Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1125/2022 12.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, İddiaçı: Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndələri X2 və X1, Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 16 oktyabr 2013-cü il tarixli “299” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müvəqqəti istifadələrinə verilmiş Mingəçevir şəhəri 504 mənzili yeni yaşayış kompleksindəki 7 saylı binada yerləşən 11 nömrəli 3 otaqlı mənzilə dair 16 oktyabr 2013-cü il tarixli 299 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini və cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması” tələbi ilə bağlı bildirir ki, məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin (bundan spnra – Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bilirir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 16 oktyabr 2013-cü il tarixli “299” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 504 mənzilli yaşayış kompleksində bina 7-də yerləşən 11 nömrəli 3 otaqlı mənzillə təmin edilmişdir. Daha sonra Mingəçevir şəhər 1 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 11 nömrəli mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsə də, nəticəsi olmamamışdır. Odur ki, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müvəqqəti istifadələrinə verilmiş Mingəçevir şəhəri 504 mənzili yeni yaşayış kompleksindəki 7 saylı binada yerləşən 11 nömrəli 3 otaqlı mənzilə dair 16 oktyabr 2013-cü il tarixli 299 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini və cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, qaz idarəsi və işıq sərfiyyatı az olub. Bununla da sübut olunub ki, həmin mənzildə yaşamayıblar. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, qaz idarəsi və işıq sərfiyyatı az olub. Bununla da sübut olunub ki, həmin mənzildə yaşamayıblar. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iş üzrə cavabdehlər 1993-cü ildən ailə üzvləriylə birlikdə Ağdam rayonu Şəxbalı kəndindən məcburi köçkün olaraq Mingəçevir şəhərinə pənah gətirmişlər və burada məskunlaşmışlar. Onlar bir müddət Mingəçevir şəhər 9 saylı orta məktəbdə sinif otaqlarında, uçuq-sökük və qaranlıq yerlərdə məcburi köçkün kimi çox acınacaqlı şəraitdə yaşamışlar. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əlieyevin fərmanına əsasən Mingəçevir şəhəri H.Əliyev prospektində 504 mənzilli yaşayış kompleksi inşa edildikdən sonra digər məcburi köçkünlər kimi onların ailə üzvləriylə də Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin səlahiyyətli nümayəndəsi tərəfindən mənzillə təmin olunmuşlar. Həmin mənzil Mingəçevir şəhəri H.Əliyev prospektində inşa edilmiş 504 mənzilli yaşayış kompleksində bina – 7, mənzil – 11 ünvanda yerləşir. Həmin mənzil 3 otaqdan ibarətdir. Həmin mənzil onlara – iş üzrə cavabdehlər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşamaq və istifadə üçün verilmişdir. Həmin mənzildə onlar yaşayırlar, onlara məxsus ev əşyaları, lazım olan geyim əşyaları və gündəlik istifadə olan zəruri əmlakları vardır. Onlar cavabdehlər həmin mənzilə dair komunal xərclərini ödəyirlər. O cavabdeh – Cavabdeh1 şəhid ailəsidir, eyni zamanda iki oğlu 1-ci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüş əməliyyatlarında iştirak edərkən və vətənin müdafiəsi zamanı əlil olmuşdur və hər ikisi Qarabağ müharibəsi qazisidirlər. Xeyli vaxtdır ki, Mingəçevir şəhəri H.Əliyev prospektində inşa edilmiş 504 mənzilli yaşayış Kompleksinə Mənzil Kommunal İstismar Sahəsinin rəisi təyin olunmuş Bəxtiyar Şirinov onlara dövlət tərəfindən verilmiş, mənzili əllərindən zor gücü ilə almaq və başqa şəxslərə öz şəxsi mənafi üçün satmaq istəyir. Buna görə də onlara dövlət tərəfindən verilmiş mənzildən şər-böhtan atmaqla qanunsuz yollarla məhrum etmək üçün bu yolla, yəni məhkəmə qərarı çıxartmaq yolu ilə əllərindən almaq istəyir. Qeyd edir ki, məhkəmə iş üzrə araşdırma apararkən mənzillərinə baxış keçirsə, onda aydın olacaqdır ki, onlar həmin mənzildə yaşayırlar və onların həmin kompleksdə əmlakları vardır və kommunal xərcləri ödəyirlər. Odur ki, məhkəmədən iş üzrə iddiaçı - Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin onlar – cavabdehlər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma tələbinə” dair mülki iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirimiş X5 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, O, Tamaranın qonşusudur. Hal-hazırda həmin mənzildə yaşayır. Əvvəl Mehman həmin mənzildə yaşayıb sonra Tamara köçüb. İş üzrə şahid qismində dindirimiş X6 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, O, Tamaranın qonşusudur. 3-cü mərtəbədə Tamara yaşayır. 7-ci mərtəbədə isə o, yaşayır. Hər gün səhər Tamaranı orada görür. İşə əlavə olunmuş 299 №-li 2013-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Dövlətqaçqınkom tərəfindən Mingəçevir şəhər 7 nömrəli evdə 11 nömrəli mənzildə yerləşən mənzil fonduna aid, ümumi sahəsi 82,31 kv.metrdən, yaşayış sahəsi 43,48 kv.metrdən ibarət 3 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün kirayəçi Cavabdeh1 verilmişdir. İşə əlavə olunmuş 05 yanvar 2001-ci il tarixli Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 1 saylı notariat kontorunun 29 dekabr 2000-ci il tarixli, 3M3-476 saylı müqaviləsi əsasında Mingəçevir şəhərinin M.Maqomayev küçəsindəki 52 saylı evin 12 saylı mənzili Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə verilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhəri 1 saylı MİS tərəfindən verilmiş 02 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, 504 mənzilli qəsəbədə bina 7 mənzil 11 ünvanına baxış keçirərkən məlum oldu ki, uzun müddətdir həmin mənzildə yaşayış yoxdur. İşə əlavə olunmuş Mingəçevir şəhəri 1 saylı MİS tərəfindən verilmiş 02 sentyabr 2021-ci il tarixli 504 mənzilli qəsəbədə bina 7, 11 saylı mənzildə müvəqqəti məskunlaşmış Cavabdeh1 ünvanlanmış xəbərdarlıqdan görünür ki, kirayə müqaviləsinin 5.7.1 bəndini pozaraq mənzildə yaşamır. Ondan tələb olunur 3 (üç) gün müddətinə mənzildə öz yaşayışlarını təmin etsin. Əks halda onların barəsində Dövlətqaçkınkom tərəfindən müvafiq tədbirlər görülərək adlarına olan xüsusi təyinatlı kirayə müqaviləsi bir tərəfli olaraq ləğv olunacaq və həmin mənzil ondan geri alınmaqla ehtiyacı olan digər məcburi köçkün ailəsinə yaşaması üçün təhvil veriləcəkdir. İşə əlavə olunmuş Mingəçevir şəhəri 1 saylı MİS tərəfindən verilmiş 04 noyabr 2021ci il tarixli aktdan görünür ki, 504 mənzilli qəsəbədə bina 7 mənzil 11 ünvanına baxış keçirərkən məlum oldu ki, uzun müddətdir həmin mənzildə yaşayış yoxdur. İşə əlavə olunmuş Mingəçevir şəhəri 1 saylı MİS tərəfindən verilmiş 04 noyabr 2021ci il tarixli 504 mənzilli qəsəbədə bina 7, 11 saylı mənzildə müvəqqəti məskunlaşmış Cavabdeh1 ünvanlanmış xəbərdarlıqdan görünür ki, kirayə müqaviləsinin 5.7.1 bəndini pozaraq mənzildə yaşamır. Ondan tələb olunur 3 (üç) gün müddətinə mənzildə öz yaşayışlarını təmin etsin. Əks halda onların barəsində Dövlətqaçkınkom tərəfindən müvafiq tədbirlər görülərək adlarına olan xüsusi təyinatlı kirayə müqaviləsi bir tərəfli olaraq ləğv olunacaq və həmin mənzil ondan geri alınmaqla ehtiyacı olan digər məcburi köçkün ailəsinə yaşaması üçün təhvil veriləcəkdir. İşə əlavə olunmuş Mingəçevir şəhəri 1 saylı MİS tərəfindən verilmiş 05 yanvar 2022ci il tarixli aktdan görünür ki, 504 mənzilli qəsəbədə bina 7 mənzil 11 ünvanına baxış keçirərkən məlum oldu ki, uzun müddətdir həmin mənzildə yaşayış yoxdur. İşə əlavə olunmuş Mingəçevir şəhəri 1 saylı MİS tərəfindən verilmiş 05 yanvar 2022ci il tarixli 504 mənzilli qəsəbədə bina 7, 11 saylı mənzildə müvəqqəti məskunlaşmış Cavabdeh1 ünvanlanmış xəbərdarlıqdan görünür ki, kirayə müqaviləsinin 5.7.1 bəndini pozaraq mənzildə yaşamır. Ondan tələb olunur 3 (üç) gün müddətinə mənzildə öz yaşayışlarını təmin etsin. Əks halda onların barəsində Dövlətqaçkınkom tərəfindən müvafiq tədbirlər görülərək adlarına olan xüsusi təyinatlı kirayə müqaviləsi bir tərəfli olaraq ləğv olunacaq və həmin mənzil ondan geri alınmaqla ehtiyacı olan digər məcburi köçkün ailəsinə yaşaması üçün təhvil veriləcəkdir. İşə əlavə olunmuş Mingəçevir şəhəri 1 saylı MİS tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli aktdan görünür ki, 504 mənzilli qəsəbədə bina 7 mənzil 11 ünvanına baxış keçirərkən məlum oldu ki, uzun müddətdir həmin mənzildə yaşayış yoxdur. İşə əlavə olunmuş Mingəçevir şəhəri 1 saylı MİS tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli 504 mənzilli qəsəbədə bina 7, 11 saylı mənzildə müvəqqəti məskunlaşmış Cavabdeh1 ünvanlanmış xəbərdarlıqdan görünür ki, kirayə müqaviləsinin 5.7.1 bəndini pozaraq mənzildə yaşamır. Ondan tələb olunur 3 (üç) gün müddətinə mənzildə öz yaşayışlarını təmin etsin. Əks halda onların barəsində Dövlətqaçkınkom tərəfindən müvafiq tədbirlər görülərək adlarına olan xüsusi təyinatlı kirayə müqaviləsi bir tərəfli olaraq ləğv olunacaq və həmin mənzil ondan geri alınmaqla ehtiyacı olan digər məcburi köçkün ailəsinə yaşaması üçün təhvil veriləcəkdir. İşə əlavə olunmuş Azərsu ASC-yə məxsus 1 saylı MKİS-in mənzili Qaçqınkom ev 7 mənzil 11 üzrə hesab fakturalarından və ödəniş qəbzlərindən görünür ki, həmin mənzildə su sərfiyyatı olmuşdur. İşə əlavə olunmuş qonşular tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, həqiqətən, Cavabdeh1 öz ailəsi ilə birlikdə Bina 7 mənzil 11-də yaşayır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə cavabdehlər arasında yaranmış hüquq münasibətləri xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılmas ilə bağlı yaranan mülki mübahisədir. Mənzil Məcəlləsinin 82.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər. 82.2-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə istənilən vaxt sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir. 82.3-cü maddəsinə əsasən Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. 82.4-cü maddəsinə əsasən Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1-ci maddəsinə əsasən kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2-ci maddəsinə əsasən kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3-cü maddəsinə əsasən kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4-cü maddəsinə əsasən yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 82.5-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Məhkəmə işin faktiki hallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə cavabdehlərin mübahisəli mənzildə yaşamasını sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Buna baxmayaraq iddiaçı tərəf cavabdehlərin mənzildə yaşamamasına dair heç bir əsaslı sübut irəli sürməmiş yalnız formal mülahizələrlə kifayətlənmişdir. Bununla belə cavabdeh tərəfin həmin mənzildə yaşamasına dair əsaslı sübutlar məhkəməyə təqdim etmişdir. Belə ki, iş üzrə dindirilmiş şahidlər öz izahatlarında cavabdeh tərəfin həmin mənzildə yaşamasını təsdiq etmişlər. Həmçinin qonşular təərfindən cavabdeh tərəfin həmin mənzildə yaşamasına dair akt tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İşdə olan su sərfiyatına dair qəbzlərdən də aydın olur ki, cavabdeh tərəf həmin mənzildə yaşamış və sudan mütəmadi olaraq istifadə etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 16 oktyabr 2013-cü il tarixli “299” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması” tələbi rədd edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 16 oktyabr 2013-cü il tarixli “299” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması” tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1125/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1125/2022
12.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver