Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1150/2023 18.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, İddiaçı Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 miras qalmış, X2 mülkiyyətində olan Mingəçevir şəhəri Gəncə şosesi 13 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və qanuni təmsilçisi olduğu "xxxx" MMC bütövlükdə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin mirasa dair digər vərəsələr nəzərə alınmadan bütövlükdə onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəyə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə ərizə geri qaytarılır. Belə ki, hazırki işdə hüquq haqqında mübahisə olmadığından və xüsusi icraat qaydasında baxılmalı olduğundan iş ərizəçi tərəfindən qaldırılmalı, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılmalıdır. (MPM 306.2) Lakin iddia ərizəsindən göründüyü kimi müəyyən olunmuş formaya və məzmuna riayət edilməyərək ərizə əvəzinə iddia ərizəsi verilmiş, ərizəçi və maraqlı şəxslər əvəzinə iddiaçı və cavabdehlər qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 151, 152.1.1 və 306.2ci və 307.2.9-cu maddələrini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, xüsusi icraat qaydasında baxılan işlərdə məhkəməyə verilən ərizənin forma və məzmunun müəyyən edilməsində həmin məcəllənin 149-cu maddəsində nəzərdə tutulan normaların tətbiq edilməsi qanunauyğundur. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi qeri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Dövlət rüsumunun geri qaytarılması halları ilə bağlı MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı Ərizəçi miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi geri qaytarılsın. İşə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçı Ərizəçi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1150/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1150/2023
18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver