Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1110/2022 02.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 yanında X1 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşmiş elektron informasiya sisteminin əmək müqaviləsi bildirişi altsistemində etibarsız hesab edilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə 02 iyun 2022-ci il tarixdə, yazılı icraat qaydasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 yanında X1 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşmiş elektron informasiya sisteminin əmək müqaviləsi bildirişi altsistemində etibarsız hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdeh "xxxx" MMC tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin 1.2-ci bəndində əmək müqaviləsinə xitam verilməsi əsası səhvən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi kimi göstərildiyinə görə əmək müqaviləsi bildirişinin həmin bəndinin etibarsız hesab edilməsi və həmin bənddə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinin göstərilməsinin cavabdehlərin üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı 31.05.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlərlə işin məhkəmədən kənar həlli barədə razılığa gəldikləri üçün iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi iddiaçının ərizəsi ilə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 170.1 və 170.2, 263- 264, 266, 268, -cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 yanında X1 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşmiş elektron informasiya sisteminin əmək müqaviləsi bildirişi altsistemində etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi iddiaçıya qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən on gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1110/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1110/2022
02.06.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver