Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1091/2020 21.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi, Maraqlı şəxs rəisi Sevinc Hüseynovanın iştirakı ilə, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən olunması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, xx.xx.1996cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. Atası X3, anası isə X1r. 2006-cı ilin dekabr ayının 26-da evlərində yanğın baş vermiş və ona verilmiş doğum haqqında şəhadətnamə yanaraq məhv olmuşdur. Həmin sənədin dublikatını əldə edə bilməmişdir. Özünə şəxsiyyət vəsiqəsi almaq istəyir. Ondan doğum haqqında şəhadətnamə tələb olunur. Lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün ona təkrar doğum haqqında şəhadətnamə verməkdən imtina olunmuşdur. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdi. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdu. xx.xx.1966-cı ildə Mingəçevir şəhərində anadan olmasının qeyd edilməsi faktının müəyyən olunması, ata qrafasına X3 və ana qrafasına X2 yazılmaqla ona doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs rəisi Sevinc Hüseynova bildirdi ki, həqiqətən də, Ərizəçi ona doğum haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Ərizəçi şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi üçün ona doğum haqqında şəhadətnaməni verilməsi mümkün olmamışdı və narazı olduğu halda Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Ərizəçi doğum akt qeydində doğumu qeydə alınmışdır. İşə əlavə olunmuş arayışdan görünür ki, Mingəçevir şəhər VVADQ şöbəsinin doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğumu 652 №li ilə xx.xx.1996-cı ildə qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığına görə Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən olunması tələbinə dair iş üzrə icraata xitam veriməlidir. Belə ki, iş materiallarından görünür ki, ərizəçinin doğumu qeydə alınmışdır. Məhkəmə iclasında isə müəyyən edildi ki, ərizəçinin həqiqətdə tələbi doğumun qeydə alınması faktının müəyyən olunması deyil, ona təkrar doğum haqqında şəhadətnamə verilməsidir. Lakin şəxsiyyətini təsdiq edən sənəd olmadığına görə Qeydiyyat şöbəsi ona təkrar doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Qeydiyyat şöbəsi inzibati orqan olduğuna görə onun üzərinə vəzifə qoymaq isə ümumi məhkəmənin səlahiyyətinə aid deyil. Ona görə də məhkəmə hesab edir ki, işə ümumi məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə aidiyyat qaydalarıın pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məhkəməsinin 262.1.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 261.0.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən olunması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sedrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1091/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1091/2020
21.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver