Məhkəmə qərarları › İş №2(051)-1087/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1087/2025

19.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1087/2025 19.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Sevinc Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə və torpağa payların müəyyən edilməsi, yaşayış sahəsinə və torpağa köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı ərizə ünvanlayaraq, ümumi sahəsi 98,2 kv.m olan ünvan 1ış evi və evin yerləşdiyi 0.0601 ha torpaq sahəsinə payların müəyyən edilməsi, yaşayış sahəsinə və torpağa köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ümumi sahəsi 98,2 kv.m olan ünvan 1ış evi və evin yerləşdiyi 0.0601 ha torpaq sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ümumi sahəsi 98,2 kv.rn olan ünvan 1ış evi və evin yerləşdiyi 0.0601 ha torpaq sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ********** №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2019-cu il tarixdə ümumi birgə pay kimi qardaşı Cavabdeh, mərhum X1nın və onun adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Anası vəfat etmişdir. Anasnın sağlığında da o, adları qeyd edilənlərlə həmin evdə yaşamışlar. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Anası vəfat edəndən sonra da qardaşı, onun ailəsi və o, həmin evdə yaşamışlar. Lakin son vaxtlar qardaşı Cavabdeh onu evə və ümumiyyətlə həyətə getməyə qoymur, həyətin və evin açarlarını dəyişib. Bu səbəbdən evinə gedə bilmir və bacısının evində yaşayır. Odur ki, məsələnin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yaşayış sahəsi və torpaq sahəsi 3 nəfərin ümumi birgə əmlakı olsa da payları müəyyən edilməmişdir. Ona görə də yaşayış sahəsinə və torpağa onların paylarının müəyyən edilməsi zəruridir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin, əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında göstərmişdir ki, iddia tələbi ilə razı deyil, iddiaçıya bir otaqlı ev alıb verə bilər. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iddia ərizəsini, iddiaçının və iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh, X2 və İddiaçı ümumbirgə mülkiyyət hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Əkbərova X7 şəhəri, Aleksandr Puşkin küçəsi, ev 64 ünvanda qeydiyyatdadır. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı atası X9, anası X3r. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X10 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ümumi sahəsi 98,2 kv.rn olan ünvan 1ış evi və evin yerləşdiyi 0.0601 ha torpaq sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ********** №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2019-cu il tarixdə ümumi birgə pay kimi Cavabdeh, X2 və İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Buna baxmayaraq iddiaçı cavabdeh tərəfin hazırda da birgə mülkiyyətdə olan fərdi yaşayış evindən istifadə etməklə bərabər, iddiaçının həmin evə öz mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə törətdiyini iddia etmişdir. Lakin məhkəmə iclası zamanı cavabdeh tərəfin verdiyi izahatdan aydın olur ki, cavabdeh tərəf iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamasına razı deyildir. Məhkəmə hesab edir ki, iddiaçının hazırda mübahisəli fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin iddia tələbi ilə məlum olur ki, cavabdeh tərəf heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşdur. Hazırda isə, cavabdeh tərəf iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamasına mane yaradır. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdeh iddiaçının öz hüquqlarını həyata keçirməsinə əsaslı maneələr yaratmalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Hazırki işdə isə mübahisəli əmlak iddiaçının və cavabdehin umumi birgə mülkiyyətindədir. İddiaçının izahatından belə qənaətə gəlmək olar ki, cavabdeh tərəf onunda mülkiyyətində olan əmlakından öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququndan məhrum etməklə ona maneələr yaratmışlar. Halbuki həmin fərdi yaşayış evi həmçinin iddiaçının ümumi birgə mülkiyyətindədir. Ona görə də cavabdeh tərəfin fərdi yaşayış evinə iddiaçını buraxmaması və onun mülkiyyət hüquqlarının pozulması cavabdehin fərdi yaşayış evinin iddiaçının ümumi birgə mülkiyyətində olan hissəsinə münasibətdə cavabdeh tərəfin qanunsuz sahibliyi hesab edilməlidir. Hazırda isə məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəf iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamasına razı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 161-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Azərbaycan Respublikası MM-nin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. İşin halları araşdırarkən məhkəmə müəyyən edir ki, iddiaçı sözügedən əmlak üzərində qanunla müəyyən edilmiş qaydada ümumi birgə mülkiyyət hüquqlarına sahib olmuşdur. Həmçinin işdə olan sənədlərdən də göründüyü kimi İddiaçı Mingəçevir şəhəri, Puşkin küçəsi 64 saylı ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ tanınmışdır. Belə olan halda iddiaçı Əkbərova X7 şəhəri, Puşkin küçəsi 64 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş mühəndis-texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. İş materialarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəməmühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. AR MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qey olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ümumi sahəsi 98,2 kv.m olan ünvan 1ış evi və evin yerləşdiyi 0.0601 ha torpaq sahəsinə köçürülsün. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar