Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-11/2024 04.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi Ərizəçi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər: Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, Səmədov (İbadullayev) Eldəniz Bəxtiyar oğlu, Səmədov (İbadullayev) Aslan Bəxtiyar oğlu) miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X7 miras qalmış, **-CR-*** dövlət qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı avtomobilin yalnız onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum əri X16 ilə xx.xx.2009-cu ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Bu nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X10 dünyaya gəlmişdir. Həyat X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşından **-CR-*** dövlət qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı avtomobil miras qalmışdır. Hal-hazırda qeyd olunan miras maşın onun yaşadığı ünvan 1 ünvanındadır və onun istifadəsindədir. Maraqlı şəxslər bu maşının onun tərəfindən qəbul edilməsinə etiraz etmirlər. Odur ki ərizənin təmin edilməsini, X7 miras qalmış, **-CR-*** dövlət qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı avtomobilin yalnız onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə tələbin həcminin azaldılması barədə ərizə təqdim edərək Səmədov (İbadullayev) Coşğun Bəxtiyar oğlunun maraqlı şəxslərin siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Səmədov (İbadullayev) Eldəniz Bəxtiyar oğlu izahatında göstərmişdir ki, o, atasının birinci nikahdan olan övladıdır. X12 isə uşaq ikən, yəni bir yaşında ölmüşdür. X7 miras qalmış, **-CR-*** dövlət qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı avtomobilin yalnız Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasına etiraz etmir. Maraqlı şəxslər Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə və Səmədov (İbadullayev) Eldəniz Bəxtiyar oğlu, Səmədov (İbadullayev) Aslan Bəxtiyar oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını, sorğunun, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X16 ilə Ərizəçi arasında 29 oktyabr 2009-cu il tarixdə Mingəçevir Nikah evində rəsmi nikah bağlanmış və həmin nikah 356 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 09 dekabr 2014-cü tarixdə doğulmuş X2 Bəxtiyar Səməd oğlu ilə Ərizəçi birgə nikahlarından doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 830 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1952-ci il tarixdə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olan X9 vərəsələri dairəsinə, arvadı Ərizəçi, oğlu X10, oğlu X5, X8 və oğlu X4r. İşdə olan MKT İstehsalat Birliyi tərəfindən verilmiş 347 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Məcidova X14 şəhəri Günəş küçəsi 2/1 nömrəli evdə yaşayır. İşdə olan maraqlı şəxslər Səmədov (İbadullayev) Eldəniz Bəxtiyar oğlu və Səmədov (İbadullayev) Aslan Bəxtiyar oğlu tərəfindən məhkəmə təqdim edilmiş ərizələrdən görünür ki, Səmədov (İbadullayev) Eldəniz Bəxtiyar oğlu və Səmədov (İbadullayev) Aslan Bəxtiyar oğlu X7 miras qalmış, **-CR-*** dövlət qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı avtomobilin yalnız Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasına etiraz etmədiklərini göstərmişlər. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli Baş Dövlət Yol Polisinin sorğuya cavab məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən **-CR-*** dövlət qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı avtomobil xx.xx.2021-ci il tarixdən nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında X9 adınadır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış əsasən **-CR-*** dövlət qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı nəqliyyat vasitəsi müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Həmin Məcəllənin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Digər vərəsələr isə miras əmlakdan imtina etmişlər və mübahisə olmadığından həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış, X6 Şəhadətnaməsinə əsasən **-CR-*** dövlət qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı nəqliyyat vasitəsinin yalnız Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Miras əmlak faktının müəyyən edilməsi nəqliyyat vasitəsinin mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-11/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-11/2024
04.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver