdır və daimi yaşayış yeri vardır. İddia ərizəsində göstərdiyi cehiz əşyaları isə iddiaçı tərəfindən mübahisəli evdən çıxarılmış və daimi yaşadığı evə aparılmışdır. Məhkəmədən izahatında göstərdiyi halları nəzərə alıb iddia tələbinin rədd edilməsini xahiş edir. İşə əlavə olunmuş DƏDRX-ın MA seriyalı, ******* №-li çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi ½ hissədə olmaqla Cavabdeh və İddiaçı Əlişah qızının birgə mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 165 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsinin 07 may 2021-ci il tarixli **********19 №-li cavab məktubundan görünür ki, Mingəçevir şəhər M.P.Vaqif küçəsi 10 nömrəli binanın 43 saylı mənzil Mingəçevir şəhər DTİ və MHQİ tərəfindən 05.05.1995-ci il tarixli, 7069 qeydiyyat nömrəsinə əsasən X2 adına 11.02.2008-ci il tarixli, ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan həmin mənzil Mingəçevir şəhər 2 saylı dövlət notariat kontorunun 07.10.2010-cu il tarixli, 2V-185 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 və İddiaçı Əlişah qızının adına özgəninkiləşdirilmişdir. Hal-hazırda Mingəçevir şəhər M.P.Vaqif küçəsi 10 nömrəli binanın 43 saylı mənzilin ½ hissəsi üzərində X3 və İddiaçı Əlişah qızının paylı mülkiyyət hüququ 21.10.2010-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş 07 oktyabr 2010-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 vərəsələri arvadı İddiaçı Əlişah qızı və oğlu Cavabdehdur. İşə əlavə olunmuş DƏDRX-ın MH seriyalı ******* №-li çıxarışından görünür ki, Mingəçevir şəhəri, X13 küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində, 50.3 kv.m ümumi, 29.78 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 43 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Süleymanov Rafiq oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 165 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş AZ-İİİ seriyalı 351943 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 29 may 2014-cü il təvəllüdlü X4 atası Cavabdeh anası isə İddiaçıdır. İşə əlavə olunmuş AZ-İ seriyalı 362241 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha 21.10.2020-ci il tarixdə xitam verilmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə üzrə hüquq münasibəti uzun müddətdir yaranmışdır. Hazırda tərəflər arasında göstərilən mənzillə bağlı mübahisə və ixtilaf vardır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəməyə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə işin faktiki hallarını araşdırıb qeyd edir ki, tərəflər arasında nikah 04.10.2012-ci il bağlanmış və iddiaçı həmin tarixdən mübahisəli mənzildə yaşamağa başlamışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddələrinin şərh edilməsinə” dair 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə işə əlavə olunmuş sənədləri, tərəflərin izahatlarını və qanunvericiliyin müvafiq normalarını əhatəli şəkildə təhlil edib hesab edir ki, iddiaçının Mingəçevir şəhəri M.P.Vaqif küçəsi ev 10 mənzil 43 ünavınnda yerləşən mənzilindən istifadə hüququ yoxdur. Belə ki, iddiaçı cavabdehlə 04.10.2012-ci ildə nikah bağlamış və 21.10.2020-ci ildə həmin nikaha xitam vermişdir. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarından da görünür ki, 1 oktyabr 2009-cu il tarixdən sonra yaranmış mübahisələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə həll olunmalıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsini mənasında da görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ət etdi: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1070/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1070/2021
09.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver