Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1112/2022 10.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh onun doğma anasıdır. O, ünvan 1 ünvanında yaşamışdır. Həmin mənzil valideynlərinin, bacı-qardaşlarının və onun istifadəsinə verilmiş, sonra atası Zakir Əsədovun adına özəlləşdirilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ilə Mingəçevir şəhəri, Təbriz (indiki Naxçıvan) küçəsi, 42 saylı evin, 15 saylı mənzili bölünərək iki otaq anası Cavabdeh, qardaşı X6, bacısı X2 və onun mülkiyyətinə, bir otaq isə atası X4 mülkiyyətinə verilməsi qət edilmişdir. O, xx.xx.2021-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuşdur. Ailə qurduqdan bir müddət sonra, yəni sentyabr ayının 15-də anası ilə arasında mənzillə bağlı mübahisə yarandı. Belə ki, arvadı Könül Mustafayevanın qardaşı öz adına ipoteka ilə ev almış, Könül isə qardaşına zamin durmuşdur. Həmin ipoteka ödənişlərini Könülün qardaşı özü edir. Bununla bağlı anası Cavabdeh ona deyib ki, arvadı Könülü qardaşının evinə aparsın, 20000 manat kredit borcu bitdikdən sonra gətirər. Anası Nuridə “bu mənzil qızımındır” deyərək onları evdən qovdu. Onlar da məcbur olub evi tərk etdi. Hal-hazırda kirayədə yaşayırlar. Ona görə də iddianın təmin olunmasını, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 42 saylı evin, 15 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçıla Cavabdeh münasibətləri normal olmadığından onların bir mənzildə yaşamaqları mümkün deyil. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 420 №-li 06 mart 1993-cü il tarixli sərəncamından çıxarışda göstərilir ki, həyat yoldaşı və 3 uşağı ilə birlikdə yaşadığı Mingəçevir şəhəri, Təbriz küçəsi, 42 saylı evin 3 otaqlı 15 saylı mənzili X5 mülkiyyətinə keçirilməsinə icazə verilsin. İşə əlavə edilmiş Mingəçevir şəhər İH-nin nümayəndəsi ilə X9 arasında bağlanmış və notariat kontorunda təsdiq edilmiş 17 fevral 1995-ci il tarixli müqavilədən görünür ki, dövlətə məxsus olan Mingəçevir şəhəri, Təbriz küçəsi, 42 saylı evin, 15 saylı mənzili X7 bağışlanmışdır. İşə əlavə edilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Mingəçevir şəhəri, Təbriz küçəsi, 42 saylı evin, 15 saylı mənzili 17 fevral 1995-ci il tarixdə X5 adına qeydə alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li arayışından görünür ki, İddiaçı, Cavabdeh və digər şəxslər Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 42 saylı evin, 15 saylı mənzilində qeydiyyatdadırlar. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 2-300/2022 saylı qətnaməsindən görünür ki, Mingəçevir şəhəri, Təbriz (indiki Naxçıvan) küçəsi, 42 saylı evin, 15 saylı mənzili bölünərək yaşayış sahəsi 16.33 kv. metr olan iki otaq Cavabdeh, X6, X2 və İddiaçı mülkiyyətinə, yaşayış sahəsi 11.14 kv. metr olan otaq isə X4 mülkiyyətinə verilməsi qət edilmişdir. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 arasında 09 avqust 2021-ci il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 559 № ilə nikah qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə tədqiqi zamanı və iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı anasıdır. Mübahisəli mənzil olan Mingəçevir şəhəri, Təbriz (indiki Naxçıvan) küçəsi, 42 saylı evin, 15 saylı mənzili dövlət fondu mənzili olmuş, iddiaçının, caavbdehin və onların ailə üzvlərinin istifadəsinə verilmiş, 1995-ci ildə mənzil iddiaçının atası, cavabdehin əri X5 adına özəlləşdirilmiş və onun adına qeydə alınmışdır. Məhkəmənin 15 noyabr 2002-ci il tarixli qətnaməsi ilə həmin mənzilin iki otağı iddiaçının, anasının və bacı-qardaşlarının, bir otağı atasının mülkiyyətinə verilməsi qət edilsə də, məhkəmə qərarı icra olunmamış, onlar mülkiyyət hüququnu təsdiq edən Çıxarış almamışlar. İddiaçı xx.xx.2021-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuşdur. Ailə qurduqdan bir müddət sonra, yəni sentyabr ayının 15-də anası ilə arasında mənzillə bağlı mübahisə yaranmışdır. İddiaçının cavabdehlə münasibətləri pozulmuşdur. Cavabdeh iddiaçının mənzilə köçüb yaşamağına icazə vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, mübahisəli mənzilə iddia tələbi 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Həmin Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilirdi ki, yaşayış evinin mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərməmişsə, evdə yaşayış sahəsində onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. Məhkəmə işin hallarını 01 oktyabr 2009-cu ilədək, yəni tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri əsasında təhlil edib hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, iddiaçının Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 42 saylı evin, 15 saylı mənzilinə istifadə hüququ tanınmalı və sözügedən mənzilə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən vəAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin edilsin. İddiaçı Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 42 saylı evin, 15 saylı mənzilinə istifadə hüququ tanınsın və o, həmin mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1112/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1112/2022
10.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver