Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1093/2020 07.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi X1 iştirakı ilə, Ərizəçi: X1 «doğumun qeyd edilməsi faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi X2 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində onun xx xxxx 1995-ci ildə Mingəçevir şəhərində anadan olmasını, milliyətinin Azərbaycanlı olması, ata qrafasında X6, ana qrafasında X3 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X2 tələbini onunla əsaslandırır ki, o xx.xx.1995-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Eyni zamanda xx.xx.1992-ci il təvəllüdlü qardaşı X5 2 aylıq olanda qəflətən dünyasını dəyişmişdir. Onların adı eyni olduğuna görə o vaxt o anadan olanda. Onun barəsində doğum akt qeydi bərpa olunmamışdır. Bundan sonra o, Maraqlı şəxsnə müraciət edərək doğum akt qeydinin bərpa olunmasını və bunun əsasında da ona doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Müraciəti ilə bağlı xx.xx.2020-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O doğumun qeyd edilmə faktını başqa yolla əldə edə bilmir. Buna görə də əlasız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də, onun doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində onun xx xxxx 1995-ci ildə Mingəçevir şəhərində anadan olmasını, milliyətinin Azərbaycanlı olması, ata qrafasında X6, ana qrafasında X3 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizəçinin tələbi təmin edilsin. X1 adına xx xxxx 1995-ci il tarixli doğum akt qeydi tərtib olunsun. X1 adına açılmış xx xxxx 1995-ci il tarixli doğum akt qeydində ata adı X6, ana adı X7, doğulduğu yer kimi Mingəçevir şəhəri, milliyəti Azərbaycanlı kimi göstərilsin. Qətnamə akt qeydində müvafiq dəyişiklik edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1093/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1093/2020
07.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver