Məhkəmə qərarları › İş №2(051)-115/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-115/2023

05.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-115/2023 05.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və vəkili Vəkil2 Cavabdeh: Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil1 Müstəqil tələb irəli sürən üçüncü şəxslər X2, X1 və vəkilləri Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş mənzilin bölünməsi tələbinə dair iddiası, həmçinin İddiaçı qarşı müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 və X1 mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İlkin İddiaçı Cavabdeh qarşı mənzilin bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, M.P.Vaqif küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən, 19 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində 1-ci mərtəbəsndə yerləşən 69.76 kv.m ümumi, 47.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 27 nömrəli mənzilin cavabdehlə aralarında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artıtılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Mingəçevir şəhəri, M.P.Vaqif küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində 1-ci mərtəbəsndə yerləşən 69.76 kv.m ümumi, 47.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 27 nömrəli mənzilin cavabdehlə aralarında bölünməsi və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X3 İddiaçı qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən onların ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. iddiaçı məhkəmə iclası zamanı ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Cavabdeh Nofəl qızı ilə 02 noyabr 1998-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından 4 uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra ilk vaxtlar münasibətləri yaxşı olmuşdur. Lakin sonralar xasiyyətlərininin uyğun gəlməməsi səbəbindən münasibətləri pozulmuşdur. Aralarında bağlanmış rəsmi nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə nikahda olan zaman qazanadıqları birgə vəsait hesabına xx.xx.2008-ci il tarixdə Mingəçevir şəhəri, M.P.Vaqif küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 5 mərtəbəli binananın 3-cü girişində, birinci mərtəbəsində, 69.76 kv metr ümumi, 47.18 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 27 nömrəli mənzil əldə etmişdir. Hazırda həmin mənzil üzərində onun tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlə aralarında bağlanmış rəsmi nikah xx.xx.2021-ci il tarixdə pozulduqdan sonra o, mülkiyyətində olan mənzildən cavabdehin təkidli tələbi ilə çıxmış və hazırda da həmin məzildən istifadə edə bilmir. O, mübahisəli mənzilə gedən kimi cavabdeh ya qapını açmır, ya da səs küy salaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edir. Onun həmin mənzildə cavabdehlə birgə yaşaması mümkünsüz olmuşdur. Hazırda isə onun başqa yaşayış sahəsi yoxdur. Məhz ona görə də hesab edir ki, mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, 3 otaqlı mənzil onunla cavabdeh arasında bərabər həcmdə bölünməlidir. Bu isə yalnız məhkəmə qaydasında mümkündür. Dəfələrlə cavabdehə evin bölünməsi və ya onun payına düşən sahənin pulunun verilməsini təklif etsə də, cavabdeh bununla razılaşmamışdır. O, müstəqil tələb irəli sürən üçüncü şəxslər Aysu Aydınova və Türkan Aydınova onun doğma uşaqlarıdır. Hazırda üçüncü şəxslər mübahisəli mənzildə yaşayırlar. Onların həmin mənzildə maneəsiz yaşamalarına və tərkib hissəsindən istifadə hüquqlarının tanınmasına heç bir etirazı yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və göstərdi ki, iddiaçı ilə rəsmi nikah qeyd etdirməklə evlənsə də, münasibətləri pozulduğundan aralarında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə ümumi qazancları hesabına mübahisəli mənzili əldə etmişlər. Hazırda o və uşaqları həmin mənzildə yaşayırlar. Birgə nikahlarından doğulmuş 4 uşağın ikisi yetkinlik yaşına çatsa da, digər iki nəfəri azyaşlıdır. Mübahisəli mənzilin həmin azyaşlı uşaqların mənafeləri nəzərə alınmaqla, yəni onun payının 2/3 hissə olmaqla aralarında bölünməsinə etiraz etmir. Lakin iddiaçının həmin mənzilə köçürülməsinə etiraz edir. Bununla yanaşı müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaçıya qarşı verdiyi iddia tələblərini qəbul edir və onların mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarının tanınmasına etiraz etmir. Odur ki, iddia tələbinin qismən, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasının isə tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı cavabdehlə eyni məzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etdi və məhkəmədən iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 məhkəmə iclası zamanı iddiaçıya qarşı verdiyi iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun atasıdır. O, anası Cavabdeh qarşı mülkiyyətində olan Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi 19 saylı evin 27 saylı mənzilin ümumibirgə əmlak kimi aralarında bölünməsi tələbinə dair iddia qaldırmışdır. O, Ağdam şəhəri, Axundov küçəsi 83 saylı evdə qeydiyyatda olsa da, M.P.Vaqif küçəsi 19 saylı evin 27 saylı mənzilində yaşayır. Dəfələrlə iddiaçıya mənzilin tərkib hissəsindən istifadə hüququna dair sənədləşməni aparmağı təklif etsə də, iddiaçı bunu etməkdən imtina etmişdir. Mingəçevir şəhəri M.P.Vaqif küçəsi 19 saylı evin 27 saylı mənzili 2008-ci ildən İddiaçı adına mülkiyyət hüquqları əsasında qeydə alınmışdır. İddia üzrə cavabdeh olan atası İddiaçı anasından ayrılana qədər onlarla birgə həmin mənzildə yaşamışdır. Odur ki, məhkəmədən iddiaçıya qarşı verdiyi iddiasının təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 məhkəmə iclası zamanı X4 ilə eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etdi və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Seriya MH ******* saylı, **********52-05101-093008 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Mingəçevir şəhəri, M.P.Vaqif küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində 1-ci mərtəbəsndə yerləşən 69.76 kv.m ümumi, 47.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 27 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2008–ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Aydınova (Məmmədəliyeva) Günel Nofər qızının birgə nikahlarından xx.xx.2001-ci il tarixdə Aysu, xx.xx.2003-cü il tarixdə Türkan adlı uşaqları doğulmuşdur. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-844/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Aydınova (Məmmədəliyeva) Günel Nofər qızının arasında olan xx.xx.1998-ci il tarixdə Ağdam rayonu, Novruzlu kənd ərazi nümayəndəliyində bağlanmış 21 saylı nikah qeydi pozulmuşdur. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ilkin iddiaçı ilə cavabdeh xx.xx.1998-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş və onların birgə nikahlarından 4 nəfər uşaqları doğulmuşdur. Hazırda həmin uşaqlardan, müstəqil tələb irəli sürən üçüncü şəxslər yetkinlik yaşına çatmışdır. İddiaçı xx.xx.2008-ci il tarixdə birgə nikah dövründə qazandıqları vəsait hesabına mübahisəli mənzili əldə etmişlər. Ondan sonra tərəflər ailə üzvü kimi mübahisəli mənzilə köçüb yaşamışlar. Sonradan iddiaçı ilə cavabdeh arasında mövcud olan narazılığa görə ailə onlar arasında bağlanmış nikah xx.xx.2021-ci il tarixdə məhkəmə qaydasında pozulmuş və iddiaçı mənzildən çıxmışdır. Hazırda mübahisəli mənzil cavabdeh və üçüncü şəxslərin istifadəsindədir. Lakin iddiaçı cavabdehlə aralarında yaranmış narazılığa görə mübahisəli mənzilin tərkib hissəsindən istifadə edə bilmir. Ona görə də iddiaçı mübahisəli mənzilə köçürülməklə, həmin mənzilin cavabdehlə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsini və mənzilin bölünməsini tələb edir. Hazırkı vaxta qədər tərəflər arasında ümumi əmlakın bölünməsi barədə məhkəmədə mübahisə olmamışdır. Eləcə də tərəflər mübahisəli mənzilin bölünməsində razılığa gələ bilməmişdir. Cavabdeh tərəf isə iddianı qismən qəbul edir. Bununla yanaşı, müstəqil tələb irəli sürən üçüncü şəxslər iddiaçıya qarşı mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarının tanınmasını xahiş edirlər. İddiaçı tərəf də üçüncü şəxslərin iddiasına etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, işin qanuni həll edilməsi üçün ilk növbədə iddiaçının tələbinə qiymət verilməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nikah və ailə münasibətlərindən irəli gələn əmlak mənsubiyyəti ilə bağlı mübahisədir. Mübahisənin düzgün həll edilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən normaları ilə yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları tətbiq edilməlidrir. Məhkəmə ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün birgə nikah dövründə əldə edilməsi iddia edilən daşınmaz əmlakın ümumi birgə mülkiyyətə aid edilməsi üçün əmlakın əldə olunması tarixinin, ona dair əsas və mənbənin müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçı xx.xx.1998-ci il tarixdə cavabdehlə rəsmi nikah bağlamaqla evlənmiş, lakin aralarında olan münasibət pisləşdiyindən nikahları Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. iddiaçı cavabdehlə nikahda olan zaman, yəni xx.xx.2008-ci il tarixdə mübahisəli mənzil əldə etmişdir. Hər iki tərəf mübahisəli mənzilin birgə qazandıqları vəsait hesabına əldə edildiyini etiraf etmişlər. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, mübahisəli mənzil tərəflərin birgə mülkiyyəti sayılmalıdır. Məhkəmə işin müəyyən olunmuş həmin hallarına qiymət verərək hesab edir ki, birgə mülkiyyətdə olan əmlakın bölünməsi və iddiaçının həmin mənzilə köçürülməsi barədə iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1–ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər–arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2–ci maddəsinə görə ər–arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər–arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1–ci maddəsinə əsasən ər–arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər–arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3–cü maddəsinə əsasən mübahisə olduqda, ər–arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər–arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, tərəflər birgə nikah dövründə qazandıqları vəsait hesabına xx.xx.2008-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzili əldə etmişlər. Mübahisəli mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, ümumi birgə mülkiyyət olmuşdur. Cavabdeh də iddiaçı ilə bərabər birgə mülkiyyətçi olmasına baxmayaraq, mübahisəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyatda alınmışdır. Tərəflərin nikahları məhkəmə qaydasında pozulmuş və mübahisəli mənzildə yalnız cavabdeh yaşamışdır. Hazırda da həmin mənzil cavabdehin istifadəsindədir. İddiaçı mübahisəli mənzilin bölünməsini tələb edir. Ona görə də iddiaçı tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1–ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2–ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3–cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ona görə də məhkəmə hesab edir ki, birgə nikah dövründə əldə edilmiş birgə vəsait hesabına alınmış mənzildən cavabdehin payı ½ hissədə müəyyən edilməlidir. Məhkəmə, həmçinin iddiaçının mübahisəli mənzilə köçürülməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçıda cavabdehlə bərabər paylı mülkiyyəçi olduğundan, onun da mübahisəli mənzilin tərkib hissəsindən mülkiyyət hüququndan irəli gələn istifadə hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Qeyd edilənləri nəzərə alan məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının onun mülkiyyətində olan mənzilin tərkib hissəsindən istifadə hüququ xx.xx.2008-ci il tarixdən yaranmışdır. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında, evdən çıxması, onun daimi yaşamaq üçün köçüb yaşadığı mübahisəli mənzilə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43–cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öz mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir. Məhkəmə, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 və X1 cavabdeh İddiaçı qarşı mənzilin tərkib hissəsindən istifadə hüquqlarının tanınması tələbinə dair iddialarına qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə üçüncü şəxslərin iddia tələbi də əsaslıdır. Belə ki, işin mübahisə edilməyən hallarına əsasən məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxslər cavabdehin uşaqlarıdır. Mübahisəli mənzil cavabdeh tərəfindən xx.xx.2008-ci il tarixdə alınmış, həmin tarixdən də müstəqil tələb irəli sürən üçüncü şəxslər ailə üzvü kimi iddiaçının mülkiyyətində olan həmin mənzildə yaşamışlar. Belə olan halda tərəflər arasında hazırkı mübahisə ilə bağlı hüquq münasibətləri xx.xx.2008-ci il tarixdən yaranmışdır. Ona görə də hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5–ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçı məhkəmə iclası zamanı izahatında da müstəqil tələb irəli sürən üçüncü şəxslərin istifadə hüququnun tanınmasına etiraz etməmişdir. Belə olan halda məhkəmə iş üzrə araşdırılmış sübutların tədqiqi nəticəsində bir daha müəyyən etdi ki, müstəqil tələb irəli sürən üçüncü şəxslər hazırkı tələblə məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olmuşdur. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxslər cavabdehin ailə üzvü olduğundan, mənzil əldə edildiyi vaxtdan hazırkı vaxtadək onunla birlikdə həmin mənzildə yaşamağa davam etdiklərindən, onların mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqları yaranmışdır. Məhkəmə, həmçinin nəzərə alır ki, iddiaçının və cavabdehin məhkəmə iclası zamanı müstəqil tələb irəli sürən üçüncü şəxslərin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarının tanınmasına etiraz etməmələri, onların paylı mülkiyyətçi kimi öz əmlaklarından istədiyi kimi istifadə etmək və ona dair sərəncam vermək hüquqlarından irəli gəldiyindən, qanunidir və digər şəxslərin hüquqlarını pozmur. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdehin nikah dövründə qazandıqları birgə vəsait hesabına əldə etdikləri, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ünvan 1 ünvanında yerləşən mənzildən tərəflərin payı ½ (ikidə bir) hissədə müəyyən edilməli və iddiaçı həmin mənzilə köçürülməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüquqları tanınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, Mingəçevir şəhəri, M.P.Vaqif küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsndə yerləşən 69.76 kv.m ümumi, 47.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 27 nömrəli mənzildən Cavabdeh payı ½ (ikidə bir) hissədə müəyyən edilsin və İddiaçı həmin mənzilə köçürülsün. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası təmin edilsin. X2 və X1 İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Mingəçevir şəhəri, M.P.Vaqif küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsndə yerləşən 69.76 kv.m ümumi, 47.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 27 nömrəli mənzilin tərkib hissəsindən istifadə hüquqları tanınsın Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar