Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1071/2021 16.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi Mingəçevir şəhər Ruhi-Əsəb Xəstəliklər X1 X8 və psixiatrik müalicəsinin həlli barədə ərizəsini (təqdimatını) məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : Ərizəçi Mingəçevir şəhər Ruhi-Əsəb Xəstəliklər X2 X7 xitam verilməsi, adi psixiatrik və ambulator müalicəsinin davam etdirilməsi, həmçinin psixiatriya stasionarına göndəırilməsi ilə bağlı məsələlərin həlli barədə ərizə (təqdimat) ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizə məhkəməyə qeyri-prosessual formada verilmiş, ərizənin giriş hissəsi dəqiq müəyyən olunmamış, ərizəçinin ərizə və ya təqdimat ilə məhkəməyə müraciət etməsi düzgün ifadə olunmamışdır. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizə qeyri-müəyyən şəkildə məhkəməyə verilmişdir ki, bununla ərizəçi, ərizənin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, ərizədən görünür ki, Mingəçevir şəhər Ruhi-Əsəb Xəstəliklər X2 X8 və psixiatrik müalicəsinin həllinə dair ərizəyə baxılmasını xahiş etmişdir. Ərizə məhkəməyə təqdim edilərkən Mingəçevir Psixo-Nevroloji Dispanserinin baş həkimi, HPK sədri Şəmsinur Hüseynova tərəfindən imzalansa da, öz səlahiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilməmişdir. Bundan başqa tələb qeyri-müəyyən şəkildə tərtib edilmişdir. Ərizənin giriş hissəsi dəqiq müəyyən olunmamış, ərizəçinin ərizə və ya təqdimat ilə məhkəməyə müraciət etməsi düzgün ifadə olunmamışdır. Ərizə məhkəməyə qeyriprosessual formada verilmişdir. Ərizədə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməmişdir. Bununla yanaşı, ərizə məhkəməyə təqdim olunarkən vahid nüsxə şəklində verilmişdir. Prosessual qanunvericilikdə məhkəməyə verilən ərizələrə dair tələblərə əməl edilməsinin ərizəçinin vəzifəsi olduğu nəzərə alınarsa, məhkəmə hesab edir ki, qeyd olunan nöqsana görə ərizə geri qaytarılmalı və ərizəçiyə həmin qüsurları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 150.0.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən cavabdehlərin və üçüncü şəxslərin sayına uyğun olaraq surətləri də məhkəməyə təqdim olunmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mükündür. Azərbaycan Respublikası MPM-in 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-in 335.2-ci maddəsinə əsasən ərizədə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Ərizəçi Mingəçevir şəhər Ruhi-Əsəb Xəstəliklər X1 X8 və psixiatrik müalicəsinin həllinə dair ərizəsi (təqdimatı) və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1071/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1071/2021
16.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver