Məhkəmə qərarları › İş №2(051)-1073/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1073/2020

12.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1073/2020 12.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və İddiaçı iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı “Mənzilin açıq hərracda satılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən 14 saylı evin 11 saylı mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən 14 saylı evin 11 saylı 4 otaqlı mənzili onların arasında hər birinin payı ½ hissə olmaqla bölünmüşdür. xx xxxxx 2015-ci ildə ½ hissəyə onun mülkiyyət hüququ qeydə alınmışdır. Aralarındakı nikah pozulduğundan birgə yaşamaqları mümkün olmamışdır. Cavabdeh həmin mənzildə o, isə anasının evində yaşayır. Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə payların naturada bölünməsi tələbi mümkün olmadığından təmin olunmamışdır. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(051)- 1831/2019 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı payın dəyərinin ödənilməsi tələbi cavabdehin etirazına əsasən təmin olunmamışdır. Cavabdehlə onun arasındakı nikah xx xxxxx 2013-cü ildən pozulmuşdur. Bu müddət ərzində o, övladları ilə birgə yaşamış cavabdeh isə birgə əldə edilmiş mənzildə yaşayır. Mübahisənin könüllü həll edilməsini və ona düşən payı istəməmişdir. Bu səbəbdən hazır ki, müddətə qədər mənzilin hərracdan satılması tələbini qaldırmamışdır. Birgə evlilikdən olan xx xxxx 2005-ci il təvəllüdlü Müğdət və Şəbnəmin 15 yaşı var onların mənzil şəraiti təmin olunmalıdır. Uşaqlar həmin mənzildə yaşamaq istəmirlər. Buna görə də Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən 14 saylı evin 11 saylı mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin 20 Yanvar küçəsindəki 14 saylı evin 11 saylı mənzili paylı mülkiyyət hüququ ilə İddiaçı adına xx xxxxx 2015-ci ildə qeydə alınmışdır. Çıxarışda İddiaçı payı 1/2 hissə, Cavabdeh payı 1/2 hissə qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li xx xxx 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx xxxx 2008-ci ildən ünvan 1 mənzil 11 ünvanda qeydiyyatdadır. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(051)-117 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçıCavabdeh qarşı yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-1831 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçıCavabdeh qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin xx xxxxx 2013-cü il tarixli 2(051)-178/2013 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında Ağdaş rayon Yuxarı Nemətabad kənd icra nümayəndəliyində xx.xx.2003-cü il tarixdə bağlanmış, 6 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, birgə nikahdan olan uşaqları, xx xxxx 2005-ci il təvəllüdlü X2 və xx xxxx 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxx 2012-ci ildən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə sabit pul məbləğində 93 manat olmaqla, cəmi 186 manat miqdarında aliment tutulub verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görəpaylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılmasıüsulu vəşərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsində qeyd edilmişdir ki, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Buna görə də məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən 14 saylı evin 11 saylı mənzili açıq hərracda satılsın və mənzilin satılması nəticəsində əldə edilmiş pul məbləği ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar