Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1133/2021 01.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «əmlkaın alınması özünün və əşyalarının mənzildən çıxarılması» tələbinə dair ilkin iddiası; Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Mingəçevir şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində Cavabdeh faktiki istifadəsində olan İddiaçı1 faktiki istifadəsində olan İddiaçı1 məxsus yataq dəsti (kamod, iki nəfərlik çarpayı, şifoner, tumbadan ibarət), qonaq otağıdəsti (1 bağlı və 1 şüşəli şkaflar, 1 güzgülü kamoddan ibarət) mətbəx üçün stol və 6 ədəd stul, dəhliz şkafı, 5 otaq üçün pərdələr, 1 ədəd 1 nərəlik krava, Fijutsu nootbuk və printer, 2 ədəd radiatoru, krosnı aparatı, 1 ədəd jalüz pərdədən ibarət əşyaların Cavabdeh alınıb İddiaçı1 verilməsini, Cavabdeh İddiaçı1 mülkiyyətində olan ünvan 1 fərdi yaşayış evindən çıxarılsı, İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus qonaq otağı üçün nəzərdə tutulan güzgülü kamod, qorka, televizor altlığı, 2 nəfərlik çarpayı, 2 ədəd tumba, kamoddan ibarət əşyaların mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra İddiaçı1 iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində Cavabdeh faktiki istifadəsində olan İddiaçı1 məxsus yataq dəsti (kamod, iki nəfərlik çarpayı, şifoner, tumbadan ibarət), qonaq otağıdəsti (1 bağlı və 1 şüşəli şkaflar, 1 güzgülü kamoddan ibarət) mətbəx üçün stol və 6 ədəd stul, dəhliz şkafı, 5 otaq üçün pərdələr, 1 ədəd 1 nərəlik krava, Fijutsu nootbuk və printer, 2 ədəd radiatoru, krosnı aparatı, 1 ədəd jalüz pərdədən ibarət əşyaların Cavabdeh alınıb İddiaçı1 verilməsini, Cavabdeh İddiaçı1 mülkiyyətində olan ünvan 1 fərdi yaşayış evindən çıxarılması, İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus qonaq otağı üçün nəzərdə tutulan güzgülü kamod, qorka, televizor altlığı, 2 nəfərlik çarpayı, 2 ədəd tumba, kamoddan ibarət əşyaların mənzildən çıxarılması, Mingəçevir şəhəri X.Şuşuniski küçəsi 8/2A evdə yaşayan Cavabdeh istehlak edilmiş qazın dəyəri olan 168 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı1 məxsus ünvan 3 ünvanda yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi, Mingəçevir şəhəri X.Şuşuniski küçəsi ev 16A ünvanda olan cehiz əşyalarının yaşadığı mənzilə yerləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ev İddiaçı1, ünvan 5 saylı ev isə İddiaçı2 mülkiyyətindədir. İddiaçı2 İddiaçı1 oğludur. Cavabdeh isə İddiaçı1 başqa oğlu olan Elxan Əliyevin arvadı olub. Onlar 2013-cü ildə nikaha girərək evlənmişlər. Onlar əvvəlcə ünvan 4 ünvanda İddiaçı1 əri Məhəmməd Əliyevin adına olan 5 otaqlı mənzildə yaşamışlar. Sonra İddiaçı2 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evini inşa etdirmiş və iddiaçılar ailəliklə həmin mənzil köçmüşlər və orada yaşamağa başlamışlar. ünvan 5 saylı evdə İddiaçı2, onun ailəsi İddiaçı1 əri X10 Əliyev və onun ailəsi o cümlədən Cavabdeh İbrahim Əliyev qeydiyyatdadırlar. Mənzilin 1 otağı Elxan Əliyev və arvadı Cavabdeh yaşaması üçün ayrılmış və ora Cavabdeh məxsus cehiz əşyaları yerləşdirilmişdir. Daha sonra İddiaçı1 adına torpaq sahəsi satın alınmış və orada yeni ev inşa etdirmişlər. Mənzil inşa edildikdən sonra Cavabdeh əri Elxan Əliyev və uşaqları ilə birlikdə həmin evdə yaşmağa başlamışlar. Həmin evə köçərkən İddiaçı1 öz fərdi yaşayış evinə yeni əşyalar satın aldığından Cavabdeh öz mebellərinin böyük hissəsini ünvan 6 ünvana isə bir qism əşyalarını aparmışdır. Fatma X8rşı nikahın pozulması tələbinə dair iddia qaldrımışır. Cavabdeh valideyinləridə İddiaçı1 ünvan 7 ünvanıda yerləşən mənzilinə yerləşməklə faktiki mənzilinə sahiblənmişdir. Halbi ki həmin əmlak və oradakı bir çox əşyalar ona məxsus olsa da İddiaçı1 əmlakından istifadə edə bilmir. İddiaçı1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yataq dəsti (kamod, iki nəfərlik çarpayı, şifoner, tumbadan ibarət), qonaq otağıdəsti (1 bağlı və 1 şüşəli şkaflar, 1 güzgülü kamoddan ibarət) mətbəx üçün stol və 6 ədəd stul, dəhliz şkafı, 5 otaq üçün pərdələr, 1 ədəd 1 nərəlik krava, Fijutsu nootbuk və printer 2 ədəd mağaza vintlatoru vardır. İddiaçı2 məxsus ünvan 5 saylı evdə isə Cavabdeh məxsus qonaq otağı üçün nəzərdə tutulmuş qonaq otağı üçün nəzərdə tutulan güzgülü kamod, qorka, televizor altlığı, 2 nəfərlik çarpayı, 2 ədəd tumba, kamoddan ibarət əşyalar mövcuddur. İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində Cavabdeh faktiki istifadəsində olan İddiaçı1 faktiki istifadəsində olan İddiaçı1 məxsus yataq dəsti (kamod, iki nəfərlik çarpayı, şifoner, tumbadan ibarət), qonaq otağıdəsti (1 bağlı və 1 şüşəli şkaflar, 1 güzgülü kamoddan ibarət) mətbəx üçün stol və 6 ədəd stul, dəhliz şkafı, 5 otaq üçün pərdələr, 1 ədəd 1 nərəlik krava, Fijutsu nootbuk və printer, 2 ədəd radiatoru, krosnı aparatı, 1 ədəd jalüz pərdədən ibarət əşyaların Cavabdeh alınıb İddiaçı1 verilməsini, Cavabdeh İddiaçı1 mülkiyyətində olan ünvan 1 fərdi yaşayış evindən çıxarılması, İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus qonaq otağı üçün nəzərdə tutulan güzgülü kamod, qorka, televizor altlığı, 2 nəfərlik çarpayı, 2 ədəd tumba, kamoddan ibarət əşyaların mənzildən çıxarılması, Mingəçevir şəhəri X.Şuşuniski küçəsi 8/2A evdə yaşayan Cavabdeh istehlak edilmiş qazın dəyəri olan 168 manat pulun alınıb ona verilməsinin və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında, qarşılıqlı iddia tələbində qalaraq izahatında göstərmişdir ki, Cavabdeh Elxan Əliyevlə 19 aprel 2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 13.10.2014-cü il təvəllüdlü X7, 18.09.2015-ci il təvəllüdlü X4 və 22.05.2018-ci il təvəllüdlü X5 adlı üç nəfər uşaqları olmuşdur. Nikahda olduqları müddətdə tərəflər arasında olan münasibətlər o qədərdə kəskin olmamışdır. Münasibətləri sonradan pozulmağa başlamışdır. Tez-tez aralarında mübahisələr baş verirdi. Uşaqların və Cavabdeh həyat tərzi pozulmuşdur. Cavabdeh həyat yoldaşı onu tez tez təhqir edirdi. Qaynanası onlatın ailəsinə müdaxilə edirdi. Yaşadıqları evdə daima söz söhbət mübahisə dava dalaş olurdu. Uşaqlarında yaşayış tərzi tamamilə pozulmuşdur. Bu yaxınlarda Cavabdeh qaynanası oğlunu evdə gizlədib hamıya demişdir ki, guya oğlunun gəlini öldürüb. Buna görə aralarında böyük qalmaqal çıxdı. Lakin üç dörd gündən sonra oğlu ortaya çıxdı. X6 şəhər məhkəməsinə nikah qeydinin ləğvinə dair iddia qaldırmışdır. Cavabdeh qaynanası və qaynı Mingəçevir şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qaynanası İddiaçı1 mülkiyyətində olan və ünvan 3 ünvanda yerləşən evdən çıxarılmasını evdə olan əşyaların ona verilməsini, və qaynı İddiaçı2 adına qeydiyyatda olan Mingəçevir şəhəri X.Şuşuniski küçəsi ev 16A da olan cehiz əşyalarının çıxarılmasını tələb edirlər. 2013-cü ildə ailə qurduqdan sonra Cavabdeh qaynatasına məxsus olan evə gəlin köçmüşdür. Qısa müddətdəbn sonra həmin evi satdılar vıə ünvan 8 ünvanda qaynı Elçin ƏƏliyevin adına ev tikdirdilər. Bundan sonra bütün ailə həmin mənzilə köçüb orada yaşadılar. Hazırda bütün cehiz əşyalarıda həmin mənzildədir. Qaynanası bildirdi ki, köməkləşib onlara ev tikmək lazımdır. Onlarda razılaşdılar. Fatma 2014-cü ildən işləyib ailəsini kömək edir. Həmin evi qaynanasının adına tikdilər. Lakin evin bütün xərclərini Cavabdeh özləri təmin edirdi. Evin tikilməsinə Cavabdeh valideyinləridə kömək edirdilər. Evin bütün qapılarını 1500 manat verib Cavabdeh atası almışdır. Həyət qapısı olan darvazanıda 3000 manata atası almışdır. Ev tikilib hazır olduqdan sonra qaynanası dedi ki, cehizlərin burada qalsın özünüzə mebel alın. Onlar qaynanası Rəhilənin adına kreditlə mebel aldılar. Lakin mebelin pulunu özləri ödəyirdi. Cavabdeh anası Rəna Məmmədovanın adına olan və ailəsinə məxsus olan evi Elxanın xahişi ilə atası 3 oktyabr 2017-ci il tarixdə ipotekaya qoydu. Elxan 7000 manat kredit götürdü. Həmin puluda Cavabdeh atası evi sataraq ödədi. 11.01.2018-ci ildə qapıları almaq üçün Cavabdeh adına kredit götürüldü. Hal hazırda yaşadıqları evin qapılarını aldılar. Hazırda onların yaşamağa başqa yeri yoxdur. Ona görə də ilk iddianın rədd olunmasını, cavabdeh İddiaçı1 məxsus ünvan 3 ünvanda yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi, Mingəçevir şəhəri X.Şuşuniski küçəsi ev 16A ünvanda olan cehiz əşyalarının yaşadığı mənzilə yerləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Xan Şuşuniski küçəsində yerləşən 16A saylı fərdi yaşayış evi İddiaçı2 adına 17 fevral 2015-ci il tarixdə qeydə alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Xan Şuşuniski küçəsində yerləşən 8/2A saylı fərdi yaşayış evi İddiaçı1 adına 22 aprel 2021-ci il tarixdə qeydə alınmışdır. İşə əlavə edilmiş borc müqaviləsindən görünür ki, borc verən X9 ilə borc alan X3 arasında 22 ay müddətinə 38 faiz hesablanmaq şərtilə 7000 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 3 oktyabr 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən X9 borc alan X1 8400 manat borc pul vermiş, borc alan isə həmin pulu 03.08.2019cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş 11 iyul 2018-ci il tarixli 129GTKR9910747AA saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 39 ay müddətinə illik 29,84 faiz ödəmək şərtilə "xxxx" ASC-dən 2150 manat məbləğində kredit götürmüşdür. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 13.10.2014-cü il təvəllüdlü X7 və 22.05.2018-ci il təvəllüdlü X5 adlı uşaqların atası kimi X3 və anası kimi isə Cavabdeh göstərilmişdir Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mənzillə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cü maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən aşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı, (əri) habelə onun uşaqları və valideyinləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. İş materiallarından da görünür ki, Cavabdeh İddiaçı1 münasibətdə ailə üzvü sayılmır, onun gəlinidir və hal-hazırda oğlu ilə gəlini arasında nikah münasibətlərinə xitam verilməsi barədə məhkəmənin icraatında mülki iş mövcuddur. Bundan əlavə mənzilə istifadə hüququ ilə əlaqədar onlar arasında hər hansı bir yazılı razılaşma mövcud deyildir. Məhkəmədə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ünvan 9 ünvanda yerləşən ev X2 və İddiaçı2 mülkiyyətindədir. Cavabdeh 2013-cü ildə X3 ilə ailə quraraq Məhəmməd Əliyevin mülkiyyətində olan Ü.Hacıbəyov küçəsi ev 78 mənzil 49 ünvana gəlin köçmüşdür. Lakin mübahisə predmeti olan ünvan 1 ev hazırda İddiaçı1 mülkiyyətindədir. Cavabdeh qeyd olunan mübahisəli mənzilə istifadə hüququnun tanınmasını və həmin mənzilə köçürülməsini tələb etsə də onun bu tələbinin heş bir maddi və hüquqi əsasları aşkar edilmir. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı, (əri) habelə onun uşaqları və valideyinləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Cavabdeh İddiaçı2 qardaşı arvadı, İddiaçı1 isə gəlini hesab edilir. Buradan aydın görünür ki həmin normada nəzərdə tutulan ailə üzvü o cümlədən digər qohumlara daxil edilmədiyindən bu mənzildən istifadə hüququ yoxdur. Digər tərəfdən Cavabdeh məxsus cehiz əşyalarının digər İddiaçı2 mülkiyyətində olan ünvan 5 saylı evdə saxlanc kimi qalması mülkiyyətçi kimi İddiaçı2 mülkiyyət hüquqlarının pozulması hesab edilir. Məhkəmə ilk iddia tələbininin Mingəçevir şəhəri X.Şuşuniski küçəsi 8/2A evdə yaşayan Cavabdeh istehlak edilmiş qazın dəyəri olan 168 manat pulun alınıb ona verilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı bu tələb barədə məhkəməyə mötəbər sübutlar təqdim etmədiyi üçün iddia tələbi həmin hissədə təmin ediməməlidir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə hər iki iddiayə qiymət hesab edir ki, qarşılıqlı iddia yuxarıda qeyd edilən səbəblərə görə əsassız olduğu üçün təmin olunmamalıdır. Əksinə ilkin iddia təmin edilməlidir. Belə ki, ilk iddianın təmin olunması üçün olan əsaslar qarşılıqlı iddianın təmin olunmaması üçün əsasdır. Bundan əlavə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz tələbini əsaslandıran heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, yuxarıda sadalanan və bir birini tamamlayan əsaslı xüsusatlara görə ilk iddia qismən təmin edilməli qarşılqlı iddia isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «əmlkaın alınması özünün və əşyalarının mənzildən çıxarılması və istehlak edilmiş qazın dəyəri olan 168 manat pulun ödənilməsi tələbinə dair ilkin iddiası qismən təmin olunsun. İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində Cavabdeh faktiki istifadəsində olan İddiaçı1 məxsus yataq dəsti (kamod, iki nəfərlik çarpayı, şifoner, tumbadan ibarət), qonaq otağıdəsti (1 bağlı və 1 şüşəli şkaflar, 1 güzgülü kamoddan ibarət) mətbəx üçün stol və 6 ədəd stul, dəhliz şkafı, 5 otaq üçün pərdələr, 1 ədəd 1 nərəlik krava, Fijutsu nootbuk və printer, 2 ədəd radiatoru, krosnı aparatı, 1 ədəd jalüz pərdədən ibarət əşyalar Cavabdeh alınıb İddiaçı1 verilsin. Cavabdeh İddiaçı1 mülkiyyətində olan ünvan 1 fərdi yaşayış evindən çıxarılsın. İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus qonaq otağı üçün nəzərdə tutulan güzgülü kamod, qorka, televizor altlığı, 2 nəfərlik çarpayı, 2 ədəd tumba, kamoddan ibarət əşyalar mənzildən çıxarılsın. İddia Mingəçevir şəhəri X.Şuşuniski küçəsi 8/2A evdə yaşayan Cavabdeh istehlak edilmiş qazın dəyəri olan 168 manat pulun alınıb iddiaçılara ödənilməsi hissəsində təmin edilməsin. Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı olan qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1133/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1133/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver