Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1107/2020 12.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, ərizəçi: Ərizəçi «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t di : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər məhkəməsinə müraciət edərək, «VAZ-21013» minik markalı 02 BC672 dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən miras kimi qəbul etmə faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Mingəçevir Regional «Asan xidmət» X1 məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında iddiaçının tələbini müdafiə edərək izahatında göstərmişdir ki, X6 onun atasıdır. Atası xx xxxxxxx 2017-ci il tarixdə kəskin miokard infarktı nəticəsində vəfat etmişdir. «VAZ-21013» minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil atası Əlfi Şükürova məxsus olmuşdur. Ölənə kimi həmin avtomobil atasının sahibliyində olmuşdur. Atası ilə bir evdə yaşadığına görə onun sağlığında vəölümündən sonra da həmin avtomobili faktiki olaraq özü idarə etmişdir. Ondan başqa iki bacıları-Şükürova Cəlalə əlfi qızı və X7 miras əmlakın imtinası ilə əlaqədar notarial qaydada ərizə təqdim etmişlər. Miras qalmışəmlaka vərəsəlik haqqında şəhadətnamə almaq istəmiş, lakin ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də mərhum atası X2 miras qalmış «VAZ-21013» minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən miras kimi qəbul etmə faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 2017-ci ildə ölmüşdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2019-cu ildə ölmüşdür. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1976-cı ildə Ağdam rayonu Muğanlı kəndində anadan olmuşdur, Ağdam rayonu Muğanlı kəndində qeydiyyatdadır. İşə əlavə olunmuş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanda məskunlaşıb yaşayır. İşə əlavə olunmuş AC 455509 seriyalı sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İşə əlavə olunmuş AA№056871 seriyalı nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, «VAZ-21013» minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı, Sedan tipli, buraxılış ili 1983, mühərrik 6489533, ban nömrəsi 4199786, şassi 4135099, qırmızı rəngli nəqliyyat vasitəsinin sahibi X5r. İş materiallarına əlavə olunmuş Mingəçevir Regional «ASAN xidmət» Mərkəzində Notariat kontorunun notariusu tərəfindən xx xxxx 2020-ci il tarixli, 615 saylı məktubundan görünür ki, ərizəçinin vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçiyə miras açıldıqdan altı ay sonra mirasın qəbuluna yol verilmədiyi bildirilərək məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Mingəçevir Regional «ASAN xidmət» Mərkəzində Notariat kontorunun notariusuna ünvanlanmış Şükürova Cəlalə əlfi qızının ərizəsindən görünur ki, Şükürova Cəlalə əlfi qızı mərhum atasından qalan miras əmlakı qəbul etməkdən imtina etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, tələb əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuşşəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənəçatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görəvərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışını müəyyən edən 1274-cü maddəsində göstərilmişdir ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Göstərilən qanunvericilik normalarının sistemli təhlilindən göründüyü kimi, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan ərizə araşdırılarkən müəyyən olunmuşdur ki, Ərizəçi miras qalmış avtomobili idarə edir və bununla da mirası faktiki qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi mirasın qəbul edilməsini faktını başqa yolla müəyyən edə bilmir. Ona görə də ərizəçinin tələbinə baxılmasıüçün Azərbaycan Respublikası MPMnin 308 və 310-cu maddələrində nəzərdə tutulmuşşərtlər mövcuddur və həmin maddənin 307.2.9-cu maddəsinə əsasən tələb olunan fakt məhkəmə qaydasında müəyyən oluna bilər. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işüzrə təsdiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar, ərizəçinin mərhum atasıX2 miras qalmış «VAZ-21013» minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi üçün yetərlidir və tələb təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizəçinin xahişi təmin edilsin. «VAZ-21013» minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-1107/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1107/2020
12.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver